Məhkəmə qərarları › İş №2(008)-729/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-729/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-729/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 qızının, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1640 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı olan cavabdehə 500 manat məbləğində borc pul vermişdir. Sonradan cavabdeh «İrşa Telekom Şirkətində»n iki ədəd telefonun alıb ona verməsini xahiş etdi. Belə ki, cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti bitmişdi, o, həmin telefonları satıb onun 500 manat borcunu və mağazaya aylıq krediti ödəyəcəydi. İddiaçı 2 ədəd hər biri 730 manat olan mobil telefonları kreditə götürərək müqavilə ilə birlikdə ona vermişdir. Lakin, Tural kredit borcunu ödəmir və mağazadan iddiaçını narahat edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Elxan Qəribov tərəfindən İddiaçı şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanılmasının rədd edilməsi barədə 06.08.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh etiraf etmişdir ki, İddiaçı həqiqətən də "xxxx" mağazasından iki ədəd «Samsung A 51» markalı telefon kreditə götürərək ona vermiş, o, həmin telefonları 700 manata satmış, krediti özü ödəməli olmuş, lakin pandemiya ilə əlaqədar ödəyə bilməmiş, mağazaya gedib kreditin miqdarının minimuma endirmək istəmiş, lakin buna nail ola bilməmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən iddiaçı vasitəsilə məhkəməyə təqdim edilən arayışdan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında ********* №-li, 10.07.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən «Samsung A 515» markalı telefona görə 724, 10616933 №-li, 16.07.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung A 515» markalı telefona görə 724 manat, ümumilikdə iki müqvailə üzrə 1448 manat ödəməyi öhdəsinə götürmüş, lakin boc öhdəliklərini yerinə yetirməmişdir. Hazırda onun 1448 manat əsas, 217,2 manat cərimə, cəmi 1665,2 manat borcu var. Hazırda iddiaçı cavabdehdən həmin məbləğin 1640 manat hissəsinin tutularaq ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsasla olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1- ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyana düşmüş, mağazaya ödəniləsi pul onun öhdəsində qalmışdır. Odur ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1640 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1640 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar