Məhkəmə qərarları › İş №2(008)-7602/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7602/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7602/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.249162 ha torpaq sahəsində yerləşən istixanadan yaranmış 14000 (on dörd min) manat icarə haqqının və qazdan istifadəyə görə yaranmış 7300 (yeddi min üç yüz) manat məbləğində borcun, ümumilikdə 21300 (iyirmi bir min üç yüz) manatın və 153,9 (yüz əlli üç manat doxsan qəpik) manat mələğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilərək, reyestrdə 3M-3138 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin şərtlərinə görə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 0.249162 ha olan torpaq icarə haqqı ödənilməklə, xx.xx.2022-ci il tarixədək Cavabdeh icarəsinə verilmişdir. İcarə müqaviləsinin 3cü bəndinin şərtinə əsasən, həmin torpaq sahəsinin icarəyə verilmə müddəti 2023-cü ilin oktyabr ayınadək uzadılmışdır. Həmin müqavilənin 12-ci bəndində dəyişiklik edilməsi barədə cavabdehlə arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və bu müqavilə də Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilərək, həmin gün reyestrdə 3M-3251 nömrə ilə qeyd edilmişdir. Dəyişikliyə əsasən, müqavilənin 12-ci bəndi yeni reaksiyada verilərək götərilmişdir ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya va telefon) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları "İcarəçi"(lər) tərəfindən ödənilir. Həmçinin tərəflərin qarşılıqlı razılığına əsasən icarə müddəti bitdikdən sonra kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon) istifadə edilməsinə görə icarəçi tərəfindən ödənilməmiş qalan haqlar icarəyə verən tərəfindən ödənilir. Qeyd edir ki, Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyib, icarə haqqı və qazdan istifadəyə görə yaranmış borclarını tam ödəməmişdir. Belə ki, icarə müqaviləsi üzrə və qazdan istifadə ilə bağlı yaranmış borca dair məlumat Cavabdeh qardaşı X2 (ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X15 küçəsi, ev 53) va X4 (ünvanı: ünvan 2n tərtib edilib imzalanmış xx.xx.2024-cü il tarixli Öhdəlikdə təsdiqini tapmışdır. Öhdəlikdə bildirilir ki, xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi Cavabdeh ilə bağlansa da, həmin istixananı 2021-2023-cü illərdə faktiki olaraq X4 və X2 icarəyə götürüb istifadə etmişlər. Onlar icarə müddətində qazdan istifadəyə görə borcun əsas hissəsini ödəsələr də, hazıradək 7.300 (yeddi min üç yüz) manat məbləğində borcları qalmışdır. Axırıncı ildə məhsuldan ziyan etdiklərinə görə qazdan istifadəyə görə yaranmış 7.300 manat borcu indiyədək ödəyə bilməmişlər. Qazdan istifadəyə görə yaranmış 7.300 manat pulu ən son olaraq, 6 ay müddətində yəni, 2024-cü ilin oktyabr ayınadək tam şəkildə ödəyəcəklərinə söz verirlər. Əgər işləri yaxşı olsa, onda ən qısa müddətdə, ola bilsin ki, hər ay ödənişi yerinə yetirəcəklər. Bundan başqa, istixananın icarə haqqı olan 14.000 (on dörd min) manatı isə qazdan istifadəyə görə yaranmış borclarını ödədikdən sonra ödəyəcəklərinə söz verirlər. Məlumat üçün bildirir ki, qazdan istifadəyə görə yaranmış 7300 (yeddi min üç yüz) manat məbləğində borc onun, yəni iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 3m-3138 reyestr nömrəli müqavilədən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 0.249162 ha olan torpaq icarə haqqı ödənilməklə, xx.xx.2022-ci il tarixədək Cavabdeh icarəsinə verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən aylıq 300 manat icarə haqqı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, xx.xx.2021 tarixli 3M/3138 reyestrli icarə müqaviləsinin müqavilənin 12-ci bəndi yeni reaksiyada verilərək götərilmişdir ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya va telefon) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları "İcarəçi"(lər) tərəfindən ödənilir. Həmçinin tərəflərin qarşılıqlı razılığına əsasən icarə müddəti bitdikdən sonra kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon) istifadə edilməsinə görə icarəçi tərəfindən ödənilməmiş qalan haqlar icarəyə verən tərəfindən ödənilir. xx.xx.2024-cü il tarixli öhdəlikdən görünür ki, X2, icarə müqaviləsi Cavabdeh adına olsada, hami illər ərzində faktiki biz istifadə etdiyini bildirmiş, İcarə müddətində qazdan istifadəyə görə borcun əksər hissəsini ödədiyini, lakin 7300 (yeddi min üç yüz) manat hazırkı vaxtadak borcu qaldığını, axrıncı ildə məhsuldan ziyan etdiyinə görə qaza yaranmış həmin 7300 manat pulu hazırkı vaxtadək ödəyə bilmədiyini qeyd etmişdir. Qazdan istifadəyə görə yaranmış 7300 (yeddi min üç yüz) manat pulu ən son olaraq 6 ay müddətində, yəni 2024-cü ilin oktyabr ayınadək tam şəkildə ödəyəcəyinə söz vermiş, işləri yaxşı olsa ən qısa, ola bilsin hər ay müddətində ödənişi yerinə yetirəcəyinə, bundan başqa İstixananın icarə haqqısı ilə bağlı olan 14.000 (on dörd min) manatı, yəni obyekt sahibi, mülkiyyətçi İddiaçı olan borcumuzu qazın borcunu bağladıqdan sonra ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 155 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Torpaq icarəsi haqqında Qanunun: 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 3-cü maddəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. 11-ci maddəsinə əsasən İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 19-cu maddəsinə əsasən İcarəyəverənin hüquqları aşağıdakılardır: icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək; 23-cü maddəsinə əsasən İcarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 701.1-ci maddəsinə əsasən İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. 710.1-ci maddəsinə əsasən Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,249162 ha torpaq sahəsinin tam hüquqlu mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, icarə haqqı üzrə irəli sürülmüş 14 000 manat məbləğindəki tələb əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanılmış və həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək (xx.xx.2022-ci il tarixdən etibarən 1 il müddətinə) uzadılmışdır. Müqavilə müddəti və aylıq razılaşdırılmış 300 manat icarə haqqı nəzərə alındıqda, cavabdehin cəmi 6 600 manat borcu müəyyən edilir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və borcun ödənildiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddiaçının icarə haqqı borcunun ödənilməsi barədə tələbi müqavilənin qüvvədə olduğu müddətə müvafiq olaraq (icarə müddətinə uyğun olaraq) 6 600 manat hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iş materiallarına cavabdehin qardaşı olduğunu qeyd etdiyi X1 imzası olan öhdəlik adlı sənəd təqdim etdiyini və orada icarə və qaz borcunun olmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, həmin öhdəlik adlı sənəd cavabdehə aid olmadığından və onun tərəfindən imzalanmadığından borcun etirafı qismində sübut kimi nəzərə alına bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qazdan istifadəyə görə 7300 manat borcunun yaranmasını sübut edə bilməmişdir. Bu məsələ üçün məhkəməyə daha dəqiq və etibarlı sübutlar təqdim olunmalıdır. Qazdan istifadəyə görə yaranmış borcu sübut və müvafiq sənədlər olmadan sübut edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 86 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 67 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6600 manat məbləğində pul vəsaiti və ödənilmiş 86 manat dövlət rüsumu tutularaq İddiaçıinə ödənilsin. Ödənilmiş 67 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar