Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7214/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı Cavabdeh Agil oğluna qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X2 Cavabdeh Agil oğluna maddi və mənəvi zərərin tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əsl olmayan iddiaçı X1 əsl olan İddiaçı ilə əvəz etmişdir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclaslarına çağırılmışlar, lakin cavabdeh ardıcıl olaraq hazırlıq və iki məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasına gəlmiş İddiaçı cavabdehin gəlməməsinə öz etrazını kobud şəkildə bildirirək, məhkəməni, polisi günahlandırmış və birdə məhkəməyə gələməyəcəyini deyərək məhkəmə zalını tərk etmişdir. Məhkəmə iddiaçını məhkəmə iclasında iştirak etməmiş hesab etmişir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Agil oğluna qarşı maddi və mənəvi zərərin tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7214/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7214/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver