Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7748/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Yelo Bank” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4401.86 (dört min dört yüz bir manat, səksən altı qəpik) manat əsas borc, 12.06 (on iki manat, altı qəpik) manat faiz borcu, 2.27 (iki manat, iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 4416.19 (dört min dört yüz on altı, on doqquz qəpik) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 12 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 12 dekabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 4988,84 manat olmaqla kreditin müddəti 12 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 ilə 12 dekabr 2019-cu il il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 24-dək Cavabdeh2 banka 12 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4401,86 manat əsas borc, 12.06 manat faiz borcu və 2.27 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4416,19 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəməyə 22.11.2021-ci il tarixli maliyya arayışını təqdim edərək, iddia tələbini yeni maliyyə arayışı hissəsində müdafiyə etdiyini və əlavə olaraq bildirdi ki, cavabdeh 22.11.2021-ci il tarixli maliyyə arayışından əlavədə 21.11.2021-ci il tarixində 50 manat ödəniş etmişdir, lakin həmin ödəniş bazar günündə edildiyindən ümumi məbləğdən çıxma yeni maliyyə arayışında qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək maddi imkanının aşağı olması səbəbindən mütamadi olaraq ödəniş edə bilmədiyini,lakin əlində imkan olan kimi ödənişini etdiyini, sonuncu ödənişini 21.11.2021-ci il tarixində 50 manat məbləğində etdiyini bildirdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Yelo Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2019-cu-cu il tarixdə problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri müqaviləsinə görə cavabdehə 60 ay müddətinə illik bir faiz dərəcəsi ilə 4988,84 manat kredit vermişdir. - «Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2019-cu-cu il tarixli, 2-MZ-2-0-343-14 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. -22.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə banka olan 3588.8 (üç min beş yüz səksən səkkiz manat, səksən qəpik) manat əsas borc, 14.64 (on dörd manat, altmış dörd qəpik) manat faiz borcu, 2.78 (iki manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3606.22 (üç min altı yüz altı manat, iyirmi iki qəpik) manat təşkil edir. - 12 dekabr 2019-cu-cu il tarixli, 6-MZ-4-0-1115-14 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə 60 aylıq ödəniş müəyyən edilmişdir. -10.09.2021-ci il tarixli, KBD-15178 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. 12.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X1 sözügedən kredit müqaviləsi üzrə axırıncı ödənişini 22.12.2021ci il tarixdə 50 manat məbləğində etmişdir. -815198359 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 30.40 (otuz manat,qırx qəpik) dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh1 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 12.12.2021-ci il tarixli müqavilə üzrə 4401.86 (dört min dört yüz bir manat, səksən altı qəpik) manat əsas borc, 12.06 (on iki manat, altı qəpik) manat faiz borcu, 2.27 (iki manat, iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 4416.19 (dört min dört yüz on altı, on doqquz qəpik) manat pulun tutulmasını xahiş etsədə, 22.11.2021-ci il tarixli maliyə arayışından görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra cavabdeh tərəfindən əlavə ödənişlər edilmiş, cavabdehin 22.11.2021 tarixə 3588.8 (üç min beş yüz səksən səkkiz manat, səksən qəpik) manat əsas borc, 14.64 (on dörd manat, altmış dörd qəpik) manat faiz borcu, 2.78 (iki manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3606.22 (üç min altı yüz altı manat, iyirmi iki qəpik) manat məbləğində borcunun olması müəyyən edilir. Tərəflərin verdikləri ifadədən və hesabdan çıxarışdanda görünür ki, Cavabdeh1 22.11.2021-ci il tarixdə 50 (əlli) manat kredit borcuna ödəniş etmiş, lakin həmin məbləğ ümumi məbləğdən çıxılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli cavabdehlərdən müştərək qaydada əsas borca münasibətdə sonuncu maliyyə arayışında qeyd edilmiş 3588.8 (üç min beş yüz səksən səkkiz manat, səksən qəpik) manat əsas borc, faiz və cərimə borcuna münasibətdə isə iddia tələbində qeyd elən məbləğlər yəni 12.06 (on iki manat, altı qəpik) manat faiz borcu, 2.27 (iki manat, iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 3603.13 (üç min altı yüz üç manat, on üç qəpik) manat pul iddiaçının xeyrinə tutulmalıdır. 22.11.2021-ci il tarixində ödənilmiş 50 (əlli) manat pul isə faiz və cərimə borcu bötünlüklə silinməli yerdə qalan hissə isə əsas məbləğdən silinməlidir. Beləliklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3556,22 (üç min beş yüz əlli altı manat, iyirmi iki qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3556,22 (üç min beş yüz əlli altı manat, iyirmi iki qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7748/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7748/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver