Məhkəmə qərarları › İş №2(008)-8401/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8401/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8401/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 01.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips markalı fen dəsti üçün 66 (altmış altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə, 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********68342 olan Samsung galaxy A10 markalı telefon üçün 333 (üç yüz otuz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 (otuz üç) manat cərimə, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı notebook üçün 610 (altı yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61 (altmış bir) manat cərimə, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən məhsulun qaytarılmasından sonra qalan borca görə üçün 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə, 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı notebook və çantası üçün 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 (əlli yeddi) manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********89449 olan iPhone Xs markalı telefon üçün 1400.4 (min dörd yüz manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 140 (yüz qırx) manat cərimə, 13.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Epson markalı printer üçün 340.8 (üç yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.8 (otuz dörd manat, səksən qəpik) manat cərimə, cəmi 3715 (üç min yeddi yüz on beş) manat məbləğində pul və 57.15 (əlli yeddi manat, on beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.04.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Philips markalı fen dəsti almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 01.04.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Philips markalı fen dəsti Cavabdeh təhvil almışdır. İş materiallarında olan 01.04.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Philips markalı fen dəstinin aylıq ödəniş məbləği 11 (iyimi üç manat əlli qəpik) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İMEİ Kodu **********68342 olan Samsung galaxy A10 markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 29.11.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********68342 olan Samsung galaxy A10 markalı telefonun aylıq ödəniş məbləği 37 manat təşkil edir. İş materiallarında olan 29.11.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İMEİ Kodu **********68342 olan Samsung galaxy A10 markalı telefon Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.01.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Acer Aspire markalı notebook almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 30.01.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Acer Aspire markalı notebookun aylıq ödəniş məbləği 61 manat təşkil edir. İş materiallarında olan 30.01.2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Acer Aspire markalı notebooku Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.01.2020-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh məhsulun qaytarılmasından sonra qalan borca görə üçün 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Acer Aspire notebook almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 22.07.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Acer Aspire notebookun aylıq ödəniş məbləği 57 manat təşkil edir. İş materiallarında olan 22.07.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Acer Aspire notebooku Cavabdeh təhvil almışdır İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İMEİ Kodu **********89449 olan iPhone Xs markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 07.03.2020-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********89449 olan iPhone Xs markalı telefonun aylıq ödəniş məbləği 155.7 manat təşkil edir. İş materiallarında olan 07.03.2020-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İMEİ Kodu **********89449 olan iPhone Xs markalı telefonu Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Epson markalı printer almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 13.09.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Epson markalı printerin aylıq ödəniş məbləği 31 manat təşkil edir. İş materiallarında olan 13.09.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Epson markalı printeri Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-dən tərəfindən Cavabdehna ünvanlanmış 23 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirdiyindən, yəni “ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmədiyindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.04.2019-cu il tarixli müqaviləyə əsasən 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu, 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən 610 (altı yüz on) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə borcu, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, 22.07.2019-cu il tarixli müqaviləyə əsasən 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə borcu, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən 1400.4 (bir min dörd yüz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat cərimə borcu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən 340.8 (üç yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 3715 (üç min yeddi yüz on beş) manat məbləğində borcu müəyyən edilir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, 57.15 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi, Cavabdeh 01.04.2019-cuil tarixli, 29.11.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 22.07.2019-cu il tarixli, 07.03.2020-ci il tarixli, 13.09.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdehndan 01.04.2019-cu il tarixli müqaviləyə əsasən 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu, 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən 610 (altı yüz on) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə borcu, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, 22.07.2019-cu il tarixli müqaviləyə əsasən 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə borcu, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən 1400.4 (bir min dörd yüz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat cərimə borcu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən 340.8 (üç yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 3715 (üç min yeddi yüz on beş) manat məbləğində pul və 57.15 (əlli yeddi manat, on beş qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh 01.04.2019-cu il tarixli müqaviləyə əsasən 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu, 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən 333 (üç yüz otuz üç) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən 610 (altı yüz on) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə borcu, 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, 22.07.2019-cu il tarixli müqaviləyə əsasən 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə borcu, 07.03.2020-ci il tarixli müqaviləyə əsasən 1400.4 (bir min dörd yüz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat cərimə borcu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən 340.8 (üç yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 3715 (üç min yeddi yüz on beş) manat məbləğində pul və 57.15 (əlli yeddi manat, on beş qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar