Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7297/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək:
1. 19.06.2020-ci il tarixli müqaviləyə əsasən Marvin markalı çarpayı və matras üçün 1492,2 manat ödənilməmiş hissə, 295,2 manat dəbbə;
2. 01.06.2020-ci il tarixli müqaviləyə əsasən GREE markalı kondisioner üçün 1343,3 manat ödənilməmiş hissə, 298,8 manat dəbbə,
3. 01.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 1108 manat ödənilməmiş hissə, 252 manat dəbbə,
4. 24.07.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********50811 olan Samsung Galaxy A20s markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 198 manat dəbbə;
5. 27.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97174 olan Xiaomi Redmi 8 markalı telefon üçün 418,8 manat ödənilməmiş hissə, 131,4 manat dəbbə;
6. 05.03.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan 884,5 manat ödənilməmiş hissə, 270 manat dəbbə, ümumilikdə 7329,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə: 19.06.2020-ci il tarixli müqaviləyə əsasən Marvin markalı çarpayı və matras; 01.06.2020-ci il tarixli müqaviləyə əsasən GREE markalı kondisioner; 01.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan; 24.07.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********50811 olan Samsung Galaxy A20s markalı telefon; 27.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97174 olan Xiaomi Redmi 8 markalı telefon; 05.03.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan almış və nəticədə 7329,2 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə:
1. 19.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1492,2 manat (18 ay x 82,9 manat + 0 ilkin ödəniş) Marvin markalı çarpayı və matras üçün ümumlikdə 1787,4 manat olmaqla, ondan 1492,2 manat ödənilməmiş hissə, 295,2 manat dəbbə;
2. 01.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1508,4 manat (18 ay x 83,8 manat + 0 ilkin ödəniş) GREE markalı kondisioner üçün ümumlikdə 1639,1 manat olmaqla, ondan 1343,3 manat ödənilməmiş hissə, 298,8 manat dəbbə,
3. 01.06.2020-ci il tarixli müqaviləyə alqı-satqı qiyməti 1269 manat (18 ay x 70,5 manat + 0 ilkin ödəniş) əsasən Samsung markalı paltaryuyan üçün ümumlikdə 1360 manat olan, ondan 1108 manat ödənilməmiş hissə, 252 manat dəbbə,
4. 24.07.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 660 manat (12 ay x 55 manat + 0 ilkin ödəniş) İMEİ kodu **********50811 olan Samsung Galaxy A20s markalı telefon üçün 838 manat, ondan 640 manat ödənilməmiş hissə,198 manat dəbbə;
5. 27.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 906 manat (12 ay x 73 manat + 30 ilkin ödəniş) İMEİ kodu **********97174 olan Xiaomi Redmi 8 markalı telefon üçün 550,2 manat olmaqla, ondan 418,8 manat ödənilməmiş hissə, 131,4 manat dəbbə;
6. 05.03.2020-ciil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1206 manat (12 ay x 100,5 manat + 0 ilkin ödəniş) Samsung markalı paltaryuyan 1154,5 manat olmaqla, ondan 884,5 manat ödənilməmiş hissə, 270 manat dəbbə, borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1157,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarının araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış:
1. 19.06.2020-ciil tarixli müqaviləyə əsasən Marvin markalı çarpayı və matras;
2. 01.06.2020-ciil tarixli müqaviləyə əsasən GREE markalı kondisioner;
3. 01.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan;
4. 24.07.2020-citarixli müqaviləyə əsasən İMEİ kodu **********50811 olan Samsung Galaxy A20s markalı telefon;
5. 27.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97174 olan Xiaomi Redmi 8 markalı telefon;
6. 05.03.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyanı cavabdehə satmış və ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış altı müqavilə üzrə 7329,2 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya müqavilələr üzrə ödənilməmiş 5886,80 manat (1492,2 + 1343,3 + 1108 + 640 + 418,8 + 884,5) məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia 1445,40 manat (295,2+ 298,8 + 252 + 198 + 131,4 + 270) dəbbə pulunun tutulması hissəsində qismən, yəni 144 manat hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin.
1. 19.06.2020-ciil tarixli müqaviləyə əsasən Marvin markalı çarpayı və matras üçün 1492,2 manat ödənilməmiş hissə,
2. 01.06.2020-ci il tarixli müqaviləyə əsasən GREE markalı kondisioner üçün 1343,3 manat ödənilməmiş hissə,
3. 01.06.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 1108 manat ödənilməmiş hissə ,
4. 24.07.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********50811 olan Samsung Galaxy A20s markalı telefon üçün 640 manat ödənilməmiş hissə,
5. 27.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97174 olan Xiaomi Redmi 8 markalı telefon üçün 418,8 manat ödənilməmiş hissə,
6. 05.03.2020-ci il tarixli müqaviləyə əsasən Kenwod Mikser,Gorenje markalı Toster üçün 884,5 manat ödənilməmiş hissə, ümumilikdə 5886,80 manat ödənilməmiş hissə və 144 manat dəbbə pulu, cəmi 6030,80 manata borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənlsin. İddia qalana hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova