Məhkəmə qərarları › İş №2(008)-773/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-773/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-773/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 4010 (dörd min on) manat və ödənilmiş dövlət rüsumuna görə 60,50 (altmış manat, əlli qəpik) manat, cəmi 4070,50 (dörd min yetmiş manat, əlli qəpik) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində Cavabdeh tərəfindən idarə olunan Kamaz 53212 markalı, **-SD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində ona məxsus “Mazda CX-5” markalı, 99-OP- 727 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon DYPŞ tərəfindən Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, TP-6581214 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 01/02-637 saylı qüsur aktından aydın olur ki, nəqliyyat vasitəsinə ümumilikdə 9010 (doqquz min on) manat məbləğində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ona dəymiş zərərin ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş və "xxxx" ASC tərəfindən xx.xx.2024 cü il tarixli sığorta ödəniş tapşırığına əsasən icbari siğorta ödənişi kimi vurulmuş zərərin yalnız 5000 (beş min) manatlıq hissəsi ona ödənilmişdir. Nəticədə zərərin onun üzərində qalan hissəsini 4010 (dörd min on) manat təşkil edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 iddiaçının əsl İddiaçı2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair ərizə məhkəmə tərəfindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsində və ekspert rəyində qeyd edilmiş məbləğin şişirdilmiş olduğunu bildirərək, iddiaçıya məxsus avtomobilə dəymiş ziyan ilə tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş müstəqil ekspert rəyindən görünür ki, avtoyol nəqliyyat qəzasına uğramış Mazda CX-5 99OP-727 markalı nəqliyyar vaistəsinə çəkilməli xərc ehtiyyat hissələri 7410 manat, işçilik dəyəri 1600 manat, cəmi 9010 manat zərər müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, **-OP-*** dövlət qeydiyyat nişanlı, Mazda CX-5 minik markalı avtomobilin 9 mülkiyyətçisi İddiaçı2dir. İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı 99SD244 dövlət qeydiyyat nişanlı kamaz 53212 nömrəli xüsusi təyinatlı avtomobilin sürücüsü Cavabdeh barsəində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törəməsi ilə bağlı protokol tərtib edilmişdir. Cavabdeh vermiş olduğu izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17.00 radələrində etibarnamə ilə idarə etmiş olduğu 99SD244 dövlət qeydiyyat nişanlı kamaz 53212 nömrəli xüsusi təyinatlı avtomobil ilə nardaran qəsəbəsi 2-ci dərəcəli yoldan baş yola çıxarkən baş yolla soldan yaxınlaşmaqda olan Mazda markalı avtomobilə yol verməmiş və bu səbəbdən yol-nəqliyyat hadisəsi baş vermişdir. 09.010.2024-cü il tarixli qəbzin məlumatlarından görünür ki, Azərbaycan Sənayə Siğortası ASC tərəfindən İddiaçı2 Ferman qızının hesabına 5000 manat pul məbləği ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən 12 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, ** OP *** dövlət qeydiyyat nişanlı, Mazda CX-5 minik markalı avtomobilə 7605 manat işçilik pulu da daxil olmaqla ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı2 mülkiyyətində olan “Mazda CX-5” minik markalı, ** OP *** saylı dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. İddiaı hadisə nəticəsidə onun mülkiyyətində olan avtomobilə 9010 manat məbləğində ziyan dəymiş olduğunu bildirsədə, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyindən məlum olur ki, yol-nəqliyyat hadisəsi zamanı “Mazda CX- 5” minik markalı, ** OP *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə 7605 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı tərəfin vermiş olduğu izahtdan habelə mülki iş matriallarına əlavə edilmiş sənədlərdən də məlum olur ki, iddaçıya dəymiş ziyanın 5000 manat olan hissəsi siğorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin təqsiri ucbatından iddiaçının avtomobilinə dəymiş ziyanın ödənilməmiş olan hissəsi 2605 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı.. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 46.05 manat dövlət rüsumunun tutulması hissəsində əsaslı olduğundan həmin hissədədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2605 (iki min altı yüz beş) manat dəymiş zərər və 46.05 (qırx altı manat, beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar