Məhkəmə qərarları › İş №2(008)-7188/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7188/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7188/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Router TP-Link ARCHER L58HP AC1350 Dual Band modem üçün 318,2 (üç yüz on səkkiz, iyirmi qəpik) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə, 25.08.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV və İMEİ kod **********60263 X3 10 + markalı telefon üçün 3525.6 (üç min beş yüz iyirmi beş, altmış qəpik) manat ödənilməmiş hissə, 597 (beş yüz doxsan yeddi) manat dəbbə, ümumilikdə 4497.8 (dörd min dörd yüz doxsan yeddi manat səksən qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 12.07.2020-ci il və 25.08.2020-ci il tarixli müqaviləsinə əsasən, Router TP-Link ARCHER C58HP AC1350 Dual Band modem, Samsung LED TV və İMEİ kod **********60263 X3 10 + markalı telefon almış və nəticədə 4497.8 (dörd min dörd yüz doxsan yeddi, səksən qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 358.2 (üç yüz əlli səkkiz, iyirmi qəp) manat (18 ay x 19.9 manat + 0 manat ilkin ödəniş) Router TP-Link ARCHER C58HP AC1350 Dual Band modem üçün ümumilikdə, 375.2 (üç yüz yetmiş beş, iyirmi qəp) manat olmaqla ondan, 318.2 (üç yüz on səkkiz, iyirmi qəp) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə; 25.08.2020-ci il tarixli müqaviləsinə əsasən isə alqı-satqı qiyməti 3799.6 (üç min yeddi yüz doxsan doqquz, altmış qəp) manat (18 ay x 199.2 manat + 214 manat ilkin ödəniş) Samsung LED TV və İMEİ kod **********60263 X3 10 + markalı telefon üçün ümumilikdə, 4122.6 (dörd min bir yüz iyirmi iki, altmış qəp) manat olmaqla ondan, 3525.6 (üç min beş yüz iyirmi beş, altmış qəp) manat ödənilməmiş hissə, 597 (beş yüz doxsan yeddi) manat dəbbə borcu mövcuddur. Cavabdehin cəmi ödədiyi məbləğ 314 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirdi ki, hal-hazırda yaranmış borcu tam şəkildə ödəmək iqtidarında deyil, yalnız hissə-hissə ödəniş edə bilər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.08.2020-ci il tarixli, 21110068 nömrəli müqaviləyə əsasən, Cəfərov X1 LED TV və İMEİ kod **********60263 X3 10 + markalı telefon almışdır. -25.08.2020-ci il tarixli, 21110068 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung LED TV və İMEİ kod **********60263 X3 10 + markalı telefonu təhvil almışdır. -25.08.2020-ci il tarixli, 21110068 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 199.2 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.07.2020-ci il tarixli 21019483 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Router TP-Link ARCHER L58HP AC1350 Dual Band modem almışdır. -12.07.2020-ci il tarixli 21019483 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh Router TP-Link ARCHER L58HP AC1350 Dual Band modem təhvil almışdır. - 12.07.2020-ci il tarixli 21019483 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 19.9 manat müəyyən edilmişdir. -İş materiallarına əlavə edilmiş 28.04.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 12.07.2020-ci il tarixli və 25.08.2020-ci il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 15 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12.07.2020-ci il tarixli müqaviləyə əsasən 318.2 (üç yüz on səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə pulu, 25.08.2020-ci il tarixli müqaviləyə əsasən 3525.6 (üç min beş yüz iyirmi beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 597 (beş yüz doxsan yeddi) manat dəbbə pulu olmaqla, cəmi 4497.8 (dört min dört yüz doxsan yeddi manat, səksən qəpik) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 12.07.2020-ci il tarixli müqaviləyə əsasən 10 (on) manat dəbbə pulu, 25.08.2020-ci il tarixli müqaviləyə əsasən 50 (əlli) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12.07.2020-ci il tarixli müqaviləyə əsasən 318.2 (üç yüz on səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 25.08.2020-ci il tarixli müqaviləyə əsasən 3525.6 (üç min beş yüz iyirmi beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 3903.8 (üç min doqquz yüz üç manat, səksən qəpik) manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas məbləğ hissəsində tam təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilərək 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.07.2020-ci il tarixli müqaviləyə əsasən 318.2 (üç yüz on səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 25.08.2020-ci il tarixli müqaviləyə əsasən 3525.6 (üç min beş yüz iyirmi beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 3903.8 (üç min doqquz yüz üç manat, səksən qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar