Məhkəmə qərarları › İş №2(008)-7900/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7900/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7900/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X11, İddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər X17 və X6, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, 4 saylı Bakı Cavabdeh1 notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəi Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması, Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X8 Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması, Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X6 Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı 30.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Cavabdeh1 notariat ofisi tərəfindən cavabdehlərə verilmiş 20.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, atası X3 miras qalmış ünvan 3 (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin üzrinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X12 16.07.1999-cu il tarixdə vəfat etmişdir.Onun mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev16 (yeni qaydalarla: AZ1039 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan fərdi yaşayış evi və 0.1316 ha torpaq sahəsi olmuşdur. Atasının 3 övladı olmuşdur – 27.07.1953-cü il təvəllüdlü X18, 08.12.1951-ci il təvəllüdlü X13 və iddiaçı, xx.xx.1955-ci il təvəllüdlü X14. X2 28.06.1991-ci il tarixdə, daha sonra isə bacısı X13 rəhmətə getmişdilər. X9 övladları Hicran, Sevda, Elnarə və Könülə 20.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu haldan iddiaçının xəbəri olmamışdır. Xəbəri olan kimi 2021-ci ilin avqust ayında 4 Saylı Bakı Cavabdeh1 Notariat ofisinə muraciət etmiş, lakin imtina almışdır. Atasından miras qalan fərdi yaşayış evindən o, vəfat etdikdən sonrada daimi istifadə etmiş, evin açarı onda olmuşudr, evdə iddiaçıya məxsus əmlak və şəxsi istfadəsinə aid əşyaları vardır və halhazırda da orda qalmaqdadır. Atası rəhmətə getdikdən sonra rəsmi olaraq vərəsəlik üçün müraciət etməsə də faktiki olaraq mirası qəbul edib ondan indiyə kimi istifadə etmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19.04.2016-cı il tarixli, 3026 saylı arayışda qeyd edilir ki, mərhumun qızı İddiaçı yaşayış evinə faktiki sahiblik edir. Cavabdehlər isə həmin ünvanda qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 iddia ərizəsinə etiraz vermişlər və etirazı onunla əsaslandırmışlar ki, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin miras əmlaka iddiaçının sahiblik edib-etməməsi ilə bağlı arayış vermək səlahiyyəti yoxdur. Belə ki, inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə Yerli İcra Hakimiyyəti Başçısı Nümayəndələrinin vəzifə və səlahiyyətləri 06.06.2012-ci il tarixli Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə ilə təsdiq olunmuşdur. Sözügedən Əsasnamənin 5-ci maddəsinə əsasən, ərazidə olan yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin səlahiyyətlərindən biri kimi nəzərdən keçirilmişdir. Göründüyü kimi sözügedən nümayəndəliklər yalnız şəxslərin yaşayış evlərində yaşayıbyaşamaması ilə bağlı arayışlar verə bilərlər və onların şəxsin miras əmlaka faktiki sahiblik etməsini təsdiq edən arayışların verilməsi səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Çünki qeyd olunan məsələ məhkəmə mübahisəsinin predmeti olmaqla ətraflı araşdırma tələb edir. İddiaçı ailə qurduqdan sonra - 21.07.1979-cu ildən həmin evdən çıxmış və Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 32A ünvanında yaşamışdır. Vərəsəlik işi açılan zaman miras evində İddiaçı qeydiyyatda olmadığı və mirası faktiki olaraq qəbul etmədiyi üçün notarius tərəfindən dəvət edilməmişdir. Göründüyü kimi notariat ofisinin cavab məktubunda da İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmədiyi və əmlaka faktiki sahiblik etmədiyi öz əksini tapmışdır. Bu halı qonşular və Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi də təsdiq etmişdilər. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəi Ərazi İdarəsini (sonradan – DƏDRX) cavabdeh qismində işə cəlb etmişdir. Cavabdehlər Cavabdeh6, Cavabdeh5, 4 saylı Bakı Cavabdeh1 notariat ofisi və DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni cavabdehlərə qarşı eyni tələblərlə mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər X17 və X15 iddia irəli sürmüşdülər. Üçüncü şəxslər iddia tələblərini eyni hallarla əsaslandırmışdılar. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 iş üzrə izahat verərək qeyd etdilər ki, İddiaçı evləndiklən sonra o evdən köçsə də, daimi gəlib getmiş, evə sahiblik etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs X17 izahatında qeyd etdi ki, həmin evdə ona və bacısına məxsus otaqlar, otaqlarda şəxsi əşyaları var idi. Onlar həmin evdə daimi yaşamasalar da, mütəmadi gəlib getmiş, evə sahiblik etmişdilər. Xahiş edir iddiası təmin edilsin. Üçüncü şəxs X15 eyni məzmunda izahat verərək, qeyd etdi ki, babalarına şəxsən o, qulluq etmiş, paltarlarını o, aparıb yumuşdur. Xahiş edir iddiası təmin edilsin. Məhkəmə iclasında iştirak etmiş şahid X19 ifadə verərək qeyd etdi ki, onun evinin pəncərələri mübahisəli evin həyətinə baxır. Əvvəldən həmin evdə hamı birlikdə yaşayıb, lakin sonradan bütün qızlar ərə getdikcə oranı tərk ediblər, o evdə yalnız Sevda qalırdı, amma o, da son 2-3 ildir ki, orada yaşamır. Hazırda ev boşdur. İddiaçı isə yoldaşı ilə birlikdə oraya 1-2 saatlıq həyətdən əncir yığmaq üçün gəlirdi, daimi orada yaşadığını görməyib. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, hər üç iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). X12 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1316 ha torpaq sahəsinin mülkiyyətçisi olmuşdur (06.05.2021-ci il tarixdə verilmiş Çıxarış, əmlakın reyestr nömrəsi **********00-10301, Çıxarışın qeydiyyat nömrəsi **********). X1 Balacaxanım Abzər qızı ilə 09.07.1949-cu il tarixdə evlənmiş, Hüseynov Həsən (sonradan – miras qoyan) 16.07.1999-cu il tarixdə, X4 (miras qoyanın arvadı) 04.08.1992ci il tarixdə ölmüşdülər (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydindən verilmiş 135 №-li Çıxarış, 345851 №-li ölüm haqqında şəhadətnamə və akt qeydindən verilmiş 136 №-li Çıxarış ). Onların uşaqları: Abdullayeva (Hüseynova) Zenfira Həsən qızı 08.12.1951-ci il tarixdə doğulmuş, 14.11.1971-ci il tarixdə evlənmiş, 31.12.2018-ci il tarixdə tarixdə ölmüşdür (0825654 №-li doğum haqqında Şəhadətnamə, 258710 №li nikahın bağlanması haqqında Şəhadətnamə, 997677 №-li ölüm haqqında şəhadətnamə); X18 27.06.1953-cü il tarixdə doğulmuş, 28.06.1991-ci il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydindən verilmiş 94 №-li Çıxarış, 326725 №-li ölüm haqqında şəhadətnamə); Əhmədova (Hüseynova) Esmira Həsən qızı, hazırki iş üzrə iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, 19.04.1978-ci il tarixdə evlənmişdir (316810 №-li doğum haqqında şəhadətnamə, 494210 №-li nikahın bağlanması haqqında Şəhadətnamə). Hazırki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 miras qoyanın oğlu X9 uşaqlarıdır (notarit işinin içində olan doğum və nikahın bağlanması haqqında şəhadətnamələr). Üçüncü şəxs X17 miras qoyanın qızı Abdullayeva Zenfiranın qızı, yəni miras qoyanın nəvəsidir (340068 №-li doğum və 150476 №-li nikahın bağlanması haqqında şəhadətnamələr). Eyni də X15 miras qoyanın qızı Abdullayeva Zenfiranın qızı, yəni miras qoyanın nəvəsidir (286266 №-li doğum haqqında şəhadətnamə). Beləliklə, iddiaçı miras qoyananın qızı, üçüncü şəxslər miras qoyanın ölmüş qızından olan nəvələri və cavabdehlər miras qoyanın ölmüş oğlundan olan nəvələridir. İşin aşağıdakı halları mübahisə edilməyən hallardır. İddiaçı miras əmlak olan evdən 1978-ci ildə evlənəndən çıxıb, başqa evdə qeydiyyatda olmaqla yaşayır. Lakin, o, vaxtaşırı həmin evə gəlib gedib, həyətdən meyvə dərib. Üçüncü şəxslərin anaları X7 miras əmlak olan evdən 1971-ci ildə evlənəndən çıxıb, başqa evdə qeydiyyatda olmaqla yaşayıb, orada qızlarını evləndirib, həmin evdə ölüb. Üçüncü şəxslər başqa evlərdə qeydiyyatda olmaqla yaşayırlar. Onlar da mütəmadi olaraq baba evinə gəlib gediblər. Cavabdehlərin dördü də miras əmlak olan evdə qeydiyyatdadılar, lakin onlardan üçün evləndikləri gündən həmin evdən çıxaraq başqa evlərdə yaşamış, bir tək cavabdeh Cavabdeh3 2-3 il bundan öncəyə qədər miras əmlak olan evdə yaşamış, sonradan orada oğurluq halı baş vermiş və hazırda o, kirayədə yaşayır (Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 802 №-li, 17.02.2020-ci il tarixli arayış və «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən Çıxarış). Cavabdeh Cavabdeh4 17.02.2020-ci il, cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 20.05.2021-ci il tarixdə 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə ərizəylə müraciət edərək, onlara düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdilər. 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin notariusu Sidqi Həbibbəyli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə 25.01.2020-ci il tarixdə müraciət edərək miras qoyan X5 adına vərəsəlik işinin hər hansı notariat ofisində açılıb-açılmaması barədə məlumatın verilməsini xahiş etmişdir. Açılmış vərəsəlik işinin aşkar edilməməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən 07.02.2020-ci il tarixdə cavab məktubu verilmişdir. 4 saylı Bakı Cavabdeh1 notariat ofisi tərəfindən hər bir cavabdehə 1/4 hissədə 20.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (reystrde 2V-467, 2V-468, 2V-469, 2V-470 nömrə ilə qeyd edilmişdir). Cavabdehlər həmin şəhadətnamələr əsasında 1/4 payla Çıxarış almışdılar (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Sonradan İddiaçı və üçüncü şəxslər X17 və X15 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, notariat ofisi tərəfindən onlara verilmiş 23.08.2021-ci il tarixli məktubda miras əmlaka dair Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 1/4 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi və onlara şəhadətnamənin verilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. Miras əmlak olan evdə cavabdehlərin yaşamaları, iddiaçının və üçüncü şəxslərin uzun illər bundan əvvəl qeydiyyatdan çıxaraq başqa yerə köçmələri barədə qonşular tərəfindən ərizələr verilmişdir (imzaları notarius tərəfindən təsdiq edilmişdir). Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.04.20016-cı il tarixli, 3026 №-li arayışa əsasən İddiaçı miras əmlak olan evə faktik sahiblik edir. Eyni zamanda həmin evdə cavabdehlərin qeydiyyatda olmaları barədə məlumat verilmişdir. Hazırda iddiaçı və üçüncü şəxslər hər biri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin üzrinə vəzifə qoyulmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Beləliklə, miras qoyan X5 ölümündən sonra birinci növbə qanun üzrə vərəsələri qızı İddiaçı (iddiaçı), ölmüş oğlunun uşaqları Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 (cavabdehlər) və ölmüş qızının uşaqları X17 və X15 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər) olmuşdular. Lakin, məhkəmə müəyyən etmişdir ki, iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişdilər. Belə ki, həmin Məcəllənin : 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, mirasıın qəbul edilməsi üçün iki haldan biri mövcüd olmalıdır – ya vərəsələrin 6 ay ərzində mirasın qəbulu üçün notarit kontora müraciət etmələri və ya miras əmlaka faktik sahiblik etmələri. İşin hallarından göründüyü kimi, bütün vərəsələr 6 aylıq müddəti xeyli ötürməklə notariat ofisinə müraciət etmişdilər. Lakin, cavabdehlər həmin ünvanda qeydiyyatda olduqlarından notarius tərəfindən onların əmlaka faktiki sahibliyi qəbul edilmiş və onlara qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. İddiaçı və üçüncü şəxslər həmin evdə qeydiyyatda olmamış, evləndikləri gündən oradan çıxıb başqa ünvanlarda yaşamışdılar. Onların həmin evə vaxtaşırı gəlmələrini məhkəmə faktiki sahablik hesab etmir, belə ki, onlar o evə qonaq kimi gəlib getmişdilər. 18.07.2014-cü il tarixli, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin plenum qərarında faktiki sahibklik aşağıdakı kimi əsaslandırılmışdır: Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı və üçüncü şəxslər miras əmlaka faktiki sahiblik və ya faktiki idarə etməklərini sübut edə bilməmişdilər. Məhkəm hesab edir ki, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı miras əmlak olan evə faktik sahiblik etməsi barədə arayış verməkdə səlahiyyətli olmamışdır. Hansı halların əsasında qəsəbə nümayəndəliyinin bu qənaətə gəlməsi arayışda qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın, 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Beləliklə, iddiaçı və üçüncü şəxslər tərəfindən miras qəbul edilməməsi və onlar tərəfindən imtina edilməməsi notarius tərəfindən vərəsənin susması kimi qəbul edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlər də miras əmlak olan evdə qeydiyyatda olsalar da, Cavabdeh3 başqa, digərləri faktik sahibliyi həyata keçirtməmişdilər. Lakin, iddiaçının və üçüncü şəxslərin bu halı mübahisələndirməyə subyektiv hüquqları mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, notarius qanun üzrə vərəsəlik şəhadətnamələrini cavabdehlərə verərkən və iddiaçıya və üçüncü şəxslərə verməkdən imtina edərkən qanunu pozmamışdır, bu əsasdan hər üç iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qə t e t d i: İddiaçı iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X8 iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs Məmmədova Samirə Oktay qızının iddiası rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar