Məhkəmə qərarları › İş №2(008)-8296/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8296/2023

08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8296/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı “İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 930/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Cəlilabad Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 2(073)-930/2023 saylı,xx.xx.2023cü il tarixli qərardadı MPM-nin 35.1-ci maddəsinə istinad edilməklə, aidiyyəti üzrə Cavabdeh ünvanının olduğu yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisənin cavabdehlərdən Cavabdeh ünvanının olduğu yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışın surətindən görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Masallı rayonu, Dəmirçi kəndidir. Qeyd olunan portalda çıxarışda axtarış verilərkən cavabdehin iddia ərizəsində qeyd olunan şəxsiyyət vəsiqəsinin fin koduna istinad edilmişdir (xxxxxxx). Cəlilabad Rayon Məhkəməsi tərəfindən iş materiallarına əlavə olunan çıxarışda isə iddia ərizəsində göstərilməyən eyniləşdirmə məlumatlarına istinad edilən çıxarışa əsasən cavabdehin qeydyyatınının Sabunçu rayonu olduğuna qərar verilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilsin. Mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar