Məhkəmə qərarları › İş №2(008)-722/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-722/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-722/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2062 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq “X5” MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəl) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMC-nin yaradılmaması ilə əlaqdar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmiri, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında “X5” MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində “ X5” MTK ləğv olunur və onun qanuni varisi “X5” MMC yaranır və qeydiyyatdan keçir. Lakin təəssüf hissi ilə bildirir ki, onlar “X5” MTK-nın varisi olaraq xərclədiyi kommunal pullarını bəzi sakinlərdən ala bilmir. Belə ki, “X5” MMC faktiki olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113-cü maddəsinə əsasən “X5” MTK-nın hüquqi varisidir. İddiaçı MMC ilə Cavabdeh ilə 2012-cu ildə İdeal-İnşaat Company MMC ilə Mənzil Tikintisi Haqqında Müqavilə bağlanmışdır. "xxxx" MMC Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 2-ci blok, mənzil 25, 2 otaqlı mənzilin Payçıya verməyi öz üzərinə götürmüşdür. Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli birbloklu 2 nömrəli binanın 25 saylı mənzilini ikinciyə təqdim edilmişdir, Cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Cavabdeh komunal xidmətdən istifadə etdiyinə görə müəyyən dövür ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Halhazırda yaşadığı (Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi 1D, ev 2, mənzil 25, 2 otaqlı mənzilə görə xidmət haqqı borcunu 2009-cu ilin noyabr aprel ayından 2021-cu ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilib və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunub. Cavabdehin hal-hazırda (Bakı şəh Bakı şəh, Binəqədi r-nu, 9 mkr, Mir.Cəlal küçəsi, Bina 2, Mənzil 25 üçün sizin MMC-yə 2010-cu il üçün 27 manat, 2019-cu il üçün 200 manat, 2020-ci il üçün 480 manat, 2021-ci il may ayı daxil olmaqla 200 manat, ümumilikdə komunala 907 manat, sayğaca görə 840 manat ( 500 manat qaz.,100 manat işıq, 160 manat krosna, 80 manat su).,315 manat antenaya, ümumilikdə 2062 manat borc yaranmışdır. İddiaçı "xxxx" MMC-nin rəhbərliyi kommunal xidməti haqlarının ödənilməsi üçün dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlasada və eləcə də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə kommunal xidməti borcunu ödəməmişdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərziəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Mənzil Tikintisi Haqqında xx.xx.2012-ci il tarixli Müqavilənin surətindən görünür ki, “X5” MMC-nin Bakı şəhər, M.Cəlal kçəsində inşa edilən 17 mərtəbəli bir bloklu, 2 nömrəli evinin 2 otaqlı, 25 nömrəli mənzilinin “Payçı”-ya, Cavabdeh verməyi öz üzərinə götürmüşdür. “Payçı” isə pay haqqının müəyyənləşdirilən mərhələlərlə ödəyərək mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhər, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, ev 1 d, giriş 2, 25 saylı mənzilin mülkiyyətçisi Cavabdehdur. İddiaçı MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Binəqədi Rayon Ərazisində fəaliyyət göstərən dövlət müəssisələri, istehsalat, xidmət obyektləri, ticarət və digər kommeriya müəssisələrindən xaric olunan bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üzrə bir tipli 10 saylı, xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MTK ilə Binəqədi MKTB rəisi şəxsində Rəşad Yusifovla müqavilə bağlanmışdır ki, müəssisə onun fəaliyyətindən əmələ gələn məişət tullantılarının MKTB tərəfindən müəyyən edilmiş yerə (konteynerə və ya zibil damına) yığmağı öhdəsinə götürmüşdür. Müəssisəsi hər ay 120 (yüz iyirmi) manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 01 sentyabr 2011-ci ildən 31 dekabr 2011-ci ilədək müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli “X5” MMC ilə "xxxx" MMC arasında bağlanmış Müqavilədən görünür ki, yeni tikilən yaşayış kompleksində yaşayan sakinlər üçün TV və İnternet Xidmətləri göstərmək məqsədilə optik kabelin çəkilişinə görə tərəflər arasında yaranan iqtisadi və texniki əməkdaşlıqla bağlı münasibətlərin hüquqi müstəvidə tənzimlənməsindən ibarətdir. Binada fəaliyyətin qarşılığından hər ay 10 manat Tv aylıq haqqının 20 % mislini “X5” MMC şirkətinin hesabına köçürülməsi razılaşdırılmışdır. Müqavilə imzalandığı tarixdən 5 il müddətinə qüvvədədir. “X5” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Litflərin texniki Xidmət Müqaviləsi”ndən görünür ki, “Xidmət Göstərən” 4 (dörd) ədəd yük-sərnişin lifttinə mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. “Sifarişçi” göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Cəmil liftlərin aylıq qiyməti 177 manat müəyyən edilmişdir. Mühafizə xidmətinin göstərilməsinə dair “X5” MMC ilə “X3 Group” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mircəlal küçəsi, 1 D-də yerləşən yaşayış binası “X5” MMC-nin mühafizəsini təmin etməyi “icraçı”ya həvalə edilmişdir. Obyektin mühafizə qiyməti aylıq olaraq 740 manat müəyyən edilmişdir. İddiaçı MTK-nin üzvlərinin ümumi yığıncağından 01 nömrəli protokolundan çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli (may, iyun, iyul, avqust, sentabr, oktyabr) üçün 35 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 60 manat hesablanması qərara alınmışdır. İddiaçı MTK-nin üzvlərinin ümumi yığıncağından 05 nömrəli protokolundan çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli (may, iyun, iyul, avqust, sentabr, oktyabr) üçün 33 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 60 manat hesablanması qərara alınmışdır. İddiaçı MTK-nin üzvlərinin ümumi yığıncağından 03 nömrəli protokolundan çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı hər ay 25 manat hesablanması qərara alınmışdır. İddiaçı M-nin üzvlərinin ümumi yığıncağından 02 nömrəli protokolundan çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli (may, iyun, iyul, avqust, sentabr, oktyabr) üçün 50 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 100 manat hesablanması qərara alınmışdır. İddiaçı MMC-nin üzvlərinin ümumi yığıncağından 06 nömrəli protokolundan çıxarışından görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2013-cü il yay fəsli (may, iyun, iyul, avqust, sentabr, oktyabr) üçün 27 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 54 manat, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli (may, iyun, iyul, avqust, sentabr, oktyabr) üçün 48 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 96 manat, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 60 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 120 manat hesablanması qərara alınmışdır. İddiaçı MMC-nin üzvlərinin ümumi yığıncağından 06 nömrəli protokolundan çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı qış fəsli ayları 96 manat, yay fəsli aylaı üçün 48 manat hesablanması qərara alınmışdır. İddiaçı MMC-nin üzvlərinin ümumi yığıncağından 04 nömrəli, xx.xx.2016-cı il tarixli protokolundan çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il hər ay 35 manat hesablanması qərara alınmışdır. İddiaçı MMC-nin üzvlərinin ümumi yığıncağından 08 nömrəli protokolundan çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il hər ay 40 manat hesablanması qərara alınmışdır. Enerjitəchizatı müəssisəsi ilə istehsalat, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2015-ci il tarixli Müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin ES Departamentinin "xxxx" MMC ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Enerjitəchizatı müəssisəsi ilə istehsalat, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2017-ci il tarixli Müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin ES Departamentinin “X5” MMC ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Enerjitəchizatı müəssisəsi ilə istehsalat, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2012-ci il tarixli Müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin ES Departamentinin "xxxx" MTK ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Elektrik enerjisi 0.06 manat tarif üzrə aparılmışdır. Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli "xxxx" MTK ilə bağladığı müqavilədən görünür ki, icraçı “Sifarişçinin” fəaliyyəti zamanı yaranan bərk məişət tullantılarının xüsusi nəqliyyat vasitələri ilə daşınmasının və zərərsizləşdirilməsini təmin etmişdir. ƏDV ilə birlikdə 400 manat məbləğində haqq müəyyən edilmişdir. İddiaçı MTK üzvlərinin ümumi iclasının 01 Qərarının surətindən görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2009-cu il üçün 25 manat hesablanması qərar alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi iclasının 01 Qərarının surətindən görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il üçün kv.m asılı olaraq qış fəsli ayları üçün 60 manat, yay fəsli ayları üçün 33 manat hesablanması qərar alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi iclasının 01 Qərarının surətindən görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2011-cu il üçün 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il üçün kv.m asılı olaraq qış fəsli ayları üçün 60 manat, yay fəsli ayları üçün 35 manat hesablanması qərar alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi iclasının 01 Qərarının surətindən görünür ki, 2012-ci il üçün 2 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli üçün 35 manat, qış fəsli üçün 60 manat hesablanması qərara alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi iclasının 03 Qərarının surətindən görünür ki, 2013-cü il üçün 2 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli (may, iyun, iyul, avqust, sentabr, oktyabr) üçün 48 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 96 manat hesablanması qərara alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il üçün 2 otaqlı mənzilin kommunal ödəmə haqqı yay fəsli (may, iyun, iyul, avqust, sentabr, oktyabr) üçün 50 manat, qış fəsli üçün (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 100 manat hesablanması qərara alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi iclasının 05 Qərarının surətindən görünür ki, 2015-ci il üçün 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 35 manat olması qərara alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi iclasının 06 saylı Qərarının surətindən görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 35 manat hesablanması qərara alınmışdır. İddiaçı MTK üzvlərinin ümumi iclasının 07 Qərarının surətindən görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 40 manat hesablanması qərara alınmışdır. Cavabdeh ünvanlanmış pretenziyada görünür ki, Cavabdeh Noyazi oğlu 2021-ci ilin iyun ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə ümumilikdə 2062 manat pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci madddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-ci maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 135-1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Məhkəmə mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 1 “D” saylı çoxmərtəbəli çoxmənzilli bina 2006-cı ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmişdir. İş üzrə cavabdeh, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən həmin binadan 2 otaqlı 25 saylı mənzili almışdır. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmiş və İddiaçı Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olmuşdur. Binada yaşayan sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradanədək, yəni 2010-cu ildən 2021-ci ilin may ayınadək binanın kommunal xidmətləri, binaya xidmət, binanın saxlanılmasını, binanın təmiri, zibillərin daşınmasını və liftlərin saxlanılması, təmiri sakinlərin razılığı əsasında əvvəlcə MTK, MTK ləğv edildiyi xx.xx.2015-ci il tarixdən etibarən isə MTK-nin qanuni varisi olan İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. Məhkəmə işin mübahisəli hallarını şərti olaraq 3 hissəyə bölərək qeyd edir ki, iddiaçı MMC bildirir ki, binanın bəzi sakinləri kommunal xərcləri lazımi qaydada ödəmirlər, baxmayaraq ki qeyd edilən xərclərin hesablanması və ödənilməsi qaydası ilə bağlı xx.xx.2010, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015-ci il tarixlərdə MTK-nın, xx.xx.2016 ci il tarixdə isə MMC-nin ümumi iclasın qərarları qəbul edilmişdir. Həmin xərcləri lazımi qaydada ödəməyən sakinlərdən biri də, hazırki iş üzrə cavabdehdir. Bunun nəticəsində 2010-cu ildə 27 manat, 2019-cu ildə 200 manat, 2020-ci ildə 480 manat və 2021-ci ilidə isə 200 manat olmalqa cəmi 907 manat borcu yaranmışdır. Lakin məhkəmə qeyd edir ki, mülki iş matrillarıbna əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh ilə iddiaçı arasında mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki cavabdeh ilə iddiaçı arasında alqı satqı müqaviləsi 2012-ci ildə bağlanmışdır, iddiaçının daha əvvəlki tarixə cavabdehdən komunal xidmətə görə pul tələb etməsi əsaslı olmadığından təmin edilə bilməz. 2012-ci il tarixdən sonra qeyd edilən kamunal xiddmət borcunun isə cavabdeh tərəfindən ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə 880 manat hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 680 manat-qaz, işıq, su sayğaclarına görə cavabdehdən iddiaçının xeyrinə pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş üzrə tərəflər bu kimi xərcin əvəzinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə razılaşdırmamış, cavabdeh həmin xərcin əvəzinin MMC-ya ödənilməsi barədə üzərinə öhdəlik götürməmiş, MMC, onun tərəfindən cavabdehin mənzilində sayğacların quraşdırılmasına görə hər hansı məbləğdə ödənişin edilməsi barədə sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələbinə görə, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (bənd 7.9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” tələbinə görə, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına; hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir (bənd 6.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 N°-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələbinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Göründüyü kimi, qanunverici, istehlakçı olan fiziki şəxslərə məxsus yaşayış sahələrində qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsini tələb edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 160 manat krosno pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 315 manat antena pulunun cavbdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin həmin antenadan istifadə etməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun 30 manat olan hissəsi tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 880 (səkkiz yüz səksən) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar