Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-761/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul vəsaitinin tutulması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul vəsaitinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 (beş min) manat sığorta ödənişinin, 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5700 (beş min yeddi yüz) manat məbəğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Əmirov Cəfər Süleyman oğlu arasında 27.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Venza" markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 18.02.2018-ci il tarixdə "xxxx" markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C180” markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı, “Dodge Nitro” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz ML350” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən “Mercedes Benz C180” markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1 949,50 (bir min doqquz yüz qırx doqquz manat əlli qəpik) manat, “Dodge Nitro” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 240,00 (iki yüz qırx) manat və “Mercedes Benz ML350” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2 810,50 (iki min səkkiz yüz on manat əlli qəpik) manat olmaqla, cəmi 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Xəzər RPİ TŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 07.03.2018-ci il tarixli, 055-5768-1218 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi "xxxx" markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etdiyi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "xxxx" markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bununla bağlı tərəflərindən 03.04.2018-ci il tarixli, AS-18/681 saylı, 22.05.2018-ci il tarixli, AS-18/1259 saylı və 18.07.2018-ci il tarixli, AS-18/1816 saylı məktublarla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət olunaraq müvafiq şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olma tarixləri barədə müvafiq təsdiqedici sənədlər əlavə edilməklə Cəmiyyətə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən ünvanlarına 16.08.2018-ci il tarixdə daxil olmuş 01.08.2018-ci il tarixli, 33/2839 saylı məktubda “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad olunaraq fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verildiyi qeyd edilmişdir. Həmçinin qeyd etmək istəyir ki, tərəflərindən 12.10.2018-ci il tarixli, AS-18/2574 saylı geriyə tələb (subroqasiya) məktubu ilə Cavabdeh müraciət olunaraq yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixədək sonuncu dəfə Azərbaycan Respublikasının ərazisinə daxil olma tarixini təsdiqedən sənədi Cəmiyyətə təqdim etməyi, hadisənin baş verdiyi tarixədək sonuncu dəfə Azərbaycan Respublikasının ərazisinə daxil olma tarixindən 1 aydan çox müddətin keçdiyi təqdirdə isə göstərilən məbləği 10 (on) gün müddətində "xxxx" ASC-yə ödəməyi xahiş olunmuşdur. Cəmiyyətə Cavabdeh tərəfindən Azərbaycan Respublikası ərazisinə daxil olma vaxtını təsdiq edən hər hansı bir sənəd təqdim olunmamışdır. Əlavə olaraq bununla bağlı 05.11.2018-ci il tarixli, AS 18/2801 saylı məktubla Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat və İmtahan İdarəsinə müraciət olunaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh sürücülük vəsiqəsinin verilib-verilməməsi barədə, verildiyi təqdirdə vəsiqənin nömrəsi, etibarlılıq müddəti, kateqoriyası və onun hüququnun məhdudlaşdırılıb – məhdudlaşdırılmaması, həmçinin məhdudlaşdırılıbsa, hansı tarixdə və hansı müddətə məhdudlaşdırılması barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat və İmtahan İdarəsindən 23.11.2018-ci il tarixdə ünvanına daxil olmuş 17.11.2018-ci il tarixli, 016-122184-1218 saylı məktubda Cavabdeh 04.04.2018-ci il tarixdən 04.04.2019-ci il tarixədək etibarlı olan AD seriyalı, 136963 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi qeyd olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi Cavabdeh 18.02.2018-ci il tarixli yol-nəqliyyat hadisəsindən 2 aydan çox müddət keçdikdən sonra Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsini əldə etmişdir. Odur ki, Cəmiyyətə təqdim olunmuş sənədlərə əsasən yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh "xxxx" markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobili icarə etmək hüququ olmadan idarə etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, 27.06.2017– 27.06.2018-ci il tarixədək dövlət qeydiyyat nişanı ** ZH ***, markası "xxxx", istehsal ili 2012 avto nəqliyyat vaistəsi Ata Sığorta ASC-də icbari siğorta ilə siğortalanmışdır. Siğorta məbləği avtonəqliyyat vaistəsinə dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. - 07 mart 2018-ci il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddədində tərkib ələmatləri olmadığından qərarın sürəti icra olunması üçün Xəzər DYPŞ-ya göndərilmişdir. - İnzibati Tənbeh vermə haqqında TP 909611 nömrəli , 10.05.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. - «Ata Sığorta” ASC tərəfindən 18.04.2018-cı il, 1592/18/AA-805/18 nömrəli, 17.04.2018-ci il tarixli, 1591/18/AA-805/18 nömrəli 17.04.2018-ci il, 1590/18/AA-805/18 nömrəli sığorta aktlarnın surətindən görünür ki, PAA ********** saylı siğorta müqaviləsinə əsasən müvafiq olaraq zərərçəkmişlər X7 2810.50 manat, X2 240 manat, X4 1949.50 manat yekun sığorta ödəniş məbləği hesablanaraq, zərrəçəkmişlərin hesab nömrələrinə köçürülmüşdür. - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 07.03.2018-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 18.02.2018-ci il tarixdə saat 16:20 radələrində Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma kimi qeydə alınmışdır. Təqsirli olan avtonəqliyyat vəsatəsinin idarə edən Cavabdeh olmuşdur. Əmirov X8 Federasiyasının sürücülük vəsiqəsi ilə avtonəqliyyat vaistəsini idarə etmişdir. - 19.04.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2810.5 manat 18.04.2018cı il, 1592/18/AA-805/18 nömrəli sığorta aktına əsasən sığorta ödənişi kimi büdcədən X7 ödənilmişdir. - 17.04.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 240 manat 17.04.2018-ci il tarixli, 1591/18/AA-805/18 nömrəli sığorta aktına əsasən sığorta ödənişi kimi büdcədən X2 oğluna ödənilmişdir. 17.04.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1949.5 17.04.2018-ci il, 1590/18/AA-805/18 nömrəli sığorta aktına əsasən sığorta ödənişi kimi büdcədən X4 ödənilmişdir. - 12.10.2018-ci il tarixli, AS-18/2574 nömrəli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, Cavabdeh Atasığorta ASC tərəfindən sığorta hadisəsi ilə bağlı zərər görə ödənilmiş 5000 manat sığorta ödənişi tələb edilmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh AD seriyalı, B kateqoriyalı 141010 nömrəli sürücülük vəsiqəsini 30.11.2018-ci il tarixdə almışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh 18.02.2018-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsindən əvvəl Azərbaycan Respublikası ərazisinə 11.12.2017-ci il tarixində daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. X10 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 18.02.2018-cu il tarixdə “Toyoto Venza markalı, 90H144 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C180” markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı, “Dodge Nitro” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz ML350” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 07.03.2018-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, cavabdeh Əmirov X9 Venza markalı, 90H144 dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh sığortalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə sığorta müqaviləsinin şərtlərini pozduğu üçün iddiaçının subroqasiya hüququnun yarandığına istinad edir və onlar tərəfindən ödənilən 5000 manat məbləği cavabdehdən bu əsasla geri tələb edir. İşin mübahisələndirilən halı cavabdehin həqiqətən hadisənin baş verdiyi vaxtda sürücülük hüququnun olub-olmamasını müəyyən etməkdən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ölkə ərazisinə 11.12.2017-cu il tarixdə daxil olmuş, avto-nəqliyyat hadisəsi isə 18.02.2018-cu il tarixdə baş vermiş və beləliklə məlum olur ki, cavabdehin yol nəqliyyat hadisəsi baş verən zaman onun Rusiya Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsilə avtomobili idarə etməyə hüququ olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının subroqasiya hüququ Cavabdeh qarşı yaranmışdır. Beləliklə, "xxxx" ASC-də icbari siğorta ilə siğorta olunan ** ZH *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh 18.02.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, X5 avtomobilinə 2810.50 manat, X1 avtomobilinə 240 manat, X3 avtomobilinə 1949.50 manat məbləğində zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən zərər dəyən avtomobillərin mülkiyyətçisinə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC zərərçəkmiş şəxslərə ödənilmiş 5000 manat məbləğində pul vəsaitini Cavabdeh tələb edir. Məhkəmə hesab edir ki, 18.02.2018-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış ** ZH *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən dəymiş zərər "xxxx" ASC tərəfindən ümumi sığorta məbləği hissəsində zərərçəkmiş şəxlərə ödənildiyindən, "xxxx" ASC həmin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 5000 (beş min) manat sığorta ödənişi məbləği və 70 (yetmiş) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-761/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-761/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver