Məhkəmə qərarları › İş №2(008)-7814/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7814/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7814/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB-nin Cavabdeh oğlununa qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6952.19 manat məbləğində dəymiş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının, ümumilikdə isə 7282.19 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 29.12.2015-ci il tarixli, 10697 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh oğlununa məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********0001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində Aktaris G-4 markalı ******* zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 26.01.2017-cu il tarixli, ******* saylı akt əsasında 194.40 manat, 09.02.2017ci il tarixli, ******* saylı akt əsasında 45.40 manat, 15.03.2017-ci il tarixli, ******* saylı akta əsasən 110,20 manat, 18.04.2017-ci il tarixli, ******* saylı akta əsasən 110.20 manat, 22.05.2017-ci il tarixli ******* saylı akt əsasında 49.40 manat, 26.07.2017-ci il tarixli ******* saylı akt əsasında 31.20 manat, 09.02.2018-ci il tarixli ******* nömrəli akt əsasında 99.50 manat, 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 99.30 manat, 26.04.2018-ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 23.05.2021-ci il tarixli ******* saylı akt əsasında 87.40 manat, 28.06.2018-ci il tarixli ******* nömrəli akt əsasında 57.60 manat, 24.07.2018-ci il tarixli ******* nömrəli akt əsasında 21.60 manat, 29.08.2018-ci il tarixli ******* nömrəli akt əsasında 21.60 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 28.12.2018-ci il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 31.01.2019-c il tarixli ******* saylı akt əsasına 100.80 manat, 28.02.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 100.80 manat, 30.04.019-cu il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 30.05.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 30.12.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, cəmi 2447 manat İddiaçı İB-nə zərər dəymişdir. Cavabdehin borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 4505.19 manat məbləğində qalıq borcu olmuşdur. Beləliklə, cavabdehin qeyd olunan hərəkətləri nəticəsində, onun tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla, bugünki gün üçün İddiaçı İB-yə ümumilikdə 6952.19 manat məbləğində qalıq borcu qalmaqdadır. “Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirkaı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 29.12.2015-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********00001 abonent kodu olan Cavabdeh oğluna qazdan istifadə nəticəsində 6952.19 manat məbləğində borc hesablanmışdır. Həmin borc məbləğinin 1651.7 manat olan hissəsi abonenet tərəfindən 2020-ci il üçün istifadə edilmiş lakin dəyəri ödənilməmiş, 291.10 manat olan hissəsi isə 2021-ci ilin fevral ayınadək istifadə edilmiş lakin dəyəri ödənilməmiş abonenet borcudur. - İş materiallarından görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, 26.01.2017-cu il tarixli, ******* saylı akt əsasında 194.40 manat, 09.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 45.40 manat, 15.03.2017-ci il tarixli, ******* saylı akta əsasən 110,20 manat, 18.04.2017-ci il tarixli, ******* saylı akta əsasən 110.20 manat, 22.05.2017-ci il tarixli ******* saylı akt əsasında 49.40 manat, 26.07.2017-ci il tarixli ******* saylı akt əsasında 31.20 manat, 09.02.2018-ci il tarixli ******* nömrəli akt əsasında 99.50 manat, 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 99.30 manat, 26.04.2018-ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 23.05.2021-ci il tarixli ******* saylı akt əsasında 87.40 manat, 28.06.2018-ci il tarixli ******* nömrəli akt əsasında 57.60 manat, 24.07.2018-ci il tarixli ******* nömrəli akt əsasında 21.60 manat, 29.08.2018-ci il tarixli ******* nömrəli akt əsasında 21.60 manat, 31.10.2018ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 21.60 manat, 28.12.2018-ci il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 31.01.2019-c il tarixli ******* saylı akt əsasına 100.80 manat, 28.02.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 100.80 manat, 30.04.019-cu il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 30.05.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100.80 manat, 30.12.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, 30.01.2020ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, cəmi 2447 manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüş, Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Məhkəmə qazdan istifadə qaydalarının pozulması haqqında 15.03.2017-ci il tarixli, ******* saylı, 18.04.2017-ci il tarixli, ******* saylı, 22.05.2017-ci il tarixli ******* saylı, 26.07.2017-ci il tarixli ******* saylı, 09.02.2018-ci il tarixli ******* nömrəli, 27.03.2018-ci il tarixli ******* saylı, 26.04.2018-ci il tarixli ******* saylı, 23.05.2021-ci il tarixli ******* saylı, 28.06.2018-ci il tarixli ******* nömrəli, 24.07.2018-ci il tarixli ******* nömrəli, 29.08.2018-ci il tarixli ******* nömrəli, 31.10.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* nömrəli akt, 31.01.2019-c il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* nömrəli, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.019-cu il tarixli ******* nömrəli, 30.05.2019-cu il tarixli ******* nömrəli, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* nömrəli, 30.08.2019-cu il tarixli, ******* nömrəli, 30.09.2019-cu il tarixli ******* nömrəli, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* nömrəli, 30.12.2019-cu il tarixli ******* nömrəli, 30.01.2020-ci il tarixli ******* nömrəli 28.02.2020-ci il tarixli ******* nömrəli aktlara əsasən cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi və bunun nəticəsində həmin aktlar üzrə 2207.2 manat məbləğində İddiaçı İB maddi zərər vurması hissəsinə münasibət bildirərək qeyd edirki, sözügedən aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh oğlununun təbii qazdan qeyri qanuni istifadə etməsinə dair tərtib edilmiş bir akta əsasən, yalnız ilk- 26.01.2017-cu il tarixli, ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcmi 1944 kubmetr olduğu müəyyyən olunmuşdur. İddiaçı İB cavabdehin 6952,19 manat məbləğində cari borcu olması bildirsə də, həmin borc məbləğinin 2020-2021-ci il tarixdə təbii qazdan istifadə sərfiyyatı olaraq hesablanmış 1942.8 manat hissəsində təmin edilməli, qalan hissədə hansı əsasla yaranması barədə məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2137.2 (iki min bir yüz otuz yeddi manat, iyirmi qəpik) manat məbləğində pul, 20 (iyirmi) manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqı İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2137.2 (iki min bir yüz otuz yeddi manat, iyirmi qəpik) manat məbləğində pul, 20 (iyirmi) manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqı İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar