Məhkəmə qərarları › İş №2(008)-7273/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7273/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7273/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy A20s üçün 249.3 (iki yüz qırx doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə, 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən, TWS markalı qulaqlıq üçün 118.8 (bir yüz on səkkiz manat, səksən qəpik) manat ödənilmiş hissə, 16.5 (on altı manat, əlli qəpik) manat dəbbə, 29.07.2020-ci il tarixli müqaviləsinə əsasən Saft Pioneer velosiped üçün 537.6 (beş yüz otuz yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 75.9 (yetmiş beş manat, doxsan qəpik) manat dəbbə pulu, 01.08.20220-ci il tarixli müqaviləyə əsasən Panasonic markalı televizor üçün 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 105.6 (bir yüz beş manat, altmış qəpik) manat dəbbə pulu, 29.05.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A10 markalı telefon üçün 348.9 (üç yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 75.9 (yetmiş beş manat, doxsan qəpik) manat dəbbə pulu, 30.01.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A 10 markalı telefon 224 (iki yüz iyirmi dörd manat) manat ödənilməmiş hissə, 588 (beş yüz səksən səkkiz) manat dəbbə borcu, 27.02.2020ci il tarixli müqaviləyə əsasən Xiaomi markalı televizor üçün 497.8 (dörd yüz doxsan yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 101.4 (yüz bir manat, qırx qəpik) manat dəbbə pulu, 10.01.020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı yaddaş kartı üçün 40.8 (qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 9.9 (doqquz manat, doxsan qəpik) manat dəbbə pulu, ümumilikdə 3421.4 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.12.2019, 03.08.2020, 28.07.2020, 01.08.2020, 29.05.2020, 30.01.2020, 27.02.2020, 10.01.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ Kodu **********25223 olan Samsung Galaxy A20s markalı telefon, Baseus TWS markalı qulaqlıq, Saft Pioneer markalı velosiped, Panasonic markalı televizor, İMEİ Kodu **********33704 olan Samsung galaxy A10 markalı telefon, İMEİ Kodu **********48958 olan Samsung Galaxy A10 markalı telefon, Xiaomi markalı televizor və SAMSUNG markalı yaddaş kartı almış və nəticədə 3421.4 (üç min dörd yüz iyirmi bir manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500 (beş yüz) manat (18 ay x 25 manat + 50 manat ilkin ödəniş) olan İMEİ Kodu **********25223 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 324.3 (üç yüz iyirmi dörd manat, otuz qəpik) manat olmaqla ondan 249.3 (iki yüz qırx doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə pulu, 03.08.2020-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 124.8 (yüz iyirmi dörd manat, səksən qəpik) manat (24 ay x 5.2 manat + 0 manat ilkin ödəniş) olan Baseus TWS markalı qulaqlıq üçün ümumilikdə, 135.3 (yüz otuz beş manat, otuz qəpik) manat olmaqla, ondan 118.8 (yüz on səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 16.5 (on altı manat, əlli qəpik) manat dəbbə pulu, 29.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 561.6 (beş yüz altmış bir manat, altmış qəpik) manat (24 ay x 23.4 manat +0 manat ilkin ödəniş) olan Saft Pioneer velosiped üçün ümumilikdə 613.5 (altı yüz on üç manat, əlli qəpik) manat olmaqla ondan 537.6 (beş yüz otuz yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 75.9 (yetmiş beş manat, doxsan qəpik) manat dəbbə pulu, 01.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 388.8 (üçyüz səksən səkkiz manat, səksən qəpik) manat (12 ay x 32.4 manat + 0 manat ilkin ödəniş) olan Panasonic markalı televizor üçün ümumilikdə, 461.6 (dörd yüz altmış bir manat, altmış qəpik) manat olmaqla ondan 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 105.6 (yüz beş manat, altmış qəpik) manat dəbbə pulu hesablanmışdır. 29.05.2020-ci i tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 419.4 (dörd yüz on doqquz manat, qırx qəpik) manat (18 ay x 23.3 manat +0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********33704 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 424.8 (dördyüz iyirmi dörd manat, səksən qəpik) manat olmaqla ondan 348.9 (üç yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 75.9 (yetmiş beş manat, doxsan qəpik) manat dəbbə pulu hesablanmışdır. 30.01.2020-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336.6 (üç yüz otuz altı manat, altmış qəpik) manat (18 ay x 18.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********48958 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 812 (səkkiz yüz on iki) manat olmaqla ondan 224 (ikiyüz iyirmi dörd) manat ödənilməmiş hissə, 588 (beş yüz səksən səkkiz) manat dəbbə pulu hesablanmışdır. 27.02.2020-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 628.8 (altı yüz iyirmi səkkiz manat, səksən qəpik) manat (24 ay x 26.2 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi markalı televizor üçün ümumilikdə, 599.2 (beş yüz doxsan doqquz manat, iyirm qəpik) manat olmaqla ondan 497.8 (dörd yüz doxsan yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 101.4 (yüz bir manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 10.01.2020-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 66.6 (altmış altı manat, altmış qəpik) manat (18 ay x 3.7 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG markalı yaddaş kartı üçün ümumilikdə, 50.7 (əlli manat, yetmiş qəpik) manat olmaqla ondan 40.8 (qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 9.9 (doqquz manat, doxsan qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 653.4 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh “Samsung Galaxy A20 s” markalı telefon almışdır. -16.12.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung Galaxy A20 s” markalı telefonu təhvil almışdır. -16.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 25 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.08.2020-ci il tarixli 21052225 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Baseus TWS Earphones 04 White markalı qulaqlıq almışdır. -03.08.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Baseus TWS Earphones 04 White markalı qulaqlığı təhvil almışdır. - 03.08.2020-ci il tarixli 21052225 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 5.2 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.07.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Saft Pioneer velosiped almışdır. -29.07.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Saft Pioneer velosipedi təhvil almışdır. - 29.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 23.4 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2020-ci il tarixli 21049823 saylı alqı-satqı müqaviləsinə əsasən, Səfərov X2 markalı televizoru almışdır. -01.08.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Səfərov X2 markalı televizoru təhvil almışdır. - 01.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 32.4 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.05.2020-ci il tarixli 20316512 saylı alqı-satqı müqaviləsinə əsasən, Səfərov X3 Galaxy A10 markalı telefon almışdır. -29.05.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Səfərov X3 Galaxy A10 markalı telefonu təhvil almışdır. - 29.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 23.3 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.01.2020-ci il tarixli 20069303 saylı alqı-satqı müqaviləsinə əsasən, Səfərov X3 Galaxy A10 markalı telefon almışdır. -30.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Səfərov X3 Galaxy A10 markalı telefonu təhvil almışdır. - 30.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 18.7 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2020-ci il tarixli 20129940 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Xiaomi markalı televizor almışdır. -27.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Xiaomi markalı televizoru təhvil almışdır. - 27.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 26.2 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.01.2020-ci il tarixli 20026965 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Samsung markalı yaddaş kartı almışdır. -10.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Səfərov X3 markalı yaddaş kartı təhvil almışdır. - 10.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 3.7 manat müəyyən edilmişdir. -İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, сavabdeh alqısatqı müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 30 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 16.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A20s üçün 249.3 (iki yüz qırx doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə, 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən, TWS markalı qulaqlıq üçün 118.8 (yüz on səkkiz manat, səksən qəpik) manat ödənilmiş hissə, 16.5 (on altı manat, əlli qəpik) manat dəbbə, 29.07.2020-ci il tarixli müqaviləsinə əsasən Saft Pioneer velosiped üçün 537.6 (beş yüz otuz yeddi manat, altmış qəpik) manat, 75.9 (yetmiş beş manat, doxsan qəpik) manat dəbbə pulu, 01.08.20220-ci il tarixli müqaviləyə əsasən Panasonic markalı televizor üçün 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 105.6 (yüz beş manat, altmış qəpik) manat dəbbə pulu, 29.05.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A10 markalı telefon üçün 348.9 (üç yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 75.9 (yetmiş beş manat, doxsan qəpik) manat dəbbə pulu, 30.01.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A 10 markalı telefon 224 (iki yüz iyirmi dörd manat) manat ödənilməmiş hissə, 588 (beş yüz səksən səkkiz) manat dəbbə borcu, 27.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi markalı televizor üçün 497.8 (dörd yüz doxsan yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 101.4 (yüz bir manat, qırx qəpik) manat dəbbə pulu, 10.01.020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı yaddaş kartı üçün 40.8 (qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 9.9 (doqquz manat, doxsan qəpik) manat dəbbə pulu, ümumilikdə 3421.4 manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 16.12.2019-cu il tarixli müqavilərə əsasən 10 (on) manat, 03.08.2020-ci il tarixli müqaviləyə əsasən 5 (beş) manat, 29.07.2020-ci il tarixli 10 (on) manat, 01.08.2020-ci il tarixli müqaviləyə əsasən 5 (beş) manat, 29.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 10 (on) manat, 30.01.2020-ci il tarixli müqaviləyə əsasən 10 (on) manat, 27.02.2020-ci il tarixli 5 (beş) manat, 10.01.2020-ci il tarixli müqaviləyə əsasən 1 (bir) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03.08.2020-ci il tarixli müqaviləyə əsasən 249.3 (iki yüz qırx doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 03.08.2020-ci il tarixli müqaviləyə əsasən 118.8 (bir yüz on səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 29.07.2020-ci il tarixli müqaviləyə əsasən 537.6 (beş yüz otuz yeddi manat, altmış qəpik) ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 01.08.2020-ci il tarixli müqaviləyə əsasən 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu, 29.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 348.9 (üç yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu, 30.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu, 27.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 497.8 (dörd yüz doxsan yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu, 10.01.2020-ci il tarixli müqaviləyə əsasən 40.8 (qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat dəbbə borcu olmaqla, cəmi 2424.2 (iki min dörd yüz iyirmi dört manat, iyirmi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas məbləğ üzərə tam təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilərək 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.12.2019-cu il tarixli müqaviləyə əsasən 249.3 (iki yüz qırx doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 03.08.2020-ci il tarixli müqaviləyə əsasən 118.8 (bir yüz on səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 29.07.2020-ci il tarixli müqaviləyə əsasən 537.6 (beş yüz otuz yeddi manat, altmış qəpik) ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 01.08.2020-ci il tarixli müqaviləyə əsasən 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu, 29.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 348.9 (üç yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu, 30.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu, 27.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 497.8 (dörd yüz doxsan yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu, 10.01.2020-ci il tarixli müqaviləyə əsasən 40.8 (qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat dəbbə borcu olmaqla, cəmi 2424.2 (iki min dörd yüz iyirmi dört manat, iyirmi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar