Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7935/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********55446 olan Samsung Galaxy A50 markalı telefon üçün 540 manat ödənilməmiş hissə, 162 manat dəbbə; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 1310.1 manat ödənilməmiş hissə, 388.8 manat dəbbə; 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Marvin markalı bazalı çarpayı, dolab, termo və Uretan döşək üçün 2164 manat ödənilməmiş hissə, 626.4 manat dəbbə; 28.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********07693 olan Samsung Galaxy A30 markalı telefon üçün 305.2 manat ödənilməmiş hissə, 94.5 manat dəbbə; 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən Acer markalı notebook üçün 1411 manat ödənilməmiş hissə,423,3 manat dəbbə 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 728 manat ödənilməmiş hissə, 218.4 manat dəbbə, ümumilikdə 8371.7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8401.7 manatın Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 25.08.2019, 26.12.2019, 05.09.2019, 28.05.2019, 31.12.2019 və 25.08.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodları **********55446 olan Samsung Galaxy A50 və **********07693 olan Samsung Galaxy A30 markalı telefonlar, Samsung televizor və paltaryuyan, Marvin markalı bazalı çarpayı, dolab, termo, Uretan döşək və Acer markalı notebook almış və nəticədə 8371.7 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə
1. 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 manat İMEİ Kodu **********55446 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 702 manat olmaqla ondan, 540 manat ödənilməmiş hissə, 162 manat dəbbə;
2. 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1474.2 manat Samsung markalı televizor üçün ümumilikdə, 1698.9 manat olmaqla ondan, 1310.1 manat ödənilməmiş hissə, 388.8 manat dəbbə;
3. 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2784 manat Marvin markalı bazalı çarpayı, dolab, trümo və Uretan döşək üçün ümumilikdə, 2790.4 manat olmaqla ondan, 2164 manat ödənilməmiş hissə, 626.4 manat dəbbə;
4. 28.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675 manat İMEİ Kodu **********07693 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 399.7 manat olmaqla ondan, 305.2 manat ödənilməmiş hissə, 94.5 manat dəbbə;
5. 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1539 manat Acer markalı notebook üçün ümumilikdə, 1834.3 manat olmaqla ondan, 1411 manat ödənilməmiş hissə, 423.3 manat dəbbə;
6. 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1010 manat Samsung markalı paltaryuyan üçün ümumilikdə, 946.4 manat olmaqla ondan 728 manat ödənilməmiş hissə, 218.4 manat dəbbə borcu qalmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1923.9 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya dənilməsnminə yönəldilə bilər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiaollarına əlavə edilmişdir). altı al İddiaçı cavabdehə:
1. 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********55446 olan Samsung Galaxy A50 markalı telefon; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor; 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Marvin markalı bazalı çarpayı, dolab, trümo və Uretan döşək; 28.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********07693 olan Samsung Galaxy A30 markalı telefon; 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən Acer markalı notebook; 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan satmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya altı müqavilə üzrə 6458,3 manat əsas, 1913,4 manat dəbbə, ümumilikdə 8371.7 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 8371.7 manat borcun cavabdehdən tutulmasın istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1913,4 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 191 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********55446 olan Samsung Galaxy A50 markalı telefon üçün 540 manat ödənilməmiş hissə; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 1310.1 manat ödənilməmiş hissə; 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Marvin markalı bazalı çarpayı, dolab, termo və Uretan döşək üçün 2164 manat ödənilməmiş hissə; 28.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********07693 olan Samsung Galaxy A30 markalı telefon üçün 305.2 manat ödənilməmiş hissə; 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən Acer markalı notebook üçün 1411 manat ödənilməmiş hissə; 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 728 manat ödənilməmiş hissə, cəmi 6458,3 manat əsas və 191 manat dəbbə, ümumilikdə 6649,30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova