Məhkəmə qərarları › İş №2(008)-713/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-713/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-713/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “KİA Sorento” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 1366 (bir min üç yüz altmış altı) manat məbləğində maddi zərərin və ödənilmiş 33,66 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 13:05də Cavabdeh idarə etdiyi BMW markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu, R.Rüstəmov küçəsində hərəkət edərkən ona məxsus həmin an dayanmış vəziyyətdə olan KİA Sorento markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş və nəticədə ona məxsus "KİA Sorento" markalı avtomobil qarşısında dayanmış vəziyyətdə olan "Land Cruiser" markalı avtomobilin arxa qoşqu hissəsinə çırpılmışdır. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus KİA Sorento markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Kənan Əliyevin 25 sentyabr 2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarına əsasən yol-nəqliyyat hadisəsinin törədilməsində "BMW" markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İlkin qiymətləndirmə aktına əsasən, ona məxsus KİA Sorento markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı 6366 (altı min üç yüz altmış altı) manat məbləğində maddi zərər dəydiyi müəyyənləşdirilmişdir. Ona məxsus "KİA SORENTO" markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. "xxxx" ASC mənə xx.xx.2024-cü il tarixində icbari sığorta qaydasında dəymiş zərərin əvəzi olaraq 5000(beş min) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, əvvəlcə maşını düzəltdirmək fikiri olduğunu, maşına xırda zərər dəydiyini, lakin sonradan maşına dəyən zərərin məbləğinin çox olduğunu bildikdən sonra maşını təmir etdirmək fikirindən yayındığını, 1366 manat pulu ödəməyəcəyini məhkəməyə bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “KİA Sorento” markalı ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 6366 manat ziyan dəymişdir. Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsürli sürücü hesab edillən Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə İnzibati protokol tərtib edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Yol vərəqəsindən görünür ki, BMW markal, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh “FM” rent a car-dan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idarə etmək üçün götürmüşdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən siğorta ödənişi üzrə “KİA Sorento” markalı ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 6366 manat puldan 5000 manatını İddiaçı ödəmişdir. Nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsinin surətindən günür ki, “KİA Sorento” markalı ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi xx.xx.2024-cü il tarixdən İddiaçıdur. xx.xx.2024-cü il tarixli **********80 nömrəli qəbzdən görünür ki, İddiaçı 33,66 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı mülkiyyətində olan “KİA Sorento” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş qüsur aktından məlum olur ki, “KİA Sorento” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 6366 manat məbləğində maddi ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, “KİA Sorento” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 5000 manat olan hissəsi avtomobilin siğortaçısı olan şirkət tərəfindən iddiaçıya ödənilmiş, 1366 manat olan hissə isə ödənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ümumi ziyandən ödənilmiş 1366 manat olan hissə çıxılmalı, yerdə qalan məbləğ 6366-5000=1366 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 33,66 (otuz üç manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1366 (bir min üç yüz altmış altı) manat dəymiş zərər və 33,66 (otuz üç manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar