Məhkəmə qərarları › İş №2(008)-7093/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7093/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7093/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyim 45 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2025-ci ilin yanvar ayında "Tik Tok" sosial şəbəkəsində Litva Respublikasında işə düzəltmə ilə bağlı elan görərək, orada göstərilən ***-***-**-** nömrəsi ilə əlaqə saxladı. Daha sonra ona bildirildi ki, Xətai rayonu ərazisində yerləşən ofisə yaxınlaşır, ofisdə özünü "Ağas" kimi təqdim edən şəxs (sonradan adının Cavabdeh olduğu müəyyən edilmiş cavabdeh) ona işə düzəldilmə üçün 2500 manat ödəniş etməyim lazım olduğunu dedi. O, guya müqavilə bağlanacağını və ən geci 3 ay ərzində xaricdə iş sənədlərimin hazır olacağını vəd etdi. O, 2 gün sonra "xxxx" ASC-dən kredit yolu ilə 2500 manat götürdü, cavabdehlə Xətai rayonundakı ofisdə görüşdü, onun təqdim etdiyi müqaviləyə imza atdı və pulu təhvil verdi. Lakin artıq 9 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, nə sənədləri təqdim etmiş, nə də pulu geri qaytarmışdır. Onun barəsində Sabunçu RPİ-də və Xətai rayon prokurorluğunda araşdırma aparılmış, lakin ona bildirildi ki, məsələ mülki hüquq müstəvisində həll olunmalıdır. Cavabdeh əsassız olaraq onun 2500 manat pulumu mənimsəmişdir. Hər dəfə müxtəlif vədlərlə qaytaracağına söz versə də sözünə əməl etmir, onu ağır vəziyyətə salır. İddiaçı notarial qaydad təqdiqlənmiş ərizə ilə müraciət edərək, "xxxx" MMC-yə qarşı heç bir şikayətinin, iddianın və tələbinin olmadığını, MMC-nin dəymiş ziyanı tam şəkildə ödədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki işin icraatına iddiaçının iddia tələbinin imtina etmə əsası ilə xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar