Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7836/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy A32 markalı telefon üçün 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Realme 6 markalı telefon üçün 398 (üç yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Samsung Galaxy A32 makalı telefon üçün 352.8 (üç yüz əlli iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 35.2 (otuz beş manat iyirmi qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 9S markalı telefon üçün 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə olmaqla, ümumilikdə 1483 (min dörd yüz səksən üç) manat borc və 34.83 (otuz dörd manat səksən üç qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, Samsung Galaxy A32 markalı telefon, Realme 6 markalı telefon, Samsung Galaxy A32 makalı telefon və X1 9S markalı telefon almış və nəticədə 1483 (min dörd yüz səksən üç) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1277 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A32 markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilə ilə Realme 6 markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilə ilə Samsung Galaxy A32 makalı telefon, xx.xx.2020-ci il tarixli müqavilə ilə X1 9S markalı telefon almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 736.8 manat olan Samsung Galaxy A32 markalı telefon üçün cəmi ödənilən məbləğ 307.8 manat, ödənilməmiş əsas borc 429 (dörd yüz iyirmi doqquz) manat, cərimə borcu 42 (qırx iki) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 471 manat; xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 597.6 manat olan Realme 6 markalı telefon üçün cəmi ödənilən məbləğ 199.6 manat, ödənilməmiş əsas borc 398 (üç yüz doxsan səkkiz) manat, cərimə borcu 39 (otuz doqquz) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 437 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 604.8 manat olan Samsung Galaxy A32 makalı telefon üçün cəmi ödənilən məbləğ 252 manat, ödənilməmiş əsas borc 352.8 (üç yüz əlli iki manat səksən qəpik) manat, cərimə borcu 35.2 (otuz beş manat iyirmi qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 388 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 687.6 manat olan X1 9S markalı telefon üçün cəmi ödənilən məbləğ 517.6 manat, ödənilməmiş əsas borc 170 (yüz yetmiş) manat, cərimə borcu 17 (on yeddi) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 187 manat, cəmi 1483 (min dörd yüz səksən üç) manat təşkil edir. -xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung Galaxy A32 markalı telefonnın aylıq ödəniş məbləği 61.4 manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Realme 6 markalı telefonin aylıq ödənişi 49.8 manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung Galaxy A32 makalı telefonnın aylıq ödənişi 50.4 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X1 9S markalı telefonın aylıq ödənişi 57.3 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 51.02 (əlli bir manat, iki qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə borcu, 42 (qırx iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 398 (üç yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 352.8 (üç yüz əlli iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 35.2 (otuz beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə olmaqla, cəmi 1483 (bir min dörd yüz səksən üç) manat məbləğində pul və 34.83 (otuz dörd manat səksən üç qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7836/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7836/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver