Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-749/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 135 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıyd ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X1 küçəsi ev 3 ünvanında yerləşən torpaq sahəsinin cavabdehin özünə məxsus olan hissəsindən 3 sot torpaq sahəsini ona 21000 manata satması və sənədləşmə işininin özü tərəfindən aparılması barədə aralarında razılaşma olmuşdur. Həmin razılaşma əsasında ona 15000 manat məbləğində pul vəsaiti vermişdir. Torpaq sahəsi adına sənədləşdikdən sonra qalan 6000 manatı verəcəkdi. Sonradan isə cavabdeh sənədləşmə işinin ona aparmağını və qalan 6000 manatı bu işə sərf etməyini bildirmişdir. Torpaq sahəsi paylı mülkiyyətdədir. Payçılar arasında bölgü sxem tərtib edildikdən torpaq sahəsinin naturadan ayrılması və hər payçıya ayrıca çıxarış verilməsi mümkündür. İlkin olaraq digər payçılar razılaşmadığından bölgü aparılması mümkün olmamışdır. Daha sonra Cavabdeh torpaq sahəsinin naturada bölgüsü ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bir müddət sonra isə həmin iddiada imtina etmişdir. Səbəbini soruşduqda çıxarışda onun adının olmasını istəməməsi ilə əlaqələndirmişdir. O, isə cavabında 15000 manat pul verdiyi və torpaq sahəsinin müəyyən hissəsinin adına sənədləşməli olduğunu bildirdi. Cavabdeh ona torpaq verməyəcəyini, torpaq sahəsi ondan sənəd tələb edilmədən satıldığı halda pulunu geri qaytaracağını dedi. Hazırda da torpaq sahəsini guya kiməsə satacağı barədə ona məlumat verir. Səsyazıları mövcuddur. 2015-ci ildən hazırki vaxtadək cavabdeh tərəfindən aldadılır. Nə torpaq sahəsi, nə də ki pulu qaytarılır. Cavabdehlə arasında 2021-ci ildə borc müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci ildə Bakı şəhəri 4 saylı "ASAN Xidmət" Notariat ofisində kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə Bakı şəhəri 4 saylı "ASAN Xidmət"-in Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmişdir. Cavabdeh ilə 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri 4 saylı "ASAN Xidmət"in Notariat ofisində bağladığı kredit müqaviləsinin 1-ci bəndinə əsasən, Cavabdeh 15000 manat məbləğində pulu borc vermişdir. Pul vəsaiti nağd qaydada notariusun depozit hesabına həmin notariusda yerləşən bankda qoymuş. Cavabdehdə həmin vaxtı pulu götürmüşdür. Dəfələrlə tələb etməyinə, xəbərdarlıqlar edilməsinə baxmayaraq hazırki vaxtadək borc məbləği ödənilməmişdir. Cavabdeh qadın olduğu üçün etibarından suiistifadə edərək pul vəsaitini ələ keçirtməsi ilə bağlı polisə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirir ki, aralarındakı razılaşmaya əsasən torpaq ona verilməli idi. 6000 manat qaytarmalı idi. Nə pulu, nə də torpağı qaytarmayıb. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya torpaqda tikinti işlərinin aparmasını təklif etmişdir. Pul evin təmirinə xərclənmişdir. Borcun 2031-ci ilədək müddəti var. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan notariat qaydada təsdiq edilmiş xx.xx.2021-ci ildə bağlanmış "Kredit müqaviləsi"ndən görünür ki, İddiaçı (borc verən) Cavabdeh oğluna (borc alan) 15000 manat məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2031-ci ilədək borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan normaların birgə təhlilindən görünür ki, borcun qaytarılması müəyyən müddətlə şərtləndirilə bilər. Bu müddət başa çatmamış əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Hazırki işdən görünür ki, tərəflər Mülki Məcəllənin tələblərinə uyğun qaydada kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən, borc alan borcu xx.xx.2031-ci ilədək qaytarmağı öhdəsinə götürür. Müddət başa çatmadan borcun tələb edilməsi yalnız borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdiyi və bu, eyni zamanda, borcun qaytarılması tələbi üçün təhlükə yaratdığı halda mümkündür. Həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin İddiaçı göstərilən halları təsdiq edən sübutlar təqdim etməmiş, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, borcun qaytarılması üçün müddət başa çatmadığından və onun vaxtından əvvəl tələb edilməsi halları aşkar edilmədiyindən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü idə ********** nömrəli mədaxil qəbzi ilə 135,40 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-749/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-749/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver