Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-712/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 920 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin noyabr ayında Tvitter sosial şəbəkəsindən onun mobil telefonuna reklam məlumatı gəldi ki, bitkoin alqı-satqısı ilə pul qazanmaq olar. O, da pul qazanmaq məqsədilə həmin şəbəkəyə qoşulmuş. Sonra ona həmin bu şədəkədən bildirdilər ki, əgər bitkoinə qoşulmaq istəyrsənsə onda Leobank kartına (**********116175) kart hesabına 920 manat ödəniş etməlisən. O, da razılaşıb həmin bank hesabına xx.xx.2023-cü il tarixdə saat 13-07-də 920 manat pul ödəmişdir. Belə ki, aralarında razılaşmaya əsasən o, onlara 920 manat pul ödənişini etdikdən sonra həmin pulun iki qatını qazanmalı imiş. Lakin pulu keçirib bir müddət gözlədikdən sonra görmüşdür ki, onlar ona pulu iki qat ödəmirlər, o, onlarla tiviterdə yenidən yazışdıqdan sonra onlar ona dedilər ki, o, əlavə 1675 manat pul ödəməlidir. O, onda başa düşmüşdür ki, onlar onu artıq aldadırlar. Belə olan halda o, onlardan pulunu tələb etməyə başlamışdır. Lakin onlar həmin pulu ona qaytarmaqdan imtina etdilər. O, cavabdehlə telefonla danışıb pulunu ondan tələb etmiş, lakin cavabdeh onun pulunu geri qaytarmaqdan imtina etmiş və onun telefon nömrəsini qara səhifəyə salmışdır. Belə olan halda o, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Lakin oradan ona məktubla bildirmişlər ki, onun müraciəti mülki xarakterlidir, ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etişdir. Daha sonra İddiaçı ərizə ilə müraciət edərək mülki iş üzrə Cavabdeh1 əsli olan cavabdeh qismində Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə mümükün hesab edilərək Cavabdeh1 əsli olan cavabdeh qismində Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 20 noyabr 2023-cü il tarixli 51-3/2-Ə-12048/11 nömrəli məktubun surətindən görünür ki, İddiaçı oluna bildirilmişdir ki, ərizəsində qeyd etdiyi xüsusiyyatlar mülkü xarakterli olduğuna görə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyi töviyə edilmişdir. İş materiallarında olan Watsapp sosyal şəbəkə vasitəsilə olan SMS-dən görünür ki, İddiaçı **********116175 nömrəli karta 920 manat pul ödənişi etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, +994 50 236 00 08 nömrəli telefondan 4098 58*******61745 nömrəli karta 920 manat pul köçürülmüşdir. Unibank ASC tərəfindən məhkəmənin sorğusuna verilmiş 22 may 2024-cü il tarixli HTİ-OUT-03694-2024 nömrəli cavab məktubdan görünür ki, 4098 58*******61745 nömrəli kart Cavabdeh2 məxsusdur. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki işin matraiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 4098 58*******61745 nömrəli karta 920 manat pul köçürmüş və həmin kart Cavabdeh2 məxsusdur. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək 920 manat borcun cavabdeh tərəfindən qaytarılmamasını iddia edərək həmin pul vəsitini tələb edir, cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət edilsədə məhkəmədə iştirak etməmiş, ona verilmiş pul vəsaitinin qaytarılamsını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 920 (doqquz yüz iyirmia) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh2 920 (doqquz yüz iyirmi) manat məbləğində pul və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-712/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-712/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver