Məhkəmə qərarları › İş №2(008)-7247/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7247/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7247/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.09.2019-cu il tarixli müqaviləyə əsasən 27.4 (iyirmi yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 8.4 (səkkiz manat, on qəpik) manat dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 714.9 (yeddi yüz on dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 214.5 (iki yüz on dörd manat, əlli qəpik) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 384.9 (üç yüz səksən dörd manat, doxsan qəpik) ödənilməmiş hissə, 115.5 (yüz on beş manat, əlli qəpik) manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 1512 (bir min beş yüz on iki ) manat ödənilməmiş hissə, 192 (yüz doxsan iki) manat dəbbə borcu olmaqla, cəmi 3173.6 (üç min yüz yetmiş üç manat, altmış qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 14.09.2019, 03.11.2019, 28.10.2019 və 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən, X4 markalı qulaqlıq, İMEİ Kodu **********06557 olan X6 8, İMEİ Kodu **********63422 olan X6 7 markalı telefonlar və HP Pavilion markalı notebook almış və nəticədə 3173.6 (üç min yüz yetmiş üç manat, altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 84 (səksən dörd) manat (12 ay x 7 manat + 0 manat ilkin ödəniş) olan X4 markalı qulaqlıq üçün ümumilikdə, 35.8 (otuz beş manat, səksən qəpik) manat olmaqla ondan, 27.4 (iyirmi yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 8.4 (səkkiz manat, qırx qəpik) manat dəbbə; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 997 (doqquz yüz doxsan yeddi) manat (18 ay x 7 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********06557 olan X6 8 markalı telefon üçün ümumilikdə, 929.4 (doqquz yüz iyirmi doqquz manat, qırx qəpik) manat olmaqla ondan,714.9 (yeddi yüz on dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 214.5 (iki yüz on dörd manat, əlli qəpik) manat dəbbə; 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********63422 olan X6 7 markalı telefon üçün ümumilikdə, 500.4 (beş yüz manat, qırx qəpik) manat olmaqla ondan, 384.9 (üç yüz səksən dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 115.5 (yüz on beş manat, əlli qəpik) manat dəbbə; 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2016 (iki min on altı) manat (12 ay x 168 manat + 0 manat ilkin ödəniş) HP Pavilion markalı notebook üçün ümumilikdə, 1708 (min yeddi yüz səkkiz) manat olmaqla ondan, 1512 (min beş yüz on iki) manat ödənilməmiş hissə, 196 (yüz doxsan altı) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1117.8 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.09.2019-cu il tarixli 00912124 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh “X4” markalı qulaqlıq almışdır. -14.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “X4” markalı qulaqlığı təhvil almışdır. -14.09.2019-cu il tarixli 00912124 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 7 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.11.2019-cu il tarixli 01024726 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh X6 8 markalı telefon almışdır. -03.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X6 8 markalı telefonu təhvil almışdır. - 03.11.2019-cu il tarixli 01024726 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 55 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixli 01011711 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh X6 7 markalı telefon almışdır. -28.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X6 7 markalı telefonu təhvil almışdır. - 28.10.2019-cu il tarixli 01024726 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 55 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli 01062434 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh HP Pavilion markalı notebook almışdır. -19.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh HP Pavilion markalı notebooku təhvil almışdır. - 28.10.2019-cu il tarixli 01062434 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 168 manat müəyyən edilmişdir. -İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, сavabdeh alqısatqı müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 28 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14.09.2019-cu il tarixli müqaviləyə əsasən 27.4 (iyirmi yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 8.4 (səkkiz manat, on qəpik) manat dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 714.9 (yeddi yüz on dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 214.5 (iki yüz on dörd manat, əlli qəpik) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 384.9 (üç yüz səksən dörd manat, doxsan qəpik) ödənilməmiş hissə, 115.5 (yüz on beş manat, əlli qəpik) manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 1512 (bir min beş yüz on iki ) manat ödənilməmiş hissə, 192 (yüz doxsan iki) manat dəbbə borcu olmaqla, cəmi 3173.6 (üç min bir yüz yetmiş üç manat, altmış qəpik) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 14.09.2019-cu il tarixli müqaviləyə əsasən 1 (bir) manat, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 10 (on) manat, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 15 (on beş) manat, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 20 (iyirmi) manat cərimə borcu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14.09.2019-cu il tarixli müqaviləyə əsasən 27.4 (iyirmi yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 714.9 (yeddi yüz on dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 384.9 (üç yüz səksən dörd manat, doxsan qəpik) ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 1512 (bir min beş yüz on iki ) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə borcu olmaqla, cəmi 2685.2 (iki min altı yüz səksən beş manat, iyirmi qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilərək 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14.09.2019-cu il tarixli müqaviləyə əsasən 27.4 (iyirmi yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 714.9 (yeddi yüz on dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 384.9 (üç yüz səksən dörd manat, doxsan qəpik) ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 1512 (bir min beş yüz on iki ) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə borcu olmaqla, cəmi 2685.2 (iki min altı yüz səksən beş manat, iyirmi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar