Məhkəmə qərarları › İş №2(008)-8491/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8491/2024

23.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8491/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Beləki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində ünvanını həm ünvan 1əhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 29, mənzil 55 kimi göstərmişdir. «Elektron məhkəmə» informasiya sistemindən çıxarışlardan görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan ünvan 2vanını Sabunçu rayonu, Ramana qəsəbəsi göstərsə də, həmin ünvanda yaşaması barədə sənədlərə hər hansı bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Məcəllənin məzmunundan da göründüyü kimi, hazırki tələbə əsasən aidiyyət barədə iddiaçıya seçmə haqqı verilir. İddiaçı nə özünün, nə də cavabdehin Sabuçu Rayon ərazisində qeydiyyatda olmaları və yaşamaları barədə iddia ərizəsinə hər hansı bir sübut əlavə etməmiş, lakin iddianı Sabunçu rayon məhkəməsində qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar