Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7465/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını nəzərdən keçirdərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi barədə məhkəməyə iddia ərizə ilə müraciət etmişdir. Sonradan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirdərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarımalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 268ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7465/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7465/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver