Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7788/2024 23.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçı Guseinovi Aitanın Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Guseinovi Aitan Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü Guseinov Miriusip yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər ay 235 manat miqdarında alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, alimentin tutulması məsələsi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2153/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll olunmuş, Cavabdeh iddiaçı Guseinovi Aitan xeyrinə Guseinov Miriusipin saxlanması üçün hər ay 175 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa iş olduğundan hazırkı iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. İddia alimentin miqdarının artırılması üçün iddia ərizəsinin "xahiş edirəm" hissəsində hansı qətnamə ilə təyin edilmiş alimentin artırılması tələb olunduğu göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Guseinovi Aitan Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu Rayon məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-7788/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7788/2024
23.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver