Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7551/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 08.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94692 olan X6 markalı telefon üçün 468 manat ödənilməmiş hissə, 68,4 manat dəbbə, 22.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu olan **********94332 olan Huawei Y9 markalı telefon üçün 218 manat ödənilməmiş hissə, 66 manat dəbbə, 07.12.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 1353 manat ödənilməmiş hissə, 407,4 manat dəbbə pulu borcu, ümumilikdə 2580,8 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 08.02.2020-ci il, 22.09.2019-cu il və 07.12.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********94692 olan X6 markalı telefon, İMEİ kodu olan **********94332 olan Huawei Y9 markalı telefon, HOFFMANN markalı soyuducu almış və nəticədə 2580,8 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 08.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 585 manat olan İMEİ kodu **********94692 olan X6 markalı telefon üçün ümumilikdə 536,4 manat olmaqla, ondan 468 manat ödənilməmiş hissə, 68,4 manat dəbbə pulu, 22.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 528 manat olan İMEİ kodu olan **********94332 olan Huawei Y9 markalı telefon üçün ümumilikdə 284 manat olmaqla, ondan 218 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu, 07.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1752 manat olan HOFFMANN markalı soyuducu üçün ümumilikdə 1760,4 manat olmaqla, ondan 1353 manat ödənilməmiş hissə, 407,4 manat dəbbə pulu pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 826 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2020-ci il, 22.09.2019-cu il və 07.12.2019-cuil tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə İMEİ kodu **********94692 olan X6 markalı telefon, İMEİ kodu olan **********94332 olan Huawei Y9 markalı telefon, HOFFMANN markalı soyuducu satmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 04.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hal-hazırda "xxxx" MMC-yə aralarında bağlanmış həmin müqavilələr üzrə 2039 manat əsas, 541,8 manat cərimə, cəmi 2580,8 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdehna ünvanlanmış 19.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 541,8 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 54 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94692 olan X6 markalı telefonüçün 468 manat ödənilməmiş hissə, 22.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu İMEİ kodu olan **********94332 olan Huawei Y9 markalı telefonüçün 218 manat ödənilməmiş hissə, 07.12.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 1353 manat ödənilməmiş hissə, ümumilikdə 2039 manat ödənilməmiş hissə və 54 manat dəbbə pulu borcu, ümumilikdə 2093 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 08.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94692 olan X6 markalı telefonüçün 468 manat ödənilməmiş hissə, 22.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu İMEİ kodu olan **********94332 olan Huawei Y9 markalı telefon üçün 218 manat ödənilməmiş hissə, 07.12.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 1353 manat ödənilməmiş hissə, ümumilikdə 2039 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu borcu, cəmi 2093 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7551/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7551/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver