Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7178/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2325/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 05 dekabr 2011-ci il təvəllüdlü X8 və 14 yanvar 2017ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi; ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərcin əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 360 (üç yüz altmış) manat məbləğində pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 164 nömrəli akt qeydli 22 fevral 2011-ci il tarixli nikah bağlamışlar. Birgə nikahdan 14 yanvar 2017-ci il təvəllüdlü X13 və 05 dekabr 2011-ci il təvəllüdül X12 doğulmuşlar. Aralarında olan nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-346/2023 saylı 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və qətnamə aşağıdakı məzmunda qət edilmişdir: “İddia tələbi qismən təmin edilsin. İddiaçı X6 ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 164 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 fevral 2011-ci il tarixli nikah pozulsun. İddiaçı X6 ilə Cavabdeh birgə nikahlarından olan 14 yanvar 2017-ci il tarixdə doğulmuş X13 iddiaçı X1, 05 dekabr 2011-ci il tarixdə doğulmuş X12 isə Cavabdeh himayəsində saxlanılsın. İddiaçı X6 ilə Cavabdeh birgə nikahından doğulmuş 14 yanvar 2017-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində və 64 (altmış dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2325/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi isə aşağıdakı məzmunda qət edilmişdir: “İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-346/2023 nömrəli 16 yanvar 2023- cü il tarixli qətnaməsi “05 dekabr 2011-ci il tarixdə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılması və aliment məbləğinun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 05 dekabr 2011-ci il təvəllüdlü X12 və 14 yanvar 2017-ci il təvəllüdlü X13 iddiaçı X1 himayəsində saxlanılsın. Cavabdeh 05 dekabr 2011-ci il təvəllüdlü X8 və 14 yanvar 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin” və s. Məlumdur ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Övladına görə hər ay ödənilməli olan alimentin miqdarının artırılması və hər ay hər uşaq üçün 235 manat, cəmi hər ay 470 manat sabit pul məbləğində ödənilməsi ilə bağlı cavabdehə mediasiya təklifi vermiş, təklifinə cavab verilmədiyindən mediasiya şurasına ərizə ilə müraciət etmişdir. İştirak etsə də cavabdehin iştirak etməməsi və tələbini qəbul etməməsi səbəbindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmiş, “Mediasiya haqqında” qanunun 29.3cü maddəsinə əsasən ona arayış verilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2325/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 05 dekabr 2011-ci il təvəllüdlü X8 və 14 yanvar 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi; ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərcin əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 360 (üç yüz altmış) manat məbləğində pulun Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək, hər uşağa görə ayda 235 manat aliment ödəməyə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 463603 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 590 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunduqdan sonra qadına Nəcəfzadə soyadı verilmişdir. - AZ-İİ seriyalı 863688 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X4r. - AZ-İİİ seriyalı 905787 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X4r. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-346/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 164 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 fevral 2011-ci il tarixli nikahın pozulması, iddiaçı X7 ilə Cavabdeh birgə nikahlarından olan 14 yanvar 2017-ci il tarixdə doğulmuş X9 iddiaçı X2, 05 dekabr 2011-ci il tarixdə doğulmuş X8 isə Cavabdeh himayəsində saxlanılması, iddiaçı X7 ilə Cavabdeh birgə nikahından doğulmuş 14 yanvar 2017-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində və 64 (altmış dörd) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2325/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-346/2023 nömrəli 16 yanvar 2023-cü il tarixli qətnaməsinin “05 dekabr 2011-ci il tarixdə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılması və aliment məbləğinun tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 05 dekabr 2011-ci il təvəllüdlü X8 və 14 yanvar 2017-ci il təvəllüdlü X9 iddiaçı X2 himayəsində saxlanılması, Cavabdeh 05 dekabr 2011-ci il təvəllüdlü X8 və 14 yanvar 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/8/2024-02204 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - EM-141VK-9380/24 nömrəli xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qəbzdən görünür ki, İddiaçı Vəkil tərəfindən hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına 300 manat məbləğində pul ödəmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində “Opel İnsignia” markalı və “Opel Astra” markalı nəqliyyat vasitələri vardır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də direktor/anbar təsərrüfatı vəzifəsində işləyir və aylıq əmək haqqı 1500 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də anbardar vəzifəsində işləyir və aylıq əmək haqqı 1500 manat təşkil edir, sosial ödənişlər çıxıldıqdan sonra əmək haqqı kartına köçən məbləğ 1326.5 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlılar anaları İddiaçı yanında qalmışlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2325/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-346/2023 nömrəli 16 yanvar 2023-cü il tarixli qətnaməsinin “05 dekabr 2011-ci il tarixdə doğulmuş X8 Cavabdeh himayəsində saxlanılması və aliment məbləğinun tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 05 dekabr 2011-ci il təvəllüdlü X8 və 14 yanvar 2017-ci il təvəllüdlü X9 iddiaçı X2 himayəsində saxlanılması, Cavabdeh 05 dekabr 2011-ci il təvəllüdlü X8 və 14 yanvar 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşaqların mənafelərini, cavabdehin etirafını, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2325/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 60 manat mediasiya xərci və 300 manat hüquqi yardım xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2325/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 60 manat mediasiya xərci və 300 manat hüquqi yardım xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-7178/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7178/2024
20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver