Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-768/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
1. 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor, kondisioner, soyuducu, HOFFMANN markalı kombi, aspirator, HANSA markalı plitə, Elektrolux markalı paltaryuyan, KARCHER markalı tozsoran üçün 4885 manat ödənilməmiş hissə, 1438 manat dəbbə;
2. 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64368 olan X6 7 markalı telefon və Xiaomi Mi markalı qulaqlıq üçün 479,8 manat ödənilməmiş hissə, 144,7 manat dəbbə;
3. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Nevresim takımı tekstil əşyası üçün 152 manat ödənilməmiş hissə, 45,6 manat dəbbə;
4. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, SOFRAM markalı qazan və Granchio markalı tava üçün 76,9 manat ödənilməmiş hissə, 19,8 manat dəbbə; ümumilikdə 7242 manat borc və 92,42 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddia tələbində göstərilən müqavilələrə əsasən göstərilən malları almış və nəticədə 7242 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə
1. 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 8453 manat Samsung markalı televizor kondisioner, soyuducu, HOFFMANN markalı kombi, aspirator, HANSA markalı plitə, Elektrolux markalı paltaryuyan, KARCHER markalı tozsoran üçün ümumilikdə, 6323,2 manat olmaqla ondan, 4885 manat ödənilməmiş hissə, 1438 manat dəbbə;
2. 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 manat İMEİ kodu **********64368 olan X6 7 markalı telefon və Xiaomi Mi markalı qulaqlıq üçün ümumilikdə, 624,5 manat olmaqla ondan, 479,8 manat ödənilməmiş hissə, 144,7 manat dəbbə;
3. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 234 manat Nevresim takımı tekstil əşyası üçün ümumilikdə, 197,6 manat olmaqla ondan, 152 manat ödənilməmiş hissə, 45,6 manat dəbbə;
4. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 132 manat SOFRAM markalı qazan və Granchio markalı tava üçün ümumilikdə, 96,7 manat olmaqla ondan, 76,9 manat ödənilməmiş hissə, 19,8 dəbbə borcu qalmışdır. Cavabdeh 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən 07.09.2020-ci il tarixdə HANSA markalı plit əvə yeni qızıl zəmantəindən imtina etmiş və məhsul 371 manat qiymələndirilib borcundan silinirək geri qaytarılmışdır. Cavabdeh 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən 07.09.2020-ci il tarixdə Samsung markalı televizor, 3 ədəd yeni qızıl zəmanət, kondisioner, soyuducu, HOFFMANN markalı kombi, aspirator və KARCHER markalı tozsorandan imtina etmiş və məhsul 1512 manat qiymələndirilib borcundan silinirək geri qaytarılmışdır. Cavabdehin 02.11.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləği 1685 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1883 manat, ümumilikdə 3568 manat təşkil edir. Digər müqavilələr üzrə 377,3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya dənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunu inkar etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehə:
1. 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor, kondisioner, soyuducu, HOFFMANN markalı kombi, aspirator, HANSA markalı plitə, Elektrolux markalı paltaryuyan, KARCHER markalı tozsoran;
2. 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64368 olan X6 7 markalı telefon və Xiaomi Mi markalı qulaqlıq;
3. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Nevresim takımı tekstil əşyası;
4. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, SOFRAM markalı qazan və Granchio markalı tava satmışdır. Cavabdeh 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən 07.09.2020-ci il tarixdə Samsung markalı televizor, 3 ədəd yeni qızıl zəmanət, kondisioner, soyuducu, HOFFMANN markalı kombi, aspirator və KARCHER markalı tozsorandan imtina etmiş və məhsul 1512 manat qiymələndirilib borcundan silinirək geri qaytarılmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya dörd müqavilə üzrə 5593,7 manat əsas, 1648 manat dəbbə, ümumilikdə 7242 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 7242 manat borcun cavabdehdən tutulmasın istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1648 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 165 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin.
1. 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən 4885 manat ödənilməmiş hissə,
2. 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən 479,8 manat ödənilməmiş hissə,
3. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən 152 manat ödənilməmiş hissə,
4. 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən 76,9 manat ödənilməmiş hissə, cəmi 5593,7 manat ödənilməmiş hissə, 165 manat dəbbə, cəmi 5758,70 manat borc və 92,42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova