Məhkəmə qərarları › İş №2(008)-8279/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8279/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8279/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək: 02.09.2019-cu il tarixli müqaviləyə əsasən CASİO markalı qol saatı üçün 11 manat ödənilməmiş hissə, 3 manat cərimə; 12.12.2019-cu il tarixli müqaviləyə əsasən Battaniye Tekstil dəsti üçün 18 manat ödənilməmiş hissə, 2 manat cərimə; 14.12.2019-cu il tarixli müqaviləyə əsasən Battaniye Tekstil dəsti üçün 18 manat ödənilməmiş hissə, 2 manat cərimə; 21.03.2020-ci il tarixli müqaviləyə əsasən 3 dəst çay dəsmalı tekstil üçün 39,1 manat ödənilməmiş hissə, 4 manat cərimə; 03.05.2020-ci il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil dəsti üçün 184 manat ödənilməmiş hissə, 18 manat cərimə; 15.02.2020-ci il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil dəsti üçün 65,1 manat ödənilməmiş hissə, 6 manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləyə əsasən Havlu Set tekstil dəsti üçün 21 manat ödənilməmiş hissə, 2 manat cərimə; 24.08.2019-cu il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil, 2 dəst Halı tekstil və hvlu tekstil dəsti üçün 16 manat ödənilməmiş hissə, 1 manat cərimə; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən Braun markalı blender üçün 18,9 manat ödənilməmiş hissə, 2 manat cərimə; Ümumilikdə 429,1 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 02.09.2019-cu il,12.12.2019-cu il, 14.12.2019-cu il, 21.03.2020-ci il, 03.05.2020-ci il, 15.02.2020-ci il, 28.12.2019-cu il, 24.08.2019-cu il, 18.10.2019-cu il tarixli müqavilələrə əsasən CASİO markalı qol saatı, Battaniye Tekstil dəsti, Battaniye Tekstil dəsti, 3 dəst çay dəsmalı tekstil, Nevresim Takımı tekstil dəsti, Nevresim Takımı tekstil dəsti, Havlu Set tekstil dəsti, Nevresim Takımı tekstil, 2 dəst Halı tekstil və hvlu tekstil dəsti və Braun markalı blender almış və nəticədə 429,1 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: 02.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 132 manat (11 ay x 12 manat+0 manat ilkin ödəniş) olan CASİO markalı qol saatı üçün ümumilikdə 12 manat olmaqla, ondan 11 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 manat cərimə; 12.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 72 manat (12 ay x 6 manat+0 manat ilkin ödəniş) olan Battaniye Tekstil dəsti üçün ümumilikdə 20 manat olmaqla, ondan 18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə; 14.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 72 manat (12 ay x 6 manat+0 manat ilkin ödəniş) olan Battaniye Tekstil dəsti üçün ümumilikdə 20 manat olmaqla, ondan 18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə; 21.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 70,8 manat (12 ay x 5,9 manat+0 manat ilkin ödəniş) olan 3 dəst çay dəsmalı tekstil üçün ümumilikdə 43,1 manat olmaqla, ondan 39,1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə; 03.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 303 manat (12 ay x 24 manat+15 manat ilkin ödəniş) olan Nevresim Takımı tekstil dəsti üçün ümumilikdə 202 manat olmaqla, ondan 184 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə; 15.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 126 manat (12 ay x 10,5 manat+0 manat ilkin ödəniş) olan Nevresim Takımı tekstil dəsti üçün ümumilikdə 71,1 manat olmaqla, ondan 65,1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 60 manat (12 ay x 5 manat+0 manat ilkin ödəniş) olan Havlu Set tekstil dəsti üçün ümumilikdə 23 manat olmaqla, ondan 21 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə; 24.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 372 manat (12 ay x 31 manat+0 manat ilkin ödəniş) olan Nevresim Takımı tekstil, 2 dəst Halı tekstil və hvlu tekstil dəsti üçün ümumilikdə 17 manat olmaqla, ondan 16 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 manat cərimə; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 108 manat (12 ay x 9 manat+0 manat ilkin ödəniş) olan Braun markalı blender üçün ümumilikdə 20,9 manat olmaqla, ondan 18,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 924,7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 429,1 manat təşkil edir. Azəırbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən qarşılıqlı iddia verilərsə, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-cq maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə iş materiallarını araşdıraraq, yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddia sadələşdirilmiş icraat qaydasında baxılaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında 02.09.2019-cu il,12.12.2019-cu il, 14.12.2019-cu il, 21.03.2020-ci il, 03.05.2020-ci il, 15.02.2020-ci il, müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı CASİO markalı qol saatı, Battaniye Tekstil dəsti, Battaniye Tekstil dəsti, 3 dəst çay dəsmalı tekstil, Nevresim Takımı tekstil dəsti, Nevresim Takımı tekstil dəsti, Havlu Set tekstil dəsti, Nevresim Takımı tekstil, 2 dəst Halı tekstil və hvlu tekstil dəsti və Braun markalı blenderi cavabdehə satmış və ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış müqavilələr üzrə 429,1 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 429,1 manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən CASİO markalı qol saatı üçün 11 manat ödənilməmiş hissə, 3 manat cərimə; 12.12.2019-cu il tarixli müqaviləyə əsasən Battaniye Tekstil dəsti üçün 18 manat ödənilməmiş hissə, 2 manat cərimə; 14.12.2019-cu il tarixli müqaviləyə əsasən Battaniye Tekstil dəsti üçün 18 manat ödənilməmiş hissə, 2 manat cərimə; 21.03.2020-ci il tarixli müqaviləyə əsasən 3 dəst çay dəsmalı tekstil üçün 39,1 manat ödənilməmiş hissə, 4 manat cərimə; 03.05.2020-ci il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil dəsti üçün 184 manat ödənilməmiş hissə, 18 manat cərimə; 15.02.2020-ci il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil dəsti üçün 65,1 manat ödənilməmiş hissə, 6 manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləyə əsasən Havlu Set tekstil dəsti üçün 21 manat ödənilməmiş hissə, 2 manat cərimə; 24.08.2019-cu il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil, 2 dəst Halı tekstil və hvlu tekstil dəsti üçün 16 manat ödənilməmiş hissə, 1 manat cərimə; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən Braun markalı blender üçün 18,9 manat ödənilməmiş hissə, 2 manat cərimə; ümumilikdə 429,1 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 02.09.2019-cu il tarixli müqaviləyə əsasən CASİO markalı qol saatı üçün 11 manat ödənilməmiş hissə, 3 manat cərimə; 12.12.2019-cu il tarixli müqaviləyə əsasən Battaniye Tekstil dəsti üçün 18 manat ödənilməmiş hissə, 2 manat cərimə; 14.12.2019-cu il tarixli müqaviləyə əsasən Battaniye Tekstil dəsti üçün 18 manat ödənilməmiş hissə, 2 manat cərimə; 21.03.2020-ci il tarixli müqaviləyə əsasən 3 dəst çay dəsmalı tekstil üçün 39,1 manat ödənilməmiş hissə, 4 manat cərimə; 03.05.2020-ci il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil dəsti üçün 184 manat ödənilməmiş hissə, 18 manat cərimə; 15.02.2020-ci il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil dəsti üçün 65,1 manat ödənilməmiş hissə, 6 manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləyə əsasən Havlu Set tekstil dəsti üçün 21 manat ödənilməmiş hissə, 2 manat cərimə; 24.08.2019-cu il tarixli müqaviləyə əsasən Nevresim Takımı tekstil, 2 dəst Halı tekstil və hvlu tekstil dəsti üçün 16 manat ödənilməmiş hissə, 1 manat cərimə; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən Braun markalı blender üçün 18,9 manat ödənilməmiş hissə, 2 manat cərimə; ümumilikdə 429,1 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar