Məhkəmə qərarları › İş №2(008)-7684/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7684/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7684/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı «Bank olmayan Kredit Təşkilatı İDK” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, «Bank olmayan Kredit Təşkilatı İDK” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank olmayan Kredit Təşkilatı İDK” MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 1812.53 manat əsas, 78.17 manat cərimə, KM-in qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 109, cəmi 1999.70 manat və 30 manat ödənilən dövlət rüsumu, iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, borcun cavabdehə məxsus Kombi WARMHAUS 24 kv markalı və aksessuarlara yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Bank olmayan Kredit Təşkilatı İDK” MMC ilə Cavabdeh arasında 05 noyabr 2019-cu il tarixli, 05457 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətli, 2380 manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir.Kredit müqaviləsi ilə yanaşı 05 noyabr 2019-cu il tarixli girov müqaviləsi ilə cavabdehə məxsus Kombi WARMHAUS 24 kv markalı və aksessuarlar əşyalar girov qoyulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 25.08.2021-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin 1812.53 manat əsas, 78.17 manat cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmqla 109 manat faiz borcu olmaqla cəmi 1999.7 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «Bank olmayan Kredit Təşkilatı İDK” MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 05457 saylı kredit müqaviləsinə əsasən kredit verən kredit alana aylıq 3% olmaqla 12 (on iki) ay müddətinə 2380 manat məbləğində kredit vermişdir. İş materiallarında olan «Bank olmayan Kredit Təşkilatı İDK” MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 05457 saylı girov müqaviləsinə əsasən kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tərəfindən Kombi WARMHAUS 24 kv markalı və aksessuarlar əşyalar girov qoyulmuşdur. İş materiallarında olan «Bank olmayan Kredit Təşkilatı İDK” MMC tərəfindən tərtib edilmiş 07 sentyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, «Bank olmayan Kredit Təşkilatı İDK” MMC ilə Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il tarixli 05457 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 1812.53 manat, müqavilə müddəti üçün hesablanmış cərimə borcu 78.17 manat, müqavilə bitdikdən sonrakı faiz borcu 109 manat olmaqla ümumilikdə 1999.70 manat məbləğində borcu vardır. İş materiallarında olan «Bank olmayan Kredit Təşkilatı İDK” MMC tərəfindən Cavabdeh göndərilmiş 25 avqust 2021-ci il tarixli 08/32 nömrəli məktubundan görünür ki, «Bank olmayan Kredit Təşkilatı İDK” MMC Cavabdeh “kredit borcunun ödənilməsinə” dair pretenziya məktubu göndərərək kredit müqaviləsi üzrə Banka olan borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onуn icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin icrasına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin olunaraq Cavabdeh oğlundan 1812.53 (bir min səkkiz yüz on iki manat, əlli üç) manat məbləğində əsas, 78.17 (yetmiş səkkiz manat, on yeddi qəpik) manat cərimə borcu, 109 (bir yüz doqquz) manat gecikdirilmiş günlər üçün hesablanmış faiz məbləği, cəmi 1999.7 (bir min doqquz yüz doxsan doqquz manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumu 30 (оtuz) manat tutularaq "xxxx" MMC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi "xxxx" MMC qarşısında girov ilə yüklü edilmiş Cavabdeh oğluna məxsus WARMHAUS 24 kv markalı kombi və aksesuarlara yönəldilməli, WARMHAUS 24 kv markalı kombi və aksesuarlar açıq hərrac yolu ilə realizə edilməli, WARMHAUS 24 kv markalı kombi və aksesuarların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilməli, WARMHAUS 24 kv markalı kombi və aksesuarların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə yerdə qalımış məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 1812.53 (bir min səkkiz yüz on iki manat, əlli üç) manat məbləğində əsas, 78.17 (yetmiş səkkiz manat, on yeddi qəpik) manat cərimə borcu, 109 (bir yüz doqquz) manat gecikdirilmiş günlər üçün hesablanmış faiz məbləği, cəmi 1999.7 (bir min doqquz yüz doxsan doqquz manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumu 30 (оtuz) manat tutularaq "xxxx" MMC -nin xeyrinə ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi "xxxx" MMC qarşısında girov ilə yüklü edilmiş Cavabdeh oğluna məxsus WARMHAUS 24 kv markalı kombi və aksesuarlara yönəldilsin. WARMHAUS 24 kv markalı kombi və aksesuarlar açıq hərrac yolu ilə realizə edilsin. WARMHAUS 24 kv markalı kombi və aksesuarların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. WARMHAUS 24 kv markalı kombi və aksesuarların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə yerdə qalımış məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar