Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7087/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbinə" dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.400 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən, Cavabdeh1 hüquqi ünvanı AZ1042 ünvan 1 ünvanıdır. Həmçinin digər Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı İddiaçı ilə, RR Car MMC arasında müqavilə imzalanmışdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair 2(008)- 7087/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-7087/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7087/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver