Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-709/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 000 (on min) manat məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 80 manat və həmçinin ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumumum əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, tanışı olan Cavabdeh (bundan sonra cavabdeh) pula ehtiyacı olduğuna görə o cavabdehə xx.xx.2021-ci ildə 10 000 (on min) manat borc pul vermişdir. Qeyd edilən pul məbləğini müqavilə ilə Bakı şəhəri 15 saylı notariat ofisində rəsmiləşdirmişlər. Həmin borc müqaviləsinə görə o, cavabdehə 10 000 (on min) manat məbləğində borc pul vermişdir. Cavabdeh krediti xx.xx.2022-ci il tarixindək ona qaytarmağı öhdəsinə götürmüşdür. Borcun qaytarılması ilə bağlı heç bir faiz verilməsi nəzərdə tutulmamışdır. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh borcu bu günə kimi ödəməmişdir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş, cavabdeh öhdəliyini icra etməmiş, nəticədə müqavilənin tələblərini pozmuşdur. Nəticədə müqavilənin 4-cü bəndinə əsasən pozulmuş hüquqlarının bərpası üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bir halı da qeyd etmişdir ki, göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün 80 (səksən) manat və 120 (yüz iyirmi) manat məhkəmə üçün dövlət rüsumu xərclənmişdir. Buna görə də hüquqi yardım üçün ödədiyi 80 (səksən) manat və 121 (yüz iyirmi bir) manat məhkəmə üçün dövlət rüsumu da cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, 10.000 manat pul verdiyini cavabdehin 6500 manat hissəsini qaytardığını, qalan hissəsini qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək 10.000 manat pul məbləğini iddiaçıdan aldığını, lakin 6500 manat hissəsini qaytardığını, 3500 manat borcu qaldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, Şabandayev X1 Vüqar Əli oğluna 10.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdək qaytarmaq şərti ilə borc vermişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 121 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli KapitalBank ASC tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 80 manat pul X4 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı məlum olur ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Şabandayev X1 Vüqar Əli oğluna 10.000 manat borc verilmişdir. Hər iki tərəfin izahatında da məlum olur ki, borc məbləği üzrə 6500 manat cavabdeh tərəfindən ödənilmiş, 3500 manat borc məbləği ödənilməmiş qalmışdır. Bu səbəbdən də, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 3500 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu 121 manat deyil, 55 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 80 manat hüquqi yardım üçün ödənilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş qəbzdən iddiaçı tərəfindən X3 ödənilmiş olduğu görünsədə, məhz həmin pulun hüquqi yardım üçün ödənilməsi məhkəməyə məlum olmadlığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 121-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin Cavabdeh 3500 (üç min beş yüz) manat pul və 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-709/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-709/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver