Məhkəmə qərarları › İş №2(008)-7579/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7579/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7579/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.000 (qırx min) manat pul vəsaitinin həmçinin hüquqi yardım göstərilməsi üçün 70 (yetmiş ) manat və 30 (otuz) manat məhkəmə üçün dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 16.10.2015-ci il tarixində vəfat etmiş atası X4 04.02.2021 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən vərəsəsidir. Mərhum atası X9 08.01.2010-cu il tarixində Dövlət Kontorunda Cavabdeh 40.000 (qırx min) manat pulu borc vermişdir. Cavabdeh 4 (dörd) il ərzində 40.000 (qırx min) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik icra olunmamışdır. Notariusun icra qeydi əsasında iş icraya göndərilmişdir. Bu səbəbdən cavabdehə 26.01.2015-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon icra şöbəsi tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş və elə həmin tarixdə icraata başlamaq haqqında icraata başlanması haqqında qərarda qəbul edilmişdir. Bildiyi qədəri ilə hal-hazırda cavabdeh cəzaçəkmə müəssisələrindən birində cəza çəkir. Bununla belə borcunu ödəməməsi onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı icra qeydi ilə bağlı icra işi hələdə icra məmurunun icratında olduğunun, lakin bu günədək heç bir ödəniş olmadığını qeyd edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 08.01.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, X9 40.000 manat məbləğində pul vəsaitini 4 il ərizində qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 26.01.2015-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, 4 saylı Dövlət Notariat Kontorunun 3M-0107 saylı, 23.01.2015-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. 26.01.2015-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 40000 manat məbləğində olan pul vəsaitini X2 ödənilməsi barədə xəbərdar edilmişdir. AZ-İ 776904 saylı 20.10.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16.10.2015-c il tarixində Bakı şəhərində vəfat etmişdir. 04.02.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı, X8, X1 Sahib Qaraş oğlunun vərəsələri hesab edilmişdir. 04.02.2021-ci il tarixli miras payının bağışlanması haqqında müqavilədən görünür ki, X8, X7 ünvan 1 ünvandakı paylarını digər vərəsə İddiaçı bağışlamışlar. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və barışıq sazişini araşdıraraq hesab edir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki işin icraatına xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının atası ilə cavabdeh arasında notariusda 08.01.2010-cu il tarixdə 4 il müddətinə ödənilməsi şərti ilə borc müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh olan Cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, bu səbəbdəndə 4 saylı Dövlət Notariat Kontorunun 3M-0107 saylı, 23.01.2015-ci il tarixli icra sənədinə əsasən 26.01.2015-ci il tarixdə icraa işi başlanmış və bugünki tarixədək icra səndəi icrasız qalmışdır. Borc verən yəni hazırki mülki iş üzrə iddiaçının atası X9 16.10.2015-ci il tarixdə vəfət etmişdir, İddiaçı isə atasından qalmış miras əmlaka vərəsələrədən biri hesab edilmişdir. Bundan sonra iddiaçı 08.01.2010-ci il tarixli borc müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iddiaçının diqqətinə çatdırarq qeyd edir ki, borc müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliyin icra olunması məqsədi ilə 4 saylı Dövlət Notariat Kontorunun 3M-0107 saylı, 23.01.2015-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 26.01.2015-ci il tarixli icraata başlamaq haqqında qəra ilə hazırkı mübahisə barədə icraata başlanıldığından hazırki mülki işə yenidən məhkəmə icraatında baxıla bilməz. Belə olan halda mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar