Məhkəmə qərarları › İş №2(008)-8391/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8391/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8391/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 08.10.2019-cu il tarixli müqaviləyə əsasən 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dört) manat cərimə borcu, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən 362.6 (üç yüz altmış iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 36.6 (otuz altı manat, altmış qəpik) manat cərimə borcu, 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən 195.7 (bir yüz doxsan beş manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən 10.1 (on manat, on qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu, 12.02.2020-ci il tarixli müqaviləyə əsasən 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borcu, 25.10.2018-ci il tarixli müqaviləyə əsasən 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 1461 (bir min dörd altmış bir) manat məbləğində pul və 34.61 (otuz dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.10.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İMEİ Kodu **********94909 olan HOFFMANN X Ultra markalı telefon və Braun markalı ütü almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 08.10.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********94909 olan HOFFMANN X Ultra markalı telefon və Braun markalı ütü aylıq ödəniş məbləği 36 manat təşkil edir. İş materiallarında olan 08.10.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İMEİ Kodu **********94909 olan HOFFMANN X Ultra markalı telefon və Braun markalı ütünü Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İMEİ Kodu **********01359 olan Samsung Galaxy A20 markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 02.10.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********01359 olan Samsung Galaxy A20 markalı telefon aylıq ödəniş məbləği 31 manat təşkil edir. İş materiallarında olan 02.10.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İMEİ Kodu **********01359 olan Samsung Galaxy A20 markalı telefonu Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh HOFFMANN markalı soyuducu almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 14.06.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, HOFFMANN markalı soyuducunun aylıq ödəniş məbləği 28 manat təşkil edir. İş materiallarında olan 14.06.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, HOFFMANN markalı soyuducunu Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.11.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Gorenje markalı fen ütü almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 04.11.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Gorenje markalı fen ütünün aylıq ödəniş məbləği 12 manat təşkil edir. İş materiallarında olan 04.11.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Gorenje markalı fen ütünü Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İMEİ Kodu **********80830 olan HUAWEİ Y6 markalı telefon və Glass Huawei markalı qoruyucu üzlük almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 12.02.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********80830 olan HUAWE1 Y6 markalı telefon və Glass Huawei markalı qoruyucu üzlüyün aylıq ödəniş məbləği 25.2 manat təşkil edir. İş materiallarında olan 12.02.2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İMEİ Kodu **********80830 olan HUAWE1 Y6 markalı telefon və Glass Huawei markalı qoruyucu üzlüyü Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.10.2018-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İMEİ Kodu **********38187 olan Samsung Galaxy A6 markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 25.10.2018-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********38187 olan Samsung Galaxy A6 markalı telefon aylıq ödəniş məbləği 44 manat təşkil edir. İş materiallarında olan 25.10.2018-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İMEİ Kodu **********38187 olan Samsung Galaxy A6 markalı telefon Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-dən tərəfindən Cavabdehna ünvanlanmış 22 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirdiyindən, yəni “ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmədiyindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.10.2019-cu il tarixli müqaviləyə əsasən 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə borcu, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən 362.6 (üç yüz altmış iki manat,altmış qəpik) manat ödənilməmiş hissə, 36.6 (otuz altı manat, altmış qəpik) manat cərimə borcu, 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən 195.7 (bir yüz doxsan beş manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən 10.1 (on manat, on qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu, 12.02.2020-ci il tarixli müqaviləyə əsasən 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borcu, 25.10.2018-ci il tarixli müqaviləyə əsasən 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 1461 (bir min dörd altmış bir) manat məbləğində borcu müəyyən edilir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, 34.61 (otuz dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi, Cavabdeh 08.10.2019-cuil tarixli, 02.10.2019-cu il tarixli, 14.06.2019-cu il tarixli, 04.11.2019-cu il tarixli, 12.02.2020-ci il tarixli, 25.10.2018-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 08.10.2019-cu il tarixli müqaviləyə əsasən 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dört) manat cərimə borcu, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən 362.6 (üç yüz altmış iki manat,altmış qəpik) manat ödənilməmiş hissə, 36.6 (otuz altı manat, altmış qəpik) manat cərimə borcu, 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən 195.7 (bir yüz doxsan beş manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən 10.1 (on manat, on qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu, 12.02.2020-ci il tarixli müqaviləyə əsasən 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borcu, 25.10.2018-ci il tarixli müqaviləyə əsasən 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 1461 (bir min dörd altmış bir) manat məbləğində pul və 34.61 (otuz dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh 08.10.2019-cu il tarixli müqaviləyə əsasən 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dört) manat cərimə borcu, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən 362.6 (üç yüz altmış iki manat,altmış qəpik) manat ödənilməmiş hissə, 36.6 (otuz altı manat, altmış qəpik) manat cərimə borcu, 14.06.2019-cu il tarixli müqaviləsinə əsasən 195.7 (bir yüz doxsan beş manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən 10.1 (on manat, on qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu, 12.02.2020-ci il tarixli müqaviləyə əsasən 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borcu, 25.10.2018-ci il tarixli müqaviləyə əsasən 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 1461 (bir min dörd altmış bir) manat məbləğində pul və 34.61 (otuz dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar