Məhkəmə qərarları › İş №2(008)-7954/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7954/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7954/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.03.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 853.1 (səkkiz yüz əlli üç manat, on qəpik) manat ödənilməmiş hissə, 231 (iki yüz otuz bir) manat dəbbə, 12.08.2020-ci il tarixli müqavilə üzrə X6 9 markalı telefon və LG markalı musiqi mərkəzi üçün 1279.8 (bir min iki yüz yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 399 (üç yüz doxsan doqquz) manat dəbbə, 24.06.2020ci il tarixli müqavilə üzrə LG markalı kondisioner üçün 2145 (iki min bir yüz qırx beş) manat ödənilməmiş hissə, 349.2 (üç yüz qırx doqquz manat, iyirmi qəpik) manat dəbbə, ümumilikdə 5257.4 (beş min iki yüz əlli yeddi manat, qırx qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 06.03.2020-ci il, 12.08.2020-ci il və 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, X6 9 markalı telefon, Samsung markalı soyuducu, LG markalı musiqi mərkəzi, kondisioner almış və nəticədə 5257.4 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1260 manat (18 ay x 70 manat + 0 manat ilkin ödəniş) Samsung markalı soyuducu üçün ümumilikdə, 1084.1 manat olmaqla ondan, 853.1 manat ödənilməmiş hissə, 231 manat dəbbə; 12.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1452 manat (12 ay x 121 manat + 0 manat ilkin ödəniş) X6 9 markalı telefon və LG musiqi mərkəzi üçün ümumilikdə, 1679.1 manat olmaqla ondan, 1279.8 (min iki yüz yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 399 (üç yüz doxsan doqquz) manat dəbbə; 24.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2340 manat (24 ay x 97.5 manat + 0 manat ilkin ödəniş) LG markalı kondisioner üçün ümumilikdə, 2494.2 manat olmaqla ondan, 2145 (iki min yüz qırx beş) manat ödənilməmiş hissə, 349.2 (üç yüz qırx doqquz manat, iyirmi qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 774.1 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2020-ci il tarixli, 20148526 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Samsung markalı soyuducu almışdır. İş materiallarında olan 06 mart 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung markalı soyuducunu təhvil almışdır. İş materiallarında olan 06 mart 2020-ci il tarixli, 20148526 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 70 manat müəyyən edilmişdir. İş materiallarında olan 12 avqust 2020-ci il tarixli, 21070711 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh X6 9 və LG markalı musiqi mərkəzi almışdır. İş materiallarında olan 12 avqust 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X6 9 və LG markalı musiqi mərkəzini təhvil almışdır. İş materiallarında olan 12 avqust 2020-ci il tarixli, 21070711 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 121 manat müəyyən edilmişdir. İş materiallarında olan 24.06.2020-ci il tarixli, 20369476 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh LG markalı kondisioner almışdır. İş materiallarında olan 24.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung markalı kondisioneri təhvil almışdır. İş materiallarında olan 24.06.2020-ci il tarixli, 20369476 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 97.5 manat müəyyən edilmişdir. İş materiallarında olan 10 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 06.03.2020-ci il, 24.06.2020-ci il və 12.08.2020-ci il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 06.03.2020-ci il tarixli müqavilə üzrə 853.1 (səkkiz yüz əlli üç manat, on qəpik) manat ödənilməmiş hissə, 231 (iki yüz otuz bir) manat dəbbə, 12.08.2020-ci il tarixli müqavilə üzrə 1279.8 (bir min iki yüz yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 399.3 (üç yüz doxsan doqquz manat, otuz qəpik) manat dəbbə, 24.06.2020-ci il tarixli müqavilə üzrə 2145 (iki min bir yüz qırx beş) manat ödənilməmiş hissə, 349.2 (üç yüz qırx doqquz manat, iyirmi qəpik) manat dəbbə, ümumilikdə 5257.4 (beş min iki yüz əlli yeddi manat, qırx qəpik) manat borcu hesablanmışdır. İş materiallarında olan qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 80 (səksən) manat dəbbə pulu, 12.08.2020ci il tarixli müqaviləyə əsasən 100 (yüz) manat dəbbə pulu, 24.06.2020-ci il tarixli müqaviləyə əsasən 100 (yüz) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 853.1 (səkkiz yüz əlli üç manat, on qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, 12.08.2020-ci il tarixli müqaviləyə əsasən 1279.8 (bir min iki yüz yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, 24.06.2020-ci il tarixli müqavilə üzrə 2145 (iki min bir yüz qırx beş) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə olmaqla, cəmi 4557.9 (dört min beş yüz əlli yeddi manat, doxsan qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas məbləğlər hissəsində təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 853.1 (səkkiz yüz əlli üç manat, on qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, 12.08.2020-ci il tarixli müqaviləyə əsasən 1279.8 (bir min iki yüz yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, 24.06.2020-ci il tarixli müqavilə üzrə 2145 (iki min bir yüz qırx beş) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə olmaqla, cəmi 4557.9 (dört min beş yüz əlli yeddi manat, doxsan qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar