Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7799/2024 23.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edildiyindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi yaşayış massivində fərdi yaşayış evi göstərilmişdir. Lakin ərizəyə əlavə edilmiş hökmdən cavabdehin qeydiyyat ünvanı ünvan 2a ərizəsinə də cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumat (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi) göstərilmədiyindən, iddia ərizəsinin ərazi aidiyyəti qaydalarına uyğun olaraq verilməsi məhkəmə tərəfindən müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumat göstərilmədiyindən ərizənin aidəyyət qaydalarına uyğun verilməsi mümkü olmadığından ərizə iddiaçıya geri qaytarılmalı, ərizədə qeyd edilən nöqsan aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-7799/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7799/2024
23.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver