Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-731/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Fəzail oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Fəzail oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fəzail oğluna qarşı məhkəmədə iddia qaldıraraq 12710 manat vurulmuş zərərin əvəzi, hüquqi xidmətə görə vəkilə ödənilən 500 manat və 132 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiqşdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06.08.2021-ci il tarixdə saat 14:45 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ilə Ə.Vəliyev küçəsi istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətini davam etdirən zaman kəsişmədə Mersedes Vito markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü «stop» yol nişanının tələbinə məhəl qoymayaraq iddiaçının avtomobilinə vurmuşdur. İddiaçı özü və arvadı xəsarət almışdılar. Nəticədə 17710 manat məbləğində avtomobilə ziyan dəymiş, onun 5000 manat hissəsini sığorta şirkəti ödəmişdir. Mersedes Vito markalı avtomobilin sürücüsü Cavabdeh Fəzail oğlu barəsində inzibati tənbeh tədbiq edilmşdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, həmin avtomobili toyların korteji üçün verərək ailəsi üçün pulu qazanırdı. Xahiş edir iddia təmin edilsin. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini və məhkəmə xərclərinin tutulmasını xahiş etdi. Cavabdeh Fəzail oğlu iddianı qəbul etdiyini bildirdi, lakin maddi imkanı ilə əlaqədar ayda 20 manat verə biləcəyini dedi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. 06.08.2021-ci il tarixdə saat 14:45 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov ilə Ə.Vəliyev küçələri kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan BMW markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 17710 manat məbləğində ziyan dəymiş, həmin məbləğin 5000 manat hissəsini sığorta şirkəti ödəmişdir (cinayət işinin başlanmasının rədd edilməsi barədə Nizami RPİ TŞ-nin 06.09.2021-ci il tarixli qərarı, sığorta aktı, qüsur aktı). Cavabdeh iddiaçının avtomobilinə 17710 manat məbləğində ziyanın vurduğunu qəbul etmişdir. Hazırda iddiaçı 12710 manat məbləğində pulun tulmasının iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 12710 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı məhkəmə xərclərinin də tutulmasını istəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı vəkilə 500 manat pul və iddianın verilməsi üçün 132 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Fəzail oğlundan 12710 manat vurulmuş zərərin əvəzi, hüquqi xidmətə görə vəkilə ödənilən 500 manat və 132 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ 1102 Bakı şəhəri, A.Məhərrəmov Tel: (012) 530-26-99, Faks: küçəsi 15 433-00-86 www.nasimicourt.gov.az Elektron ünvan İş № 2(006)-6851/2019 17 dekabr 2019-cu il İddiaçı: İddiaçı Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, keçid 1, döngə 1, ev 43 Cavabdehlər: X2 Sabirabad rayonu, Güdəcühür kəndi "Standard Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 4 Nəsimi Rayon Məhkəməsi 17.12.2019-cu il tarixli, 2(006)-6851/2019 saylı qətnaməni məlumat üçün Sizə göndərir. Qoşma: qətnamə - 06 (altı) vərəq Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(008)-731/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-731/2022
10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver