Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-817/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 06 yanvar 2021-ci il tarixli MAS-3116 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyun 2022-ci il tarixə 484.91 manat gecikdirilmiş əsas, 322.58 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 276.02 manat dəbbə pulu, 1890 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 2973.51 manat borc və ödənilmiş 50.14 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 06 yanvar 2021 -ci il tarixli MAS-3116 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Ü.Zeynallının sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220355 ban nömrəli, ağ rəngli avtomobil 13113 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən X4 illik 19 % hesablanmaqla 47 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 18691 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18691 manatın 13113 manatı əsas məbləğ təşkil edir. 22 fevral 2021-ci il tarixdə X4, X3 və İddiaçı MMC arasında MAS-3116 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 yanvar 2021 -ci il tarixli MAS-3116 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 04 mart 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-3116 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 yanvar 2021-ci il tarixli MAS-3116 saylı “Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08 aprel 2022-ci il tarixdə 405 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 1890 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 06 yanvar 2021-ci il tarixli MAS-3116 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyun 2022-ci il tarixə ümumilikdə 1083.51 manat gecikmə borcu yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndsəi ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3116 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220355 ban nömrəli, ağ rəngli avtomobil 13113 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin 19 faizlə 47 ay müddətinə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. MAS-3116 saylı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinin 1 saylı əlavəsinin surətindən görünür ki, X6 13113 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. MAS-3116 saylı, xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 06 yanvar 2021 -ci il tarixli MAS-3116 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan KHAZAR SD markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili X3 təhvil almışdır. MAS-3116 saylı, xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 06 yanvar 2021 -ci il tarixli MAS-3116 saylı “Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan KHAZAR SD markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil almışdır İş materiallarında olan Azərmaş MMC Servisinin qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 1890.00 manat ziyan dəymişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 2836 saylı arayışından görünür ki, Cavabdeh 484.91 manat əsas, 322.58 manat gecikdirilmiş mükafat, 276.02 manat cərimə borcu olmaqla, cəmi 1083.51 manat borcu vardır. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, “Khazar SD” minik markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparan zaman arxa və qabaq buferlərin sınığ olması, o cümlədən sol tərərf gözgüsünün sınıq olması və sol tərəfin əzik olması müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50.14 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir necə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1.-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 448.1. və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli MAS-3116 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Ü.Zeynallının sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 13113 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən X4 illik 19 % hesablanmaqla 47 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 18691 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 22 fevral 2021-ci il tarixdə X4, X3 və İddiaçı MMC arasında MAS-3116 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 yanvar 2021 -ci il tarixli MAS-3116 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 04 mart 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-3116 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 yanvar 2021 -ci il tarixli MAS-3116 saylı “Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən edilmiş ödənişi vaxtı vaxtında iki aydan artıq müddətə icra etmədiyindən, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC- nin mülkiyyətində olan , “Khazar SD” minik markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 1890 manat məbləğində ziyan dəymişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəmədiyindən Cavabdeh 484.91 (dörd yüz səksən dörd manat, doxsan bir qəpik) manat məbləğində əsas borc, 322.58 (üç yüz iyirmi iki manat, əlli səkkiz qəpik) manat gecikmiş mükafat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə 20 manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkləmə iddia tələbinin “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə dəymiş 1890 manat məbləğində cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş qüsur aktında avtomobilə 1890 manat zərər dəymiş olduğu müəyyən edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 50.14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 50.14 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçi İddiaçı MMC-nin Cavabdeh qarşı « dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia qismən təmin edilməli, Cavabdeh 484.91 (dörd yüz səksən dörd manat, doxsan bir qəpik) manat məbləğində əsas borc, 322.58 (üç yüz iyirmi iki manat, əlli səkkiz qəpik) manat gecikmiş mükafat, 20 (iyirmi) manat məbləğində cərimə borcu və 1890 (bir min səkkiz yüz doxsa) manat dəymiş ziyan olmaqla, cəmi 2717.49 (iki min yeddi yüz on yeddi manat, qırx doqquz qəpik) manat borc və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 484.91 (dörd yüz səksən dörd manat, doxsan bir qəpik) manat məbləğində əsas borc, 322.58 (üç yüz iyirmi iki manat, əlli səkkiz qəpik) manat gecikmiş mükafat, 20 (iyirmi) manat məbləğində cərimə borcu və 1890 (bir min səkkiz yüz doxsa) manat dəymiş ziyan olmaqla, cəmi 2717.49 (iki min yeddi yüz on yeddi manat, qırx doqquz qəpik) manat borc və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-817/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-817/2023
16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver