Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-703/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli “Kredit Müqaviləsi” əsasında ona borclu olduğu 3000 manat pulun, borc müqaviləsi üçün notariat xərci olan 115 manat rüsumun, xx.xx.2023-cü il tarixli GTGK0492728B121 nömrəli müqavilə əsasında Kapital Bank ASCdən götürdüyü kreditdən cavabdehə verdiyi 3000 manat borc hissəsinə görə banka ödəməli olduğu 1500 manat bank faizlərinin və 66.15 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh çoxdan tanıdığını, ondan 3000 (üç min) manat borc pul istədiyini və həmin vaxtı onun borc verməyə pulu olmadığından, bankdan kredit götürüb ona verməyi və ona verdiyi kreditin bank faizlərini də özü ödəyəcəyini bildirmişdir. Bundan sonra cavabdehə inanıb, özünün də maddi vəziyyətinin yaxşı olmadığı üçün Kapital Bank ASC-nə kredit almaq üçün müraciət etmiş, xx.xx.2023cü il tarixli GTGK0492728B121 nömrəli müqavilə əsasında Kapital Bank ASC-dən 6480 manat kredit götürmüşdür. Həmin kreditin 3493.80 manat faiz ödənişlərini xx.xx.2027-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdü. Kapital Bank ASC-dən xx.xx.2023-cü il tarixli GTGK0492728B121 nömrəli müqavilə əsasında götürdüyü kreditdən 3000 manatını Cavabdeh istəyi ilə ona borc vermiş, həmin borcu xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə 4 saylı Asan Xidmət Mərkəzindəki Notariat Ofisində rəsmiləşdirmişdir. Kredit müqaviləsi üçün 103-268 nömrəli qəbz əsasında 115 manat rüsumu ödənilmişdir. Cavabdeh həm borc götürdüyü 3000 manat pulu, 115 manat notariat xərcini və iddiaçının kredit götürdüyü 3000 manat pula görə Kapital Bank ASC-nə ödəyəcəyi 1500 manat faizi ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehdən pulu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Hazırda cavabdeh borcunu etiraf etsə də, pulu olmadığı üçün borcunu ödəmir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edənə iddiaçi İddiaçı iddia ərizəsinin məzmununua uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Mülki iş matriallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Quliyev X2 Hüseyn Hadi oğluna 3000 manat pul vəsaitini xx.xx.2023-cü il tarixədək faizsiz olmaqla qaytarmaq şərti ilə borc vermişdir. İş matriallarınad olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 20 oktyabr 2023-cü il tarixli dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı iddia qaldırılması üçün 66.15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən borcun tutulması hissəsinə müanibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki işin matraiallarına əlavə edilmiş notarial qaydada bağlanmış kredit müqavilələrindən görünür ki, iddiaçı 3.000 manat məbləğində pul vəsaitini müqavilədə qeyd olunan müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. Hal-hazlırda iddiaçı məhkəməyə müraciət edərək qeyd edilən pul vəsaitinin cavabdehdən tələb edir, cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət edilsədə məhkəmədə iştirak etməmiş, pul vəsaitinin ona verilməsini təkzib edəcək və ya ona verilmiş pul vəsaitinin qaytarılamsını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən göründüyü kimi X3 3000 manat borc verdiyi öz təstiqini tapdığından bu hissədə iddia təmin edilməli, həmçinin kredit müqaviləsinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 115 manat pul da cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İddia tələbi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli GTGK0492728B121 nömrəli müqavilə əsasında Kapital Bank ASC-dən götürdüyü kreditə görə banka ödəməli olduğu 1500 manat bank faizlərinin X1 tutulması hissəsində təmin olunmamalıdır. Belə ki, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin əgər doğurdan da İddiaçı cavabdehə borc vermək məqsədilə xx.xx.2023-cü il tarixdə Kapital Bank ASC-dən kredit götürmüşdürsə, niyə xx.xx.2023-cü il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsində Quliyev X2 Hüseyn Hadi oğluna 3000 manat pul vəsaitini xx.xx.2023-cü il tarixədək faizsiz olmaqla qaytarmaq şərtini qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat borc pul, kredit müqaviləsinin təstiqlənməsi üçün notariat xərci olan 115 manat rüsum alınaraq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 51.15 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti, 115 (yüz on beş) manat borc müqaviləsinə üçün notariat xərci və 51.15 (əlli bir manat, on beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-703/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-703/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver