Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7465/2025 06.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan aldığı 1150 manatın, yol pulu üçün ödənilmiş 365 manatın və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə kələm şitili almaq barədə razılığa gəlmişlər. Cavabdeh ona video göndərib şitillərin videodakı kimi olduğunu bildirdi. O, isə videodakı şitilləri bəyəndi və onunla razılaşdı. Ondan təxminən 2000 manatlıq şitil götürməliydi. Cababdeh bildirdi ki, əvvəlcə avans göndərməlidi. Beləliklə, əvvəlcə onun kartına xx.xx.2025-ci il tarixdə 600 manat göndərmiş, daha sonra o, toxumun pulunu verməli olduğunu demiş və xx.xx.2025-ci il tarixdə ona əlavə 200 manat göndərmişdi. Daha sonra isə demiş ki, şitilini göndərir, amma şitil az olduğundan, 350 manat karta vurmasını, 165 manat da maşına verməsini istəmişdi. Beləliklə xx.xx.2025-ci il tarixdə 350 manat yenə cavabdehin kartına vurmuş. Şitillər gələndə anlamış ki, cavabdeh onu aldadırmış, şitillər ona videosunu göndərdiyi şitillər deyil. Cavabdehin göndərdiyi şitillər həm əkinə yarasız, həm də sayları az olmuşdu. Bu faktı videoqeydə almış, şitilləri maşından düşürməmiş elə həmin maşınla da geri qaytarmışdı. Beləliklə, maşına gətirmək üçün 165 manat, geri aparmaq üçün isə 200 manat yol pulu ödəməli oldu. Cavabdehə zəng etmiş, əvvəlcə o, telefona cavab verməmiş, lakin daha sonra cavab vermiş, ona iradlarını bildirmiş və demiş ki, şitilləri qaytarır. Cavabdeh əvvəlcə razılaşmasa da, sonra demiş ki, pulu yoxdur, şitilləri satıb pulunu qaytara bilər, mənə vaxt ver. Beləliklə, şitilləri geri qaytarmağından 4-5 gün sonra cavabdehlə əlaqə saxlamış, o, hələ şitilləri satmadığını bildirmişdi. Təxminən 10 gün sonra yenə əlaqə saxlamış, bu dəfə isə demiş ki, pulu vermir. O isə məcbur qalıb polisə müraciət etdi. Polisdə araşdırma aparılmış və ona bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Beləliklə də o məhkəməyə müraciət etməli oldu. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək işin onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək, kələm şitili ilə bağlı yaranmış problemə görə İddiaçı kömək edəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“Whatsapp” ani mesajlaşma sistemi üzərindən cavbadeh Cavabdeh ilə aparılmış yazışmalardan görünür ki, cavabdeh **********998796 nömrəli kart hesabını öz kartı kimi təqdim etmişdir. - Cavabdeh təqdim etdiyi kart hesabına ünvanlanmış xx.xx.2025-ci il tarixli, **********4 əməliyyat nömrəli qəbzdən görünür ki, Cavabdeh məxsus olan bank kartına 600 manat məbləğində köçürmə edilmişdir. - Cavabdeh təqdim etdiyi kart hesabına ünvanlanmış xx.xx.2025-ci il tarixli, **********1 əməliyyat nömrəli qəbzdən görünür ki, Cavabdeh məxsus olan bank kartına 350 manat məbləğində köçürmə edilmişdir. -“ABB” bank tətbiqi üzərindən edilmiş xx.xx.2025-ci il tarixli köçürmədən görünür ki, Cavabdeh təqdim etdiyi **********998796 kart hesabına 200 manat məbləğində köçürmə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.3-cu maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.3-cu maddəsinə əsasən əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki hallara mübahisənin qanuni əsası baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin arasında alqı-satqı müqaviləsi bağlanmışdır ki, həmin müqaviləyə əsasən Cavabdeh kələm şitillərini İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə kələm şitillərinin qiyməti kimi şərtləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, öhdəlik hüququ bazar iqtisadiyyatında mülki dövriyyənin axımlılığını təmin edən əsas hüquqi vasitələrdən biri olmaqla, qanunda nəzərdə tutulan əsaslar üzrə əmələ gəlir. MM-nin 386.1-ci maddəsinə əsasən müəyyən istisnalar olmaqla, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün müqavilənin olmalı olduğu göstərilmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında tərəflər arasında öhdəlik yaranmışdır. Qanunverici AR MMnin 425.1-ci maddəsində öhdəliyin icrası zamanı vicdanlılıq prinsipini təsbit etməklə, mülki dövriyyənin müstəqil və azad həyata keçirilməsi üçün tərəflərin hüquq və vəzifələrini şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə həyata keçirilməli olduğunu göstərmişdir. Məhkəmə göstərir ki, alqı-satqı müqaviləsi üzrə satıcı və alıcı üçün müəyyən vəzifələr müəyyən edilmişdir ki, həmin vəzifələr subyektlər arasında etimad əsasında münasibətlərin qurulması təmin edir. Həmin vəzifələrdən biri qismində isə satıcının əşyanı şərtləşdirilmiş keyfiyyətdə verməsi vəzifəsidir. Həmin vəzifə MM-nin 581.1-ci maddəsində göstərilmişdir. Lakin hazırki iş üzrə Cavabdeh öz vəzifəsini həyata keçirərkən, əşyanı müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətdə verməyərək, öhdəliyin icrası zamanı vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. Odur ki, məhkəmə hesab edir ki, satıcı olan cavabdeh müqavilə üzrə öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə, şərtləşdirilmiş keyfiyyətdə icra etmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 1150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbi üzrə göstərilmiş 365 manat pul tələbi ilə bağlı qeyd edir ki, həmin pul məbləğinin iddiaçı tərəfindən çəkilməsinə dair iş materiallarına sübutlar əlavə edilməmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən etmək mümkün olmur ki, cavabdeh tərəfindən öhdəliyinin icra edilməməsi ilə əlaqədar iddiaçı 365 manat məbləğində yol xərci çəkmişdir. Ona görə də, iddia tələbi həmin hissədə əsassızdır və rədd edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdehndn 1150 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının iddia qaldırmaq üçün ödədiyi 31.5 manat dövlət rüsumu cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi : Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1150 manat borc və ödənilmiş 31.5 manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(008)-7465/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7465/2025
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver