Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-743/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xosrov oğluna qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xosrov oğluna qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xosrov oğlundan müştərək qaydada "Great Wall C30" markalı 2017-ci il buraxılışlı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 7240.00 manat (yeddi min iki yüz qırx manat), avtomobilin evakuatorla: daşınması xərclərinin əvəzi 60 manat (altmış manat), əldən çıxmış faydanın əvəzi olaraq aylıq 500 (beş yüz) manat pulun və 98 manat (doxsan səkkiz manat) dövlət rüsumunun, ümumilikdə 7898 manat (yeddi min səkkiz yüz doxsan səkkiz manat) pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Great Wall C30" markalı 2017-ci il buraxılışlı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil, onun xiisusi mülkiyyətindədir. O, avtomobiliylə 17 avqust 2021-ci il tarixdə saat təxminən 11:20 radələrində Buzovna qəsəbəsindən Heydər Əliyev prospekti ilə Nərimanov rayonu istiqamətindən hərəkətdə olarkən Suraxanı rayonu ərazisində qarşısında hərəkətdə olan "Kia" markalı avtomobil qarşısına çıxan velosipedçini X4 vurmamaq üçün əyləci basıb avtomobili saxlamışdır. Bu zaman o da əyləci basdı lakin saxlaya bilmədiyi üçün "Kia" markalı avtomaşını arxadan vurmuşdur. Ondan arxada hərəkətdə olan parlaq göy rəngli VAZ 21074 markalı ** UG *** nömrəli avtomobil də onun avtomobilini arxadan vurmuşdur. Həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də görünür ki, avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Həmin zaman etibarnanə üzrə avtomobili idarə edərək qəza törədən isə Cavabdeh2 olmuşdur. Qəza nəticəsində onun avtomobilinə arxa hissədən böyük zərər dəymişdir. Bu ilkin qiymətləndirmə aktı ilə də sübut olunur. Suraxanı RPİ-nin 03 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onun və Cavabdeh2 Xosrov oğlunun barəsində AR İXM-nin 327.1ci, X3 isə 338.1-2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh2 Xosrov oğlu idarə etdiyi VAZ 21074 markalı ** UG *** nömrəli nəqliyyat vasitəsinin icbari sığortasının olmadığını və dəyən zərəri qarşılayacağını bildirmişdir. Hadisənin baş verməsindən 2 aya yaxın vaxtkeçməsinə baxmayaraq, Cavabdeh2 ona dəyən zərəri ödəməkdən qəsdən yayınır. Telefonla əlaqə saxlasa da yenə ona dəyən zərəri ödəyəcəklərini bildirsələr də, daha sonra telefon zənglərinə də cavab verilməmişdir. Buna görə də o, pozulmuş hüquqlarının bərpası üçün yeganə çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. Hesab edir ki, onun avtomobilinə dəyən maddi ziyan cavabdehlərdən tutularaq ona ödənilməlidir. Belə ki, X10 Azerbaijan tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ilkin qiymətləndirmə aktında ətraflı olaraq avtomobilin arxa hissəsinə dəyən bütün zərərlər hesablanmışdır. Həmip aktdan da görünür ki, cavabdehlərin təqsiri ucbatından avtomobilinə ümumilikdə 7240,00 manat ziyan dəymişdir. Həmçinin o, avtomobilini cərimə meydançasına və servisə aparmaq üçün 156 yük xidmətinə müraciət etmiş və həmin xidmətlərin qarşılığında onlara 60 manat pul ödəmişdir. O, taksi fəaliyyəti ilə məşğul olan adamdır. Həmin hadisə zamanı taksi kimi fəaliyyət göstərirdir. Bu qəza nəticəsində cavabdehlərin ona vurduqları ziyan və ziyanı ödəməkdən yayınmaqım nəticəsində o, taksi fəaliyyəti ilə artıq 2 aydır ki, məşğul ola bilmir. Hazırda işsiz qalmışdır. Bu gündən sonra da avtomobil nə zaman təmir olunacaq sual altındadır. Bu müddətlər ərzində əldən çıxmış fayda kimi onun qazanacağı gəlir də cavabdehlərdən tutularaq ona ödənilməlidir. O, işsiz qalmış və bunun nəticəsində çox çətinliklər çəkir. Mənəvi sarsıntı keçirmişdir. Dəfələrlə zəng edib avtomobilinin təmin etdirilməsini xahiş etsə də, cavabdehlər onun sözlərinə məhəl qoymamışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı və Cavabdeh2 Xosrov oğlu və X3 barələrində cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti İddiaçı və Cavabdeh2 Xosrov oğlunun barəsində Azərbayjan Respublikası İXM-nin 327.1-ci, X3 isə 338.1.2-ci maddəsilə inzibati tədbir görülməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus "Great Wall C30" markalı 2017-ci il buraxılışlı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə Vaz 21074 markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və Cavabdeh2 Xosrov oğlu tərəfindən ziyan dəymişdir. İş materiallarında AC № 961485 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21074 markalı **-UG-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan ƏN-İV № 194872 saylı etibarnamənin surətindən görünür ki, Əliyev X6 Qulu Xosrov oğluna xx.xx.2026-cı il tarixədək VAZ-21074 markalı **-UG-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilinin idarə edilməsiniə icazə evrilmişdir. İş materiallarında olan 9/1748 saylı xx.xx.2022-ci il tarixli məhkəmə ekspertiza mərkəzinin rəyindən görünür ki, "X11" Azerbaijan şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılış "Gerat Wal J30" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6620.0 manat müəyyən edilir. İş materiallarında olan AD № 751799 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Gerat Wal J30" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında "X11" Azerbaycan şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılış "Gerat Wal J30" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərji avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7240.0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1748 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "X11" Azerbaican şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxlışlı "Gerat Wal J30" markalı, **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq etməklə təxmini 6620 manat olduğu müəyyə edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı X5 məxsus avtomoblə Cavabdeh2 qanunu əsaslarla istifadəsində olan avtomobil vaistəsi ilə cavabdeh X2 təqsiri səbəbində maddi ziyan dəymiş, Cavabdeh2 barəsində İXN-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməsi üçün matriallar Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan cavabdeh X1 tutularaq iddiaçıya ödənməlidir. Məhkəmə iddiaçıya dəymiş ziyanın məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ona 7240.00 manat (yeddi min iki yüz qırx manat) məbləğində ziyan dəymiş olduğunu qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, dəymiş ziyan avtoehtiyyat hissələrinin köhnəlma faizi nəzərə alınmaqla 6620 manat olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa mülki işin materiallarından məlum olur ki, hazırkı iş üzrə Cavabdeh2 Xosrov oğlu avtomobili qanuni əsaslarla idarə etdiyindən iddia tələbinin avtomobilə dəymiş ziyan hissəsində yalnız Cavabdeh2 Xosrov oğluna münasibətdə qismən təmin edilməli, digər cavabdeh avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 münasibədə isə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər hissələrini əhatə edən avtomobilin evakuatorla daşınması xərclərinin əvəzi 60 manat (altmış manat), əldən çıxmış faydanın əvəzi olaraq aylıq 500 (beş yüz) manat pulun tutlması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının avtomobilin evikatorla daşımasına dair nə qədər xərc çəkməsini, o cümlədən ona 500 manat məbləğində əlavə ziyan dəyməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim edtmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nın 21.2-ci maddəsinin Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 98 manat məbləğində dövlət rüsumunun 35 manat hissəsi Cavabdeh2 Xosrov oğlundan alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh2 Xosrov oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Xosrov oğlundan 6620 (altı min altı yüz iyirmi) manat dəymiş zərər və 35 (otuz beş manat) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. 100 manat ekspertiza xərci Cavabdeh2 Xosrov oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-743/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-743/2022
14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver