Məhkəmə qərarları › İş №2(008)-8048/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8048/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8048/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı cavabdehdən 8000 manat pulun tutulub ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən geri geri qaytarılmalıdır. Beləki, məhkəmə tərəfindən elektron məhkəmə sistemindən çıxardılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Füzuli rayonu, Horadiz kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2. iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda iddiaçı tərəfindən hazırki iddia tələbi ilə Füzuli rayon Məhkəməsinə müraciət edilməli idi. Beləliklə, hesab edirəm ki, hazırda iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəlləilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia qaldırılması üçün ödənilmiş 101 manat məbləğində dövlət rusumu büdcədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar