Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7187/2022 22.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçıl İskəndər oğlunun iştirakları ilə İddiaçıl İskəndər oğlunun Cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçıl İskəndər oğlu cavabdehlər Cavabdeh1 MMC və "xxxx" mağazasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla 5 manata «Lenovo İdeaPad 3 15İGL05» Noutbokunun alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və həmin Noutbokun ona təqdim edilməsi və vəkilin göstərdiyi yardıma görə 50 manat ödədiyi məbləğin cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 iyun 2022-ci il tarixində "Umico" tətbiqi vasitəsi ilə "xxxx" Mağazasından 5 manata “Lenovo İdeaPad 3 15İGL05" Noutboku sifariş etmiş və sifariş məbləğin həmin tətbiq vasitə Lenovo İdeaPad 3 15İGL05" Noutboku ilə ödəmişdir. Lakin həmin avadanlıq iddiaçıya təqdim edilməmişdir. Avadanlığın təqdim edilməsi ilə bağlı dəfələrlə "Competo” MMC-yə və "Almalı az” mağazasına müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, həmin avadanlıq anbarda yoxdur, lakin onun ödədiyi məbləğ cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmə əsl olmayan cavabdeh "xxxx" mağazasını əsl cavabdeh "xxxx" MMC ilə əvəz etmişqdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçıya hazırki işin ərazi aidiyyəti məsələsinə fikrini bildirməyi təklif etdi. Belə ki, iddiaçı hazırki iddianı istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirərək özünün yaşadığı ünvan üzrə dövlət rüsumu ödəmədən məhkəməyə vermişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək qeyd etdi ki, onun mövqeyi ondan ibarətdir ki, onun istehlakçı hüquqları pozulmuşdur və ərazi aidiyyətini düz seçmişdir (iddiaçının yaşadığ ünvan Sabunçu rayonudur). Lakin, səhvə yol vermiş ola bilər. İşin aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Yasamal rayon Məhkəməsi işi icraata qəbul edərsə, o, tələb olunan rüsumu ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesb edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin elementləri mövcud olmuşdur və bu əsasdan hazırki iddia ərizəsi aidiyyəti üzrə cavabdehin olduğu yer üzrə məhkəməyə verilməli və müvafiq olaraq dövlət rüsumu ödənilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən anlayışlar: istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; icraçı - iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar; Həmin Qanunun 3-cü maddəsinə əsasən digər hüquqlarla yanaşı istehlakçıların istehlak edikləri malların (işlərin,xidmətlərin) lazımi keyfiyyətdə olmasına dair hüququ malik olmaları qeyd edilmişdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barəə iddia qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə hesab edir ki, hazırki iddia istehsal nəticəsində pozulmuş hüquqla deyil, iddiaçını qane etməyən xidmət nəticəsində pozulmuş hüquqla bağlıdır. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının yanaşması əsas götürülərsə, istənilən müqavilə münasibətləri üzrə iddialara MPM-in 36.9-cu maddəsi ilə baxıla bilər və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad oluna bilər. Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonudur. Cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonudur. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər; 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının seçimi nəzərə alınmaqla mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Yasamal rayon Məhkəməsinə göndərilməli və iddiaçıya dövlət rüsumu ödəmək təklif edilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçıl İskəndər oğlunun cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7187/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7187/2022
22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver