Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-759/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Marvin-Qonaq- Masa, Genua FS, Transformer-Qonaq-Jurnal masa, Alyans-Paris tv-altı üçün 1386 manat ödənilməmiş hissə, 420 manat dəbbə pulunun, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Soft-Yumsaq-3 yerli mebel əşyası üçün 104 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulunun, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Zeta- Yumsaq-Kunc-Sağ uzun-Sungerli mebel əşyası üçün 1413 manat ödənilməmiş hissə, 427 manat dəbbə pulu, ümumilikdə 3779 manat borc və 57.79 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh Violeta-Yumsaq-Kunc-Sungerli, Marvin-Qonaq-Masa, Genua FS, Transformer-Qonaq-Jurnal masa, Alyans-Paris tv-altı, Soft-Yumsaq-3 yerli mebel əşyası, Zeta-Yumsaq-Kunc-Sağ uzun-Sungerli mebel əşyası almış və nəticədə 3779 manat məbləğində borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı Violetta-Yumsaq-Kunc-Sungerli markalı məhsul qaytarıldıqdan sonra məhsula olan ümumi borc 2088 manat silinmiş, Marvin-Qonaq-Masa, Genua FS, Transformer-Qonaq-Jurnal masa, Alyans-Paris tv-altı markalı mebel əşyaları üçün qalıq borc 1806 manat təşkil edir. Digər müqavilələr üzrə cavabdehin cəmi ödədiyi məbləğ 1003 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan xx.xx.2019-cu il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Vioıetta-Yumuşaq-Kunc-Sungerli, Marvin-Qonaq-Masa, Genua FS, Transformer-Qonaq-Jurnal masa, Alyans-Paris tv-altı; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə Soft-Yumsaq-3 yerli mebel əşyası; xx.xx.2019-cu il tarixli müqaviləsi ilə Zeta-Yumsaq-Kunc-Sağ uzun-Sungerli mebel əşyası almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMCdən alqı-satqı qiyməti 4200 manat olan Marvin-Qonaq-Masa, Genua FS, Transformer- Qonaq-Jurnal masa, Alyans-Paris tv-altı üçün cəmi ödədiyi məbləğ 2814 manat, ödənilməmiş əsas borcu 1386 manat, dəbbə borcu 420 manat olmaqla, cəmi 1806 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqısatqı qiyməti 384 manat olan Soft-Yumsaq-3 yerli mebel əşyası üçün cəmi ödədiyi məbləğ 280 manat, ödənilməmiş əsas borcu 104 manat, cərimə borcu 29 manat olmaqla, cəmi 133 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2136 manat olan Zeta-Yumsaq-Kunc-Sağ uzun-Sungerli mebel əşyası üçün cəmi ödədiyi məbləğ 723 manat, ödənilməmiş əsas borcu 1413 manat, cərimə borcu 427 manat olmaqla, cəmi 1840 manat, ümumi ödənilməmiş borcu cəmi 3779 manat təşkil edir; -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Marvin-Qonaq- Masa, Genua FS, Transformer-Qonaq-Jurnal masa, Alyans-Paris tv-altıin aylıq ödəniş məbləği 175 manat; xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Soft- Yumsaq-3 yerli mebel əşyasıın aylıq ödənişi 32 manat; xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Zeta-Yumsaq-Kunc-Sağ uzun-Sungerli mebel əşyasınin aylıq ödənişi 89 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış Marvin-Qonaq- Masa, Genua FS, Transformer-Qonaq-Jurnal masa, Alyans-Paris tv-altı üçün 420 manat; Soft-Yumsaq-3 yerli mebel əşyasıüçün 29 manat; Zeta-Yumsaq-Kunc-Sağ uzun-Sungerli mebel əşyası üçün 427 manat məbləğində cərimələrin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, Marvin- Qonaq- Masa, Genua FS, Transformer-Qonaq-Jurnal masa, Alyans-Paris tv-altı üçün dəbbə pulunun 20 manat; Soft-Yumsaq-3 yerli mebel əşyası üçün dəbbə pulunun 5 manat; Zeta-Yumsaq-Kunc-Sağ uzun-Sungerli mebel əşyası üçün 15 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1386 (bir min üç yüz səksən altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 104 (bir yüz manat) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1362 (bir min üç yüz altmış iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu olmaqla, cəmi 2892 (iki min səkkiz yüz doxsan iki) manat borcun və 40 (qırx) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-759/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-759/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver