Məhkəmə qərarları › İş №2(008)-845/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-845/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-845/2023 10.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 1525 manat məbləğində borcun və 31,57 manat dövlət rüsumunun alınaraq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinin 5993 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 1525 manat məbləğində borc tutularaq, tələbkar İddiaçı, yəni ona ödənilməlidir. Borc vaxtında qaytarılmadığından, icra sənədi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru Firdovsi Vəliyev tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, icra sənədi üzrə 10 gün müddətində tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu icra sənədini icra etməkdən yayınaraq, icra şöbəsinə gəlmədiyindən icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclunun Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Bundan sonra borclu məcburi qaydada gətirilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3640/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, tələbkar icra sənədini icra etməkdən yayınır. Bununla bağlı icra məmuruna dəfələrlə müraciət etsə də, icra məmumru məhkəmə qətnaməsinin olmaması səbəbindən icra işinin davam etdirilməsinin mümkün olmadığını bildirirərək məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərilənlərə əsasən tələbin təmin olunması xahiş olunur. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 10 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı aldığı 1500 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixədək vaxtında ödənilməmiş 1500 manat, həmçinin 25 manat dövlət rüsumu tutulmalıdır. - Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində axtarış elan edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(008)-325/2022 saylı qərarından məlum olur ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 5993 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yaşayan Cavabdeh icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-3640/2022 saylı qərarından görünür ki, Cavabdeh İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat inzibati cərimə edilmişdir. - Cavabdeh xx.xx.2022-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsində verdiyi izahatından görünür ki, o, maddi imkanı olmadığından kredit borcu üzrə ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehdən kredit borcunun qaytarılmasına dair hissəsinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1500 manat ödənilməmiş borcu vardır, həmçinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 5993 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 25 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməli və 1525 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 35,25 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat borc, 25 manat icra qeydinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və 35,25 manat məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1560,25 (bir min beş yüz altmış manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar