Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7969/2025 02.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-3390/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment məbləğinin artırılaraq, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməsi; mediasiya xidməti üçün ödənilmiş 61 manat miqdarında pulun Cavabdeh tutularaq mən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha bağlayaraq, ailə qurmuşdur. Birgə nikahdan iki uşağı - xx.xx.2010cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşlar. Bir müddət ailə münasibətləri normal olsa da sonradan, münasibətləri pisləşmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3390/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən nikahı pozulmuş, uşaqlar onun yanında saxlanılmış və xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İsmayılova (Hacıyeva) Gövhər Nəbi qızından, hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin həmin məbləğ hal-hazırda Respublikamızda mövcud olan hazırkı bazar qiymətləri ilə müqayisədə uşaqların saxlanılmalarına kifayət etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirmiş, alimentin artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, aliment artırılarsa, borc yarana bilər, onun aylıq 600-650 manat gəliri olduğundan aliment artırılsa ödəmək onun üçün çətin olacaqdır, odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqları var – xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 396091 və 029919 №-li doğum haqqında şəhadətnamələr). Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-3390/2025 №-li xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 ve xx.xx.2013-cü il təvəllüdlü X4 ataları İddiaçı yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 xx.xx.2025ci il tarixdən başlayaraq hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.37 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarını hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.37 misli həddində sabit pul məbləğindən 0.62 mislinə artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd edildiyi kimi, cavabdehin maddi vəziyyətində hər-hansı bir dəyişikliyin olması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı əvvəlki, yəni xx.xx.2025-ci il tarixli 2(008)-3390/2025 saylı qətnamənin qəbul edildiyi tarixdən sonrakı 6 ay ərzində (iddia xx.xx.2025-ci il tarixdə verilmişdir) alimentin artırılmasına yaranmış zərurət barədə də məhkəməyə sübutlar təqdim etməmişdir. Həmçinin, elə alimentin tutulmasına dair əvvəlki qətnamənin qəbulu zamanı iddiaçı həmin məbləğin cavabdehdən tutulmasına yazılı qaydada öz razılığını bildirmişdir. Hazırda iddiaçının hansı əsasla yenidən alimentin artırılmasını tələb istəməsi məhkəməyə aydın deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia əsassız olduğundan rədd edilməlidir. İddiaı eyni zamanda 61 manat mediasiaya xərcinin tutulmasını istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən həmin xərc də iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş 61 manat mediasiaya xərci iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-7969/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7969/2025
02.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver