Məhkəmə qərarları › İş №2(008)-822/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-822/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-822/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45.000 (qırx beş min) manat pulun və tərəfindən ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə ünvan 1 ünvanında yerləşən həyət evini sataraq və «İnstagram» sosial şəbəkəsində özünə ev almaq üçün evlərə baxmağa başlamışdır. Orada «Zabrat əmlak» səhifəsində olan evlərdən birini bəyənərək və həmin səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs onların vaxtının olmadığını və həmin əraziyə baxan makler Rəşid adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Rəşid adlı şəxslə (055 557-00-53) danışıb Maştağa qəsəbəsi ərazisində yerləşən həyət evinə baxmağı razılaşmışlar və sonuncu ilə Maştağa qəsəbəsində görüşərək, orada Rəşidlə evə baxdıqda evi bəyənmişdir. Rəşid adlı şəxs evin sahibinin adını sonradan bildiyi Nüsrətlə (050 289-25-25) danışdıqdan sonra evi 50.000 (əlli min) manata almağa razılaşmışlar. Nüsrətlə evi almağı razılaşdıqdan sonra Rəşidə 200 manat beh vermişdir. Bu məsələdən bir neçə gün sonra evi alqı-satqı etmək üçün Rəşid, Nüsrət və tanımadığı bir nəfər şəxslə görüşüb notariusa gedərək, lakin notariusda nəsə kompüter sistemində problem olduğu üçün sənədləşməni apara bilməmişlər. Orada alqı-satqını növbəti gün etməyi təklif etmişdir, lakin Nüsrət razı olmamış və Nəsimi rayonu ərazisində Şamaxinka deyilən yerdə yerləşən notariusa gəlmişlər. Sənədləşmə aparılaraq alqı-satqı müqaviləsi tərtib olunmuş (Nurəddin 050 311-08-33) və ona təqdim olunan bütün sənədlərə imza edib 50.000 (əlli min) manatı Nüsrətə verib sağollaşmışlar. Bundan sonra aldığı alqı-satqı müqaviləsi və digər sənədləri aparıb reyestr xidmətinə təqdim etmiş və torpağa çıxarış almışdır. 2021-ci ilin aprel ayının əvvəllərində yavaş-yavaş evə əşyaları daşımağa başlamış və bir gün evdə təmizlik işləri aparan zaman görmüşdür ki, yataq otağının giriş qapısının üstündə divar aralanmışdır. Bunu görüb əsəbləşmiş və Nüsrətin onu aldadıb yararsız evi satdığını başa düşmüşdür. Evin heç bir sənədi olmadığını anlayaraq, Nüsrətə zəng vurmuş və məlum olmuşdur ki, aldığı evin fundamenti yoxdur. Bundan sonra Nüsrətdən pulunu tələb etmiş, lakin sonuncu ona heç yerə şikayət etməməyi, özünün hər şeyi həll edəcəyini demişdir. O, evin çıxarışının olmadığını bilməmiş, evin alqı-satqısını aparan zaman notariusda Nüsrət hər şeyi tez-tez edib sənədlərə baxmağa imkan verməmiş və ona yalnız sənədlərə imza etməyi demişdir. Hətta o, reyestr xidmətinə gedəndə belə evin çıxarışının olmadığını bilməmişdir. Reyestr xidmətinə sənədləri vermiş və oradan hazırlanan sənədi 1 ay sonra alıb yaşadığı evə qayıtmışdır. Nüsrətin ona satdığı evin çıxarışının olmadığını yalnız evi aldıqdan və evin kommunal borcunu ödəmək istədiyi zaman bilmişdir. Evin çıxarışının olmadığını gördükdən sonra Nüsrətə bu barədə dedikdə, sonuncu evin çıxarışını ala biləcəyini və xərcini özünün çəkəcəyini demişdir. Lakin razı olmamış, çünki ev yararsız vəziyyətdə olmuşdur və həmin evdə yaşamaq olmaz, hər an ev adamın üstünə çökə bilər. Nüsrət onu aldadaraq tək qadın olmağından istifadə edib yaşayış üçün yararsız olan evi ona satmışdır. Halbuki, həmin evin çıxarışını almaq üçün əvvəlcədən həmin evə müvafiq qurumlar baxıb rəy verməlidir. Nüsrət də evin yararsız olduğunu bildiyi üçün bu vaxta kimi çıxarış almamış və evi ona həmin vəziyyətdə satmışdır. Nüsrət hazırda evin pulunu verməkdən imtina edir və hətta Nüsrətə ona başqa ev verməsini təklif etdikdə, ona evi satacağını və pulunu verəcəyini demiş, lakin bu vaxta kimi müxtəlif bəhanələr gətirməklə, onun 45.000 manat pulunu verməkdən boyun qaçırdığı üçün Daxili İşlər Nazirliyinə şikayətlər edilərək nəticə amili ilə “19” iyun 2023-cü il tarixdə Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birincisi, iddia ərizəsinə əlavə olunmuş İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı şikayət Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən araşdırılmış və araşdırma nəticəsi barədə xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsinin məzmunundan aydın olur ki, aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki. 2021-ci ildə ünvan 1 ünvanında yerləşən həyət evini satmış və “İnstaqram” sosial şəbəkəsində özünə ev almaq üçün evlərə baxmağa başlamışdır. Orada “Zabrat əmlak” səhifəsində olan evlərdən birini bəyənərək və həmin səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs onların vaxtının olmadığını və həmin əraziyə baxan makler Rəşid adlı şəxsin mobil telefon nömrəsini ona vermişdir. Rəşid adlı şəxslə danışıb Maştağa qəsəbəsi ərazisində yerləşən həyət evinə baxmağı razılaşmışlar və sonuncu ilə Maştağa qəsəbəsində görüşmüşlər. Orada Rəşidlə evə baxdıqda evi bəyənmişdir. Rəşid adlı şəxs evin sahibinin adınının sonradan bildiyi Nüsrətlə danışdıqdan sonra evi 50.000 manata almağa razılaşmışlar. O. ərindən boşandığı üçün evə baxmağa tək getmiş və ev tikintisindən elə də başı çıxmır. Nüsrətlə evi almağı razılaşdıqdan sonra Rəşidə 200 manat beh vermişdir. Bu məsələdən bir neçə gün sonra evi alqı-satqı etmək üçün Rəşid, Nüsrət və tanımadığı bir nəfər şəxslə görüşüb notariusa getmişlər, lakin notariusda nəsə sistemdə problem olduğu üçün sənədləşməni apara bilməmişlər. Orada alqı-satqını növbəti gün etməyi təklif etmişdir, lakin Nüsrət razı olmamış və Nəsimi rayonu ərazisində Şamaxinka deyilən yerdə yerləşən notariusa gəlmişlər. Sənədləşmə aparılaraq alqı-satqı müqaviləsi tərtib olunmuş və ona təqdim olunan bütün sənədlərə imza edib 50.000 manatı Nüsrətə verib sağollaşmışlar. Bundan sonra aldığı alqı-satqı müqaviləsi və digər sənədləri aparıb reyestr xidmətinə təqdim etmiş və torpağa çıxarış almışdır. 2021-ci ilin aprel ayının əvvəllərində yavaş-yavaş evə əşyaları daşımağa başlamış və bir gün evdə təmizlik işləri aparan zaman görmüşdür ki, yataq otağının giriş qapısının üstündə divar aralanmışıdır. Bunu görüb əsəbiləşmiş və Nüsrətin onu aldadıb yararsız evi satdığını başa düşmüşdür. Qohumlarına danışdıqdan sonra onlar aldığı evə gəlmişlər və orada divarın aralandığını onlar da görmüşlər. Bu barədə Nüsrətə dedikdə, sonuncu evin təzə tikildiyini və belə şeylərin olduğunu, özünün həmin məsələni həll edəcəyini demişdir. Sonra Nüsrət usta gətirmiş və usta divarın həmin hissəsini düzəltmişdir. Bundan sonra evin pəcərələri üçün dəmir barmaqlıqlar da almışdır. Həmin ərəfələrdə aldığı evdə qalmırmış və bacısının evində qalmışdır. Lakin tez-tez gəlib evə baş çəkib təmizlik etmişdir. Bir gün evə gəldikdə görmüşdür ki, evin divarları çatlayıb, aralanıb, çatlar o dərəcədə böyük olmuşdur, evin içindən çöl görünmüşdür. Əsəbiləşib Nüsrətə zəng vurmuş və məlum olmuşdur ki, aldığı evin fundamenti yoxdur. Bundan sonra Nüsrətdən pulunu tələb etmiş, lakin sonuncu ona heç yerə şikayət etməməyi, özünün hər şeyi həll edəcəyini demişdir. Nüsrət usta gətirdikdən sonra evin fundamenti vurulmuşdur. Lakin sonradan yenə də evin otaqlarında çatlar əmələ gəlmiş və yenə də Nüsrətə zəng vurub pulunu tələb elmişdir. Lakin Nüsrət evi aldığını və evdə olan problemlərin ona aid olmadığını deyərək pulunu verməkən imtina etmişdir. Hətta Nüsrətlə danışıb çatları həll etməsini dedikdə də sonuncu bundan imtina etmişdir. Hazırkı vaxta kimi evin çatları dayanmadan artır, evdə yaşamaq olmur və ev yararsız evdir. O, evin çıxarışının olmadığını bilməmiş, evin alqı-satqısını aparan zaman notariusda Nüsrət hər şeyi tez-tez edib sənədlərə baxmağa imkan verməmiş və ona yalnız sənədlərə imza etməyi demişdir. Hətta o, reyestr xidmətinə gedəndə belə evin çıxarışının olmadığını bilməmişdir. Reyestr xidmətinə sənədləri vermiş və oradan hazırlanan sənədi 1 ay sonra alıb yaşadığı evə qaytarmışdır. Nüsrətin ona satdığı evin çıxarışının olmadığını yalnız evi aldıqdan və evin kommunal borcunu ödəmək istədiyi zaman bilmişdir. Evin çıxarışının olmadığını gördükdən sonra Nüsrətə bu barədə dedikdə, sonuncu evin çıxarışını ala biləcəyini və xərcini özünün çəkəcəyini demişdir. Lakin razı olmamış, çünki ev yararsız vəziyyətdədir və həmin evdə yaşamaq olmaz, hər an ev adamın üstünə çökə bilər. Nüsrət onu aldadaraq tək qadın olmağından istifadə edib yaşayış üçün yararsız olan evi ona satmışdır. Halbuki, həmin evin çıxarışını almaq üçün əvvəlcədən həmin evə müvafiq qurumlar baxıb rəy verməlidir. Nüsrət də evin yararsız olduğunu bildiyi üçün bu vaxta kimi çıxarış almamış və evi ona həmin vəziyyətdə satmışdır. Nüsrət hazırda ona evin pulunu verməkdən imtina edir və hatta Nüsrətə ona başqa ev verilməsini təklif etdikdə, ona evi satacağını və pulunu verəcəyini demiş, lakin bu vaxta kimi müxtəlif bəhanələr gətirməklə nə ona başqa ev verir, nə də ona evin pulunu qaytarır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, uzun illərdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində həyət evlərinin tikintisi ilə məşğul olur. Belə ki, 2021-ci ilin mart ayında Rəşid adlı makler ona zəng vuraraq Maştağa qəsəbəsi ərazisində tikintisini apardığı 665N saylı bağ evini müştərinin bəyəndiyini və almaq istədiyini bildirmişdir. O, həmin müştərinin əlaqə nömrəsini vermiş və həmin vaxt İddiaçı ilə əlaqə saxlamış, tanışlıqları həmin vaxtdan etibarən yaranmışdır. İddiaçı aralarındakı razılaşmaya əsasən mənzil almazdan əvvəl Sevincin qaynı və usta evə gələrək baxış keçirmişlər və baxış zamanı mənzildə heç bir problem aşkar edilməmişdir. Onlar həmin mənzilin alqı-satqısına görə öz aralarında 50.000 manata razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixdə həmin evin alqı-satqısı baş tutmuşdur. Belə ki, torpağın sahibi Şahid1la İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunda müavilə imzalanmışdır. Həmin məbləğin 5.000 manatı Nurəddinə, qalan 45.000 manatı isə ona çatmışdır. 2021-ci ilin aprel ayında İddiaçı ona zəng vuraraq evdə problemlərin olmasını və evin divarlarının çatlamasını ona bildirdikdə, bununla bağlı olaraq həmin evə gəlmiş və həqiqətən də evdə problemlərin yarandığını görmüş, Sevincin və qaynının razılığı ilə mənzili təmir etmişdir. Həmin evin təmiri üçün 8.000 manat xərc çəkmişdir. Sevinc mənzilə dair sənədlərin olmamasını və çıxarışın olmadığını bildirdikdə bununla bağlı əmlak məsələləri üzrə komitəyə müraciət etməsini və çəkilən bütün xərclərin onun tərəfindən qarşılanacağını bildirsə də, Sevinc xanım onunla razılaşmamışdır. O, bildirmişdir ki, həmin evin tikintisi ilə məşğul olsa da, evdə yaranan problemlər onun iradəsindən asılı olmayan səbəblərdən yaranmış və halhazırda heç bir problemi yoxdur. Bundan əlavə olaraq İddiaçı dəfələrlə evi satıb onun pulunu geri qaytarmasını bildirmiş, o, bununla razılaşmamış və dəfələrlə ev üçün 50.000 manat dəyərində müştəri tapmasına və yaxud da evi 50.000 manatdan aşağı satılacağı təqdirdə həmin qalan pulun onun tərəfindən ödəniləcəyini bildirsə də, İddiaçı ona mənzilin 2 il əvvəl dəyərinin 50.000 manat olmasını hal-hazırda həmin evin dəyərinin 65.000 manat olmasını bildirərək ona qarşı qərəzli mövqedə olmuşdur. Aparılmış araşdırma zamanı izahatı alınmış X4 göstərmişdir ki, torpaq sahəsi ona məxsus olmuş və o, torpaq sahəsini satışa çıxardıqda həmkəndlisi Nüsrət ona həmin torpaqda tikinti aparması üçün icazə istəmiş və yalnız ev tikildikdən sonra həmin evi satdıqda torpağın pulunu verə biləcəyini bildirmişdir. Onların arasında şifahi razılaşma olmuş və Nüsrət evi tikdikdən sonra 2021-ci ilin mart ayında ona zəng vuraraq sonradan adını Seva kimi bildiyi qadının almasını bilmişdir. O, mart ayında 43 saylı notariat kontorunda həmin torpaq ilə bağlı sənədləri İddiaçı adına keçirmiş və 5.000 manat pulu Nüsrətdən alaraq oradan getmişdir. O, bildirmişdir ki, evin Sevinc Rzaquliycvaya hansı qiymətə satılması barədə məlumatı olmamışdır. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Təhqiqat orqanının gəldiyi nəticəyə görə İddiaçı xx.xx.2021-ci il tarixdə aralarında olan razılaşmaya əsasən Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 665 N saylı bağ sahəsinin üzərində olan tikili ilə bağlı yaranmış problemlər ilə əlaqədar olaraq Cavabdeh dəfələrlə müraciət etmiş, Cavabdeh öz növbəsində həmin evin təmiri xərclərini qarşılayaraq İddiaçı dəymiş ziyanı aradan qaldırmağa çalışmışdır. Beləliklə, müəyyən olunur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı şikayətində iddiaçı aldığı evi satıcıya qaytarmaq və verdiyi pulu geri almaq istəmişdir. İkincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2020-ci il tarixli qərarında şərh olunduğu kimi Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Macəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsimi müddət subyektiv hüququn həyata keçirilməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Üçüncüsü, iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etıbarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmamış və göründüyü kimi belə bir iddianın qaldırılması üçün qanunla nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Ona görə də iddiaçı hazırkı iş üzrə verdiyi iddia ərizəsində cavabdehin guya ona 45.000 manat borcu olduğunu israrla bildirir və məhkəmədən xahiş edir ki, cavabdehdən 45.000 manat borcun ona qaytarılması barədə qətnamə çıxarılsın. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq Mülki Məcəllənin 739-742-ci maddələrinin bəzi normalarına istinadlar edir. Halbuki, iddiaçı ilə cavabdeh arasında hər hansı formada olursa olsun hər hansı bir borc müqaviləsi ümumiyyətlə bağlanmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi həqiqətən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bu isə o anlama gəlir ki, tərəflər arasında borc münasibətləri olmuş olsaydı, bu müqavilə mütləq şəkildə yazılı formada bağlanmalıydı. İddiaçının iddia ərizəsində göstərdiyi “Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır” hüquq norması isə qüvvədə olan qanunvericilikdə ümumiyyətlə mövcud deyildir. Dördüncüsü, iddiaçı nə hazırkı iş üzrə verilmiş iddia ərizəsində, nə də bundan əvvəl, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı şikayəti Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən araşdırıldığı zaman onun xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 665 N saylı bağ sahəsi üzərində olan tikilini xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Şahid2 Ramız oğluna satması barədə heç bir məlumat verməmişdir. Tərəfindən aparılmış vəkil araşdırması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış həmin alqı-satqı müqaviləsinin dəyəri 50.000 manat olmuş və həmin pul tam məbləğdə İddiaçı ödənilmişdir. Həmin müqavilənin bağlanmasında və 50.000 manat pulun iddiaçıya ödənilməsində hazırkı iş üzrə Cavabdeh hər hansı bir iştirakı olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə iclasında izahat verərkən iddiaçı bildirdi ki, o, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 665 N saylı bağ sahəsi üzərində olan tikilini xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Şahid2 satmışdır. Alıcı ilə əldə olunmuş razılığa əsasən o, bağ sahəsi üzərində olan tikilini 50.000 manata satmasına baxmayaraq, ona 5000 manat pul verilmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X1 ifadələri ilə də iddiaçının dəlilləri tamamilə təkzib olundu və hesab edir ki, tam sübuta yetirildi ki, xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış həmin alqı-satqı müqaviləsinin dəyəri 50.000 manat olmuş və həmin pul tam məbləğdə İddiaçı ödənilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, İddiaçı ona məxsus torpaq sahəsini notariusda alqı-satqı edərkən Sevinc xanımla 5000 manat kassa vasitəsilə, 45.000 manat nağd şəkildə ödəmək barədə razılığa gəlmişlər. Həmin gün Sevinc xanım kassaya ödədiyi 5000 manatı və nağd şəkildə verdiyi 45.000 manatı ona təqdim etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, torpaq Nurəddinin adına idi. Sevinc xanım da alqı-satqı edib. Evi o tikmişdir. Pulu götürəndə 50.000 manatdan 12.000 manat torpağın pulunu verdi Nurəddinə, qalanı isə qaldı ona. Notariusda alqı-satqı ediləndə 5000 məbləğ göstərildi. O, notariusda pulunu götürmək üçün iştirak edirdi. 50.000 tam şəkildə verilib ona. Evdə problem çıxmışdı, 10.000 manat təmir üçün özü pul xərcləmişdir. Məhkəməyə təqdim olunan şəkillər də doğrudur. X3 arasında olub, o, sadəcə pul almaq üçün iştirak etmişdir. Sevinc ona zəng etdi ki, evi satmaq istəyir. O da dedi ki, maklerlərə deyər. 5-6 maklerə zəng edib dedi ki, ev var satdıqda, sahibi xaricə köçdüyü üçün satır. Həmin makler Əkbər evi sayta qoydu. Ağaəli də saytdan görüb, gedib alqı-satqı ediblər. O, Ağaəlini tanımır. Müqavilə Sevinc ilə Ağaəlinin arasında olub. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Sevinci ev alanda tanımışdır. Nüsrəti tanımır. O, evi 2023-cü ilin yayında almışdır. Evdə cəmi 3-4 ay qalmışdır. Evə gecə baxıb bəyənmişdir. Səhər yenə gəlib baxmış, beh vermişdir. Evi internetdə görmüşdü. Sevinc ona dedi ki, alqı-satqı etmək üçün hal-hazırda iş ilə əlaqədar olaraq vaxtı yoxdur, 1-2 gün səbrli ol. Daha sonra notariusda 50.000 manat dəyərində alqı-satqı etmişlər. Onların yanındakı maklerin adı Ceyhun idi. Evin videosunu da çəkmişdir. Pulu Əkbər adında maklerə vermişdir. Alqı-satqı zamanı yanlarında 3-4 nəfər makler var idi. 50000 manatı o, qohumlarının, Sevincin və onun yoldaşının yanında sayıb maklerə vermişdir. Sevinc demişdi ki, “pulu maklerə ver, mən işimi onunla həll edəcəm”. Pulu iki dəfə saymışdı, hətta ikinci dəfə sayanda 100 manat artıq çıxdı, öz pulu da 50.000 manata qarışmışdı. Əkbər Sevinclə maşına oturdu, pul haqq-hesabını orada edəndən sonra çıxıb getdi. 50.000 pulu manatla ödəmişdir. Pulu 3 ay olar ödəmişdir. Əkbər pulu saymış, Sevincin maşınına əyləşmiş, pulu ona verib getmişdir. O, 5000 manat verməmişdır, 500 manat beh verdiyinə görə 49.500 ödəmişdi notariusda alqı-satqı olandan sonra. Evi özü sonradan 57.500 manata satmışdır. Evin qüsuru yox idi, olsa idi almazdı. Evi satdığı adam da indi orada yaşayır. Evi yol uzaq idi deyə 3-4 ay yaşayandan sonra satdı. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Nurəddinin oğludur, tərəflərin heç biri ilə münasibəti yoxdur. Sevinci evi satanda tanımışdır. Nüsrəti isə bu problemlər başlayandan sonra tanımışdır. Sevinc evi satırdı, Ağaəli isə alırdı, o, sadəcə vasitəçi olmuşdur. X8 evi satan ərəfədə xəstə idi, ona dedi ki, iş ilə məşğul ol. Bəzən vasitəçilik edir. Ağaəlini başqa vasitəçi ilə tanımışdır. Ağaəli başqa maklerə müraciət edib, o makler də ona. Sevincə müraciət etmişlər, onlar da öz aralarında razılaşmışlar, sonra onlar notariusa gedəndə o da getmişdir. Onun orada iştirakının səbəbi alacağının olması idi. Ona 1 faiz verilməli idi, Sevinc tərəfindən 500 manat, Ağaəli tərəfindən də 500 manat veriləcəkdi. Ondan başqa orada 5-6 nəfər var idi. 5-6 nəfərdən biri onun tanışı idi, Ağaəli tərəfdən 3 nəfər var idi, 2 nəfər də onları ona yönləndirən makler tərəfdən gəlmişdi və həmin 2 nəfərin də alacağı var idi. Notariusa gəlmişlər, alqı-satqı oldu, Ağaəli 50.000 manatı saydı verdi ona, o da sonra maşında saydı və Sevincə verdi. Sevincin yoldaşı görürdü 50.000 manatı verəndə. Onun payını verdilər 50.000 manatdan. 50000 manatı saydı, verəndən sonra 1000 manat götürdü. Səhv etmirsə 50.000 tam idi. Sevincin Nüsrətə pul verməyindən xəbəri yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsini verilməsi üçün 225 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı alqı-satqı yolu ilə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 665 N saylı bağ sahəsi üzərində olan tikili ilə bağlı şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 2021-ci ildə ünvan 1 ünvanında yerləşən həyət evini satmış və «İnstagram» sosial şəbəkəsində özünə ev almaq üçün evlərə baxmağa başlamışdır. Orada «Zabrat əmlak» səhifəsində olan evlərdən birini bəyənərək və həmin səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs onların vaxtının olmadığını və həmin əraziyə baxan makler Rəşid adlı şəxsin mobil telefon nömrəsini ona vermişdir. Rəşid adlı şəxslə danışıb Maştağa qəsəbəsi ərazisində yerləşən həyət evinə baxmağı razılaşmışlar və sonuncu ilə Maştağa qəsəbəsində görüşmüşlər. Orada Rəşidlə evə baxdıqda evi bəyənmişdir. Rəşid adlı şəxs evin sahibinin adının sonradan bildiyi Nüsrətlə danışdıqdan sonra evi 50000 manata almağa razılaşmışlar. O, ərindən boşandığı üçün evə baxmağa tək getmiş və ev tikintisindən elə də başı çıxmır. Nüsrətlə evi almağı razılaşdıqdan sonra Rəşidə 200 manat beh vermişdir. Bu məsələdən bir neçə gün sonra evi alqı-satqı etmək üçün Rəşid, Nüsrət və tanımadığı bir nəfər şəxslə görüşüb notariusa getmişlər, lakin notariusda nəsə sistemdə problem olduğu üçün sənədləşməni apara bilməmişlər. Orada alqı-satqını növbəti gün etməyi təklif etmişdir, lakin Nüsrət razı olmamış və Nəsimi rayonu ərazisində Şamaxinka deyilən yerdə yerləşən notariusa gəlmişlər. Sənədləşmə aparılaraq alqı-satqı müqaviləsi tərtib olunmuş və ona təqdim olunan bütün sənədlərə imza edib 50000 manatı Nüsrətə verib sağollaşmışlar. Bundan sonra aldığı alqı-satqı müqaviləsi və digər sənədləri aparıb reyestr xidmətinə təqdim etmiş və torpağa çıxarış almışdır. 2021-ci ilin aprel ayının əvvəllərində yavaş-yavaş evə əşyaları daşımağa başlamış və bir gün evdə təmizlik işləri aparan zaman görmüşdür ki, yataq otağının giriş qapısının üstündə divar aralanmışdır. Bunu görüb əsəbləşmiş və Nüsrətin onu aldadıb yararsız evi satdığını başa düşmüşdür. Qohumlarına danışdıqdan sonra onlar aldığı evə gəlmişlər və orada divarın aralandığını onlar da görmüşlər. Bu barədə Nüsrətə dedikdə, sonuncu evin təzə tikildiyini və belə şeylərin olduğunu, özünün həmin məsələni həll edəcəyini demişdir. Sonra Nüsrət usta gətirmiş və usta divarın həmin hissəsini düzəltmişdir. Bundan sonra evin pəncərələri üçün dəmir barmaqlıqlar da almışdır. Həmin ərəfələrdə aldığı evdə qalmırmış və bacısının evində qalmışdır. Lakin tez-tez gəlib evə baş çəkib təmizlik etmişdir. Bir gün evə gəldikdə görmüşdür ki, evin divarları çatlayıb, aralanıb, çatlar o dərəcədə böyük olmuşdur, evin içindən çöl görünmüşdür. Əsəbiləşib Nüsrətə zəng vurmuş və məlum olmuşdur ki, aldığı evin fundamenti yoxdur. Bundan sonra Nüsrətdən pulunu tələb etmiş, lakin sonuncu ona heç yerə şikayət etməməyi, özünün hər şeyi həll edəcəyini demişdir. Nüsrət usta gətirdikdən sonra evin fundamenti vurulmuşdur. Lakin sonradan yenə də evin otaqlarında çatlar əmələ gəlmiş və yenə də Nüsrətə zəng vurub pulunu tələb etmiş, lakin Nüsrət evi aldığını və evdə olan problemlərin ona aid olmadığını deyərək pulunu verməkdən imtina etmişdir. Hətta Nüsrətlə danışıb çatları həll etməsini dedikdə də, sonuncu bundan imtina etmişdir. Hazırkı vaxta kimi evin çatları dayanmadan artır, evdə yaşamaq olmur və ev yararsız evdir. O, evin çıxarışının olmadığını bilməmiş, evin alqı-satqısını aparan zaman notariusda Nüsrət hər şeyi tez-tez edib sənədlərə baxmağa imkan verməmiş və ona yalnız sənədlərə imza etməyi demişdir. Hətta o, reyestr xidmətinə gedəndə belə evin çıxarışının olmadığını bilməmişdir. Reyestr xidmətinə sənədləri vermiş və oradan hazırlanan sənədi 1 ay sonra alıb yaşadığı evə qayıtmışdır. Nüsrətin ona satdığı evin çıxarışının olmadığını yalnız evi aldıqdan və evin kommunal borcunu ödəmək istədiyi zaman bilmişdir. Evin çıxarışının olmadığını gördükdən sonra Nüsrətə bu barədə dedikdə, sonuncu evin çıxarışını ala biləcəyini və xərcini özünün çəkəcəyini demişdir. Lakin razı olmamamış, çünki ev yararsız vəziyyətdədir və həmin evdə yaşamaq olmaz, hər an ev adamın üstünə çökə bilər. Nüsrət onu aldadaraq tək qadın olmağından istifadə edib yaşayış üçün yararsız olan evi ona satmışdır. Halbuki, həmin evin çıxarışını almaq üçün əvvəlcədən həmin evə müvafiq qurumlar baxıb rəy verməlidir. Nüsrət də evin yararsız olduğunu bildiyi üçün bu vaxta kimi çıxarış almamış və evi ona həmin vəziyyətdə satmışdır. Nüsrət hazırda ona evin pulunu verməkdən imtina edir və hətta Nüsrətə ona başqa ev verməsini təklif etdikdə, ona evi satacağını və pulunu verəcəyini demiş, lakin bu vaxta kimi müxtəlif bəhanələr gətirməklə nə ona başqa ev verir, nə də ona evin pulunu qaytarır. Nüsrət dələduzluq yolu ilə yararsız evi satmış və o, hazırda evsiz qalmışdır. Nüsrət adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını, ona dəymiş ziyanın alınaraq qaytarılmasını xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, uzun illərdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində həyət evlərinin tikinitisi ilə məşğul olur. Belə ki, 2021-ci ilin mart ayında Rəşid adlı makler ona zəng vuraraq Maştağa qəsəbəsi ərazisində tikintisini apardığı 665N saylı evi müştərinin bəyəndiyini və almaq istədiyini bildirmişdir. O, həmin müştərinin əlaqə nömrəsini vermiş və həmin vaxt İddiaçı ilə əlaqə saxlamış, tanışlıqları həmin vaxtdan etibarən yaranmışdır. İddiaçı aralarındakı razılaşmaya əsasən mənzili almazdan əvvəl Sevincin qaynı və usta evə gələrək baxış keçirmişlər və baxış zamanı mənzildə heç bir problem aşkar edilməmişdir. Onlar həmin mənzilin alqı-satqısına görə öz aralarında 50.000 manata razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixdə həmin evin alqı-satqısı baş tutmuşdur. Belə ki, torpağın sahibi Şahid1la İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontorunda müqavilə imzalanmışdır. Həmin məbləğin 5000 manatı Nurəddinə, qalan 45.000 manatı isə ona çatmışdır. 2021-ci ilin aprel ayında İddiaçı ona zəng vuraraq, evdə problemlərin olmasını və evin divarlarının çatlamasını ona bildirdikdə, bununla bağlı olaraq həmin evə gəlmiş və həqiqətən də evdə problemlərin yarandığını görmüş, Sevincin və qaynının razılığı ilə mənzili təmir etmişdir. Həmin evin təmiri üçün 8.000 manat xərc çəkmişdir. Sevinc mənzilə dair sənədlərin olmamasını və çıxarışın olmadığını bildirdikdə bununla bağlı əmlak məsələləri üzrə komitəyə müraciət etməsini və çəkilən bütün xərclərin onun tərəfindən qarşılanacağını bildirsə də, Sevinc xanım onunla razılaşmamışdır. O, bildirmişdir ki, həmin evin tikintisi ilə məşğul olsa da, evdə yaranan problemlər onun iradəsindən asılı olmayan səbəblərdən yaranmış və hal-hazırda heç bir problemi yoxdur. Bundan əlavə olaraq İddiaçı dəfələrlə evi satıb onun pulunu geri qaytarmasını bildirmiş, o, bununla razılaşmış və dəfələrlə həmin ev üçün 50.000 manat dəyərində müştəri tapmasına və yaxud ev 50.000 manat dəyərində müştəri tapmasına və yaxud da ev 50.000 manatdan aşağı satılacağı təqdirdə həmin qalan pulun onun tərəfindən ödəniləcəyini bildirsə də, Seyinc Rzaquliyeva ona mənzilin 2 il əvvəl dəyərinin 50.000 manat olmasını hal-hazırda həmin evin dəyərinin 65.000 manat olmasını bildirərək ona qarşı qərəzli mövqedə olmuşdur. - AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şahid1 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5000 (beş min) manata İddiaçı satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 5000 (beş min) manata Şahid2 satmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondikasiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o, müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Şahid1 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş və hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evini hüquqi əsas olmadan 50.000 manata İddiaçı satmaqla əsassız varlanmışdır. Belə ki, iddiaçı sosial şəbəkə vasitəsilə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini bəyənmiş və Rəşid adlı makler həmin evə baxmaq üçün onu cavabdehlə tanış etmişdir. İddiaçı evə baxaraq bəyənmiş və cavabdehlə alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmişlər. Danışıqlar zamanı cavabdeh iddiaçıya özünü fərdi yaşayış evinin mülkiyyətçisi kimi tanıtmış, sonuncu da ona inanmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman notariat ofisinə iddiaçı, cavabdeh və iddiaçının tanımadığı, sonradan ona məlum olan Şahid1 getmişdir. Notariat ofisində iddiaçı cavabdehə 50.000 manat məbləğində pul vermiş, sonuncu isə həmin pulu iddiaçıdan aldığını etiraf etmişdir (bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ona məxsus olmadığını, evin hüquqmüəyyənedici sənədinin olmadığını, həmçinin, iddiaçının yalnız torpaq sahəsinin alqı-satqı müqaviləsini imzaladığını, lakin həm torpaq sahəsinin, həm də fərdi yaşayış evinin dəyərini ona ödədiyini bilmiş, iddiaçının ona olan inamından istifadə edərək, bu faktları ondan gizlətmiş, bununla da özünə məxsus olmayan əmlakı iddiaçıya satmaqla əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, odur ki, iddia təmin edilməli, Cavabdeh 45.000 (qırx beş min) manat məbləğində pul və 225 (iki yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 45.000 (qırx beş min) manat məbləğində pul və 225 (iki yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar