Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-78/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6 qızının iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 ASC (hazırkı - «xxxx» ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 24.11.202015-ci il tarixli kredit müqaviləsi üzrə 26150 ABŞ dolları əsas, 15 450,57 ABŞ dolları faiz, 3 444,49 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 45 045,06 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanının Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus ünvan 1 №-li evin 6 №-li mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, bank ilə Cavabdeh1 arasında bağlanmış 24.11.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin «MXM» filialından illik 22%-lə 36 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış, 15,6 kv.m yardımçı sahədən ibarət, 19 nömrəli evin 6 nömrəli mənzili 24.11.2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş, dövlət reyestrində qeydə alınmışdır. 24.11.2015ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 faizlə cərimə hesablayıb borcludan tələb edir. 02.07.2018-ci il tarixədək Cavabdeh1 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 26 150 ABŞ dolları əsas, 15 450,57 ABŞ dolları faiz, 3 444,49 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 45 045,06 ABŞ dolları məbləğində borc vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı X2 ASC (hazırkı - «xxxx» ASC) cavabdehlər Cavabdeh1 arasında 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0-800-15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 22%-lə 36 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. 30 000 ABŞ dolları bank tərəfindən Cavabdeh1 ödənilmişdir (24 noyabr 2015-ci il tarixli məxaric orderi). Borcalanın 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0-800-15 saylı kredit müqaviləsindən irləi gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 24.11.2015-ci il tarixdə iddiaçı ilə cavabdehlər arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış, 15,6 kv.m yardımçı sahədən ibarət, 19 nömrəli evin 6 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsindən ipoteka predmetinin dəyəri «ipoteka qoyan»ın və «ipoteka saxlayan»ın razılığına əsasən 60 000 manat məbləğində müəyyən edilmişdir. ünvan 1 saylı evin 6 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2dur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 17.12.2014-cü il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). Həmin mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1020 nömrəli reyestr kitabının 91736 nömrəli vərəqində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.11.2015-ci il tarixli RX seriyalı ******* №-li №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). İpoteka saxlayan Bank cavabdeh - ipoteka verən Cavabdeh2 05.06.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 13.06.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İş üzrə Sabunçu rayon məhkəməsinin 14.09.2018-ci il tarixli qərardadı ilə İddiaçı X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0-800-15 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 19 saylı evin 6 saylı mənzilin orta bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 0815/18/HB №-li 01.10.2018-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 1 ünvanındakı 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 6 nömrəli mənzilin hazırkı dövrə orta bazar dəyəri 85 000 manat təşkil edir. Bank tərəfindən Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 26150 ABŞ dolları əsas, 15 450,57 ABŞ dolları faiz, 3 444,49 ABŞ dolları cərimə borcu, cəmi 45 045,06 ABŞ dolları borc hesablanmışdır (Bank tərəfindən 02.07.2018-ci il tarixdə verilmiş maliyyə arayşı). İş üzrə Sabunçu rayon məhkəməsinin 13.12.2018-ci il tarixli qərardadı ilə İddiaçı X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0-800-15 saylı kredit müqaviləsi üzrə 23.07.2018-ci il tarixə əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03.04.2020-ci il tarixli 2535 №-li rəyinə əsasən 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0-800-15 saylı kredit müqaviləsi üzrə 23.07.2018-ci il tarixə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: Əsas borc üzrə - 26 150,00 ABŞ dolları Faiz borcu üzrə – 15 691,29 ABŞ dolları Cəmi -41 841,29 ABŞ dolları Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Sabunçu rayon məhkəməsinin 05.10.2020-ci il tarixli qərardadı ilə İş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 19 saylı evin 6 saylı mənzilin likvid qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş H/05- PLS №-li 19.04.2021-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 19, mənzil 6 üzrə tələblə təklifin təsiri nəticəsində bazar və likvid qiyməti aşağıdakı kimi olmuşdur: Mənzilin bazar dəyəri 70 000 manat. Mənzilin likvid dəyəri 62 000 manat Hazırda iddiaçı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh bankdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Yuxarıda qeyd olunan ekspertizanın rəyindən görünür ki, Cavabdeh1 Banka olan əsas borcu 26 150,00 ABŞ dolları, faiz borcu 15 691,29 ABŞ dolları təşkitl edir. Odur ki, 26 150,00 ABŞ dolları əsas və 15 691,29 ABŞ dolları faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. İddiaçı tərəfindən cavabdehə 3 444,49 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq cavabdehdən iddiaçı tərəfindən hesablanmış 3 444,49 ABŞ dolları cərimə məbləğinin 300 ABŞ dolları məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış 24.11.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, müqavilənin müddəti 24.11.2018-ci il tarixdə bitdiyindən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərlə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan “xxxx” MMC-nin rəyin əsasən ipoteka predmeti olan ünvan 1 №-li evin, 6 №-li mənzilinin likvid dəyəri 62 000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 62 000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 24.11.202015-ci il tarixli kredit müqaviləsi üzrə 26 150 ABŞ dolları əsas, 15 691,29 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 42 141,29 ABŞ dolları məbləğində borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh2 məxsus ünvan 1 №-li evin 6 №-li mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh2 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və banka təhvil verilli, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilin ilkin satış qiyməti 62 000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 24.11.202015-ci il tarixli kredit müqaviləsi üzrə 26 150 ABŞ dolları əsas, 15 691,29 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 42 141,29 ABŞ dolları məbləğində borc(tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilsin, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin, Cavabdeh2 məxsus ünvan 1 №-li evin 6 №-li mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh2 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılsın və banka təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilin ilkin satış qiyməti 62 000 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-78/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-78/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver