Məhkəmə qərarları › İş №2(008)-765/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-765/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-765/2022 11.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Toshiba markalı kondisioner üçün 1062.6 (min altmış iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 106 (yüz altı) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 499.7 (dörd yüz doxsan doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 49.7 (qırx doqquz manat, yetmiş qəpik) manat dəbbə, ümumilikdə 1718 (min yeddi yüz on səkkiz) manat borc və 37.18 (otuz yeddi manat, on səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Toshiba markalı kondisioner və Samsung markalı televizor almış və nəticədə 1718 (min yeddi yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1470.6 manat (18 ay x 81.7 manat + 0 manat ilkin ödəniş) Toshiba markalı kondisioner üçün ümumilikdə, 1168.6 manat olmaqla ondan, 1062.6 manat ödənilməmiş hissə, 106 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1923.8 manat (2 ay x 685.4 manat + 553 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə, 549.4 manat olmaqla ondan, 499.7 manat ödənilməmiş hissə, 49.7 (qırx doqquz manat, yetmiş qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1832.1 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərərk bildirmişdir ki, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icrasından imtina etmir, iddiaçıya olan borcunu ödəməyə hazırdır. Lakin Samsung markalı televizorun alınması məqsədi ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqvilə üzrə borcunu qismən ödəmiş, hazırda sözügedən müqavilə üzrə 249.7 manat məbləğində borcu mövcuddur. Lakin o həmin borcu ödəməkdən imtina edir. Belə ki, o sözügedən müqaviləni bağlayarkən iddiaçıdan 214 manat dəyərində qızıl zəmanət almışdır. Televizorun pultu işləmədiyi üçün o pultun dəyişdirilməsini xahiş etmiş, dəfələrlə bununla bağlı iddiaçının servisinə müraciət etmiş yalnız bir dəfə ona pultu yenisi ilə əvəzləşdirildiyini bildirilərək yeni pult verilmişdir, pult yenisi ilə əvəzləşdikdən bir iki gün sonra pult yenidən işləməmişdir. O bununla bağlı iddiaçıya çoxsaylı müraciətlər etməsinə baxmayaraq onun müraciətləri cavabsız qalmış bu səbəbdən də o məcbur qalaraq başqa bir mağazadan 120 manat dəyərində yeni bir pult almışdır. Cavabdeh eyni zamanda bildirmişdir ki, o televizor ilə bağlı müqavilə üzrə ödənişləri 2 ay icra etməli olduğu halda pult işləmədiyi, o cümlədən karantin olduğu üçün vaxtlı-vaxtında icra etməmişdir. İddiaçının nümayəndəsi cavabdehin etirazın münasibət bildirərək qeyd etmişdir ki, doğrudan da cavabdeh xx.xx.2020-ci il tarixində servis xidmətinə pultun işləməməsi ilə bağlı müraciət etmiş, iddiaçı tərəfdən də həmin tarixdə yenisi ilə əvəzləşdirilmişdir. Bundan sonra onlar rəsmi şəkildə müraciət etməmişdir. Eyni zamanda qızıl zamantin şərtlərində qeyd edilmişdir ki, məhsul üzrə ödənişlər şərtləri tam və vaxtında icra edilmədiyi halda qızıl zamanətin şərtləri qüvvədən düşmüş hesab edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20345864 nömrəli müqaviləyə əsasən, Cavabdeh «Toshiba» markalı kondisioner almışdır. -xx.xx.2020-ci il tarixli, 20345864 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh «Toshiba» markalı kondisioneri təhvil almışdır. -xx.xx.2020-ci il tarixli, 20345864 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 81.7 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20108206 saylı alqı-satqı müqaviləsinə əsasən, Musayev X3 markalı televizor almışdır. -xx.xx.2020-ci il tarixli 20108206 saylı təhvil-təslim aktından görünür ki, Musayev X3 markalı televizoru təhvil almışdır. - xx.xx.2020-ci il tarixli 20108206 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş iki ay olmaqla 685.4 manat müəyyən edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, сavabdeh xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 04 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 249.7 (iki yüz qırx doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə, ümumilikdə 1044.7 (min qırx dörd manat, yetmiş qəpik) manat borc hesablanmışdır. xx.xx.2020-ci il tarixli qızıl zəmanət kitaçasından görünür ki, alıcının xx.xx.2020-ci il tarixli bağlanmış müqavilə üzrə 2 il müdətinə 214 manat məbləğində zəmanət talonu vardır. xx.xx.2020-ci il tarixli qızıl zəmanət kitaçasının şərtərində qeyd edilmişdir ki, məhsul üzrə ödənişlər şərtləri tam və vaxtında icra edilmədiyi halda qızıl zamanətin şərtləri qüvvədən düşmüş hesab edilir. xx.xx.2020-ci il tarixli aparılan işlər barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə müştəri Cavabdeh məxsus televizorun pultu zəmanət əsasında yenisi ilə əvəz olunmuşdur. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 37.58 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Lkin məhkəmə iddia tələbinin əsas borcun ödənilməsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə yalnız sübut qismində mülki işin matraillarına əlavə edilmiş 04 fevral 2022-ci il tarixli maliyyə arayışı həddində təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 7 (yeddi) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2 (iki) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfin irəli sürmüş olduğu hallara müsibət bildirərk qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin əldə etdiyi əşyanın tərkibi olan pult işləməmiş, bununla bağlı iddiaçı mürciət etmiş, qızıl zamanatə əsasən pult yenisi ilə xx.xx.2020-ci il tarixində əvəzləşdirilmişdir. Cavabdeh daha sonra pultun yenidən işləmədiyini qeyd etsədə buna təsdiq edəcək mötəbr sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 249.7 (iki yüz qırx doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu olmaqla, cəmi 958.7 (doqquz yüz əlli səkkiz manat, yetmiş qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilərək 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 249.7 (iki yüz qırx doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu olmaqla, cəmi 958.7 (doqquz yüz əlli səkkiz manat, yetmiş qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar