Məhkəmə qərarları › İş №2(008)-7022/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7022/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7022/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.06.2019-cu il tarixli müqavilə üzrə Samsung AR kondisoner üçün 773.2 (yeddi yüz yetmiş üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat dəbbə, 18.04.2019-cu il tarixli müqavilə üzrə LG LED TV, Samsung paltaryuyan üçün 1097.6 (bir min doxsan yeddi, altmış qəp) manat ödənilməmiş hissə, 329 (üç yüz iyirmi doqquz) manat dəbbə, 09.09.2019-cu il tarixli müqavilə üzrə X6 mebel üçün 2758 (iki min yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 745 (yeddi yüz qırx beş) manat dəbbə, ümumilikdə 5924.8 (beş min doqquz yüz iyirmi dörd manat səksən qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.06.2019-cu il, 18.04.2019-cu il və 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung AR kondisoner, LG LED TV, Paltaryuyan Samsung və X7 mebel almış və nəticədə 5924.8 (beş min doqquz yüz iyirmi dörd, səksən qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1332 (min üç yüz otuz iki) manat (18 ay x 74 manat + 0 manat ilkin ödəniş) Samsung AR kondisoner üçün ümumilikdə, 995.2 (doqquz yüz doxsan beş, iyirmi qəp) manat olmaqla ondan, 773.2 (yeddiyüz yetmiş üç, iyirmi qəp) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat dəbbə; 18.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2296 (iki min iki yüz doxsan altı) manat (18 ay x 122 manat + 100 manat ilkin ödəniş) LG LED TV, Paltaryuyan Samsung üçün ümumilikdə, 1426.6 (min dörd yüz iyirmi altı, altmış qəp) manat olmaqla ondan, 1097.6 (min doxsan yeddi, altmış qəp) manat ödənilməmiş hissə, 329 (üçyüz iyirmi doqquz) manat dəbbə; 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3312 (üç min üç yüz on iki) manat (24 ay x 138 manat + 70 manat ilkin ödəniş) X6 mebel üçün ümumilikdə, 3503 (üç min beş yüz üç) manat olmaqla ondan, 2758 (iki min yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 745 (yeddi yüz qırx beş) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2311.2 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 00900804 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh X8 mebel almışdır. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X8 mebeli təhvil almışdır. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli, 00900804 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 138 manat müəyyən edilmişdir. İş materiallarında olan 18 aprel 2019-cu il tarixli, 00619521 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh LG LCD və Samsung markalı paltaryuyan almışdır. İş materiallarında olan 18 aprel 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LG LCD və Samsung markalı paltaryuyanı təhvil almışdır. İş materiallarında olan 18 aprel 2019-cu il tarixli, 00619521 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 122 manat müəyyən edilmişdir. İş materiallarında olan 21 iyun 2019-cu il tarixli, 00734604 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Samsung markalı kondisioner almışdır. İş materiallarında olan 21 iyun 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung markalı kondisioneri təhvil almışdır. İş materiallarında olan 21 iyun 2019-cu il tarixli, 00734604 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 74 manat müəyyən edilmişdir. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 21.06.2019-cu il, 09.09.2019-cu il və 18.04.2019-cu il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 21.06.2019-cu il tarixli müqavilə üzrə 773.2 (yeddi yüz yetmiş üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat dəbbə, 18.04.2019-cu il tarixli müqavilə üzrə 1097.6 (min doxsan yeddi, altmış qəp) manat ödənilməmiş hissə, 329 (üç yüz iyirmi doqquz) manat dəbbə, 09.09.2019-cu il tarixli müqavilə üzrə 2758 (iki min yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 745 (yeddi yüz qırx beş) manat dəbbə, ümumilikdə 5924.8 (beş min doqquz yüz iyirmi dörd manat səksən qəpik) manat borcu hesablanmışdır. İş materiallarında olan qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 20 (iyirmi) manat dəbbə pulu, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən 30 (otuz) manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən 50 (əlli) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 773.2 (yeddi yüz yetmiş üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən 1097.6 (bir min doxsan yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 2758 (iki min yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə olmaqla, cəmi 4728.8 (dörd min yeddi yüz iyirmi səkkiz manat, səksən qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas məbləğlər hissəsində təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilərək 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 773.2 (yeddi yüz yetmiş üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən 1097.6 (bir min doxsan yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 2758 (iki min yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 4728.8 (dörd min yeddi yüz iyirmi səkkiz manat, səksən qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar