Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7043/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sabunçu rayon Məhkəməsinin hakimi Tahirə Əlif qızı Əsədova İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1564,19 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, hazırki iddiada tələbetmə hüququ barədə mübahisə yarana bilər. Belə ki, məhkəməyə təqdim edilmiş və iddiaçı tərəfindən qeyd edilmiş abonent kodu **********00005 cavabdehə aid deyil, həmin abonent X1r. Budan başqa, təqdim edilmiş abunə haqqında sənəddən görünür ki, sonuncu hesablama 03.06.2017-ci il tarixdə aparılmış, abonent tərəfindən sonuncu dəfə ödəniş 03.11.2016-cı il tarixdə həyata keçirilmişdir. Belə olan halda iddia müddətinin tətbiq edilməsi məsələsi ortaya çıxa bilər. Göründüyü kimi, hazırki iddia tələbi mübahisəsiz tələb deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunsun. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7043/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7043/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver